Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində bu dəfə şəhərimizdəki Bəhruz Kəngərli Muzeyində olublar.

Muzeyin bələdçisi Rəna Əliyeva əbədiyaşar rəssam Bəhruz Kəngərlinin ömür yolu, ölməz sənəti haqqında qonaqlara ətraflı məlumat verib.

Vurğulanıb ki, muzeydə 1250-dən artıq eksponat var. Onların 388-i 9 ekspozisiya zalında nümayiş etdirilir.

 Muzeyin bələdçisi daha sonra realist rəssam Bəhruz Kəngərlinin ömür yolu, ölməz sənəti haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın görkəmli rəssamı Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulub, 1922-ci ildə Naxçıvan şəhərində vəfat edib.  O, yaşadığı 30 il ərzində zəngin bir irs yadigar qoyub. Öz əsərləri ilə Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli həmçinin böyük bir sənət məktəbi yaradıb.

 

Qаfar Qərib

www.naxcivantv.az