Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin dosenti,filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin Naxçıvan Muxtar Respublikasının muxtariyyətının 95 illiyinə həsr etdiyi Naxçıvanda mətbuat tarixi ("Şərq qapısı" qəzetinin materialları əsasında) adlı kitabı Almaniyada ingilis dilində işıq üzü görüb. Müəllif Naxçıvan mətbuat tarixinə dair 20-dən çox elmi məqalənin, 1 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.

Lambert akademik nəşriyyat evi (LAP- Lambert AcademicPublishingHouse) kitabların, elmi tədqiqatların alman,ingilis, türk,ərəb və rus dillərində onlineve çap şəklində yayımını həyata keçirir. Bu nəşriyyat evinin köməyi ilə hər bir kitabın beynəlxalq kodu (ISBN-International Standart BookNumber) mövcuddur. Burada nəşr olunan hər bir kitab bir çox beynəlxalq kataloqlara daxil edilməklə Amerika və Avropanın topdan satan kitab saytlarında yayımlanır.

Kitablar www.morebooks.dewww.amazon.dewww.amazon.co.ukwww.amazon.com və digər web saytlar vasitəsilə bütün dünyada satılmaqdadır. Qeyd edək ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanla bağlı elmi araşdırmaların və kitabların beynəlxalq aləmə çıxışını təmin etmək və yaymaq Naxçıvanla bağli həqiqətlərin dünya miqyasında tanınması baxımından əhəmiyyətlidir.

www.naxcivantv.az