Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Orduda keçirilən və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının gənc əsgərlərinin də iştirak etdiyi andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gənc əsgərlər valideynlərinin də iştirak etdiyi mərasimdə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində və sərhədlərimizin mühafizəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, Naxçıvan vaxtı ilə Azərbaycanın mərkəzi ərazilərindən olmuş və XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb.  Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyətinin qorunmasını itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edərək Naxçıvanın muxtariyyətini tarixi nailiyyət  kimi dəyərləndirib. Beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ildönümündə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında da qeyd olunduğu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarmış, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılmışdır. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir.

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

 

Nəriman Nəcəfov

www.naxcivantv.az