Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, fevralın 4-dən 8-dək  “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təşkil olunan “Qış Məktəbi” başa çatıb.

“Qış Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq gənclər Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub, müxtəlif  idman və  intellektual oyunlarda öz bilik və bacarıqlarını sınayıblar. Gənclər  günün sonunda vətənpərvərlik mövzusunda filmə baxıblar. Həmçinin, Şahbuz rayonunun “Batabat” instrumental ansamblı  konsert proqramı ilə çıxış edib.  Foto həvəskarı olan gənclərin Ağbulaq kəndi ərazisində çəkdikləri  foto şəkillərin müsabiqəsi keçirilib.

“Qış Məktəbi” zamanı keçirilən intellektual oyunlarda, foto müsabiqədə qalib olan , həmçinin qış məktəbində fəal iştirak edən gənclər Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Həmkarlar İttifaqları Şurasının, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən gənclərin “Qış Məktəbi”ndə 60 nəfər gənc iştirak 

www.naxcivantv.az