İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları  ilə bağlı olan  milli dəyərlərin yaradıcısı xalqdır.

Xalqın mövcudluğunun əsas göstəricisi olan milli dəyərlər onun ən qiymətli sərvətidir. Zəngin mədəniyyətə malik hər bir xalq milli dəyərlər sisteminə malikdir.

Şəhər adamlarına nisbətən kənddə yaşayan insanlar milli adət-ənənələrin, ailə qanunlarının qorunmasına daha çox üstünlük verirlər. Kənd adamları bəlkə də buna görədir ki, ululardan miras qalan adət-ənənələri, qayda- qanunları və ümumilikdə mənəvi dəyərləri daha çox qoruyub yaşadırlar. Elə bu, bəlkə də kənd həyatının özünəməxsusluğudur. Kənddə böyükdən-kiçiyə hər kəs yazılmamış bu qanunlarla yaşamağa üstünlük verirlər. Rayonumuzdakı kəndlərin hansı birinə üz tutsaq, hansı bir ailənin qonağı olsaq, orada şəhərdə yada düşməyən adət-ənənələrin, milli dəyərlərin qorunduğunu görərik. Belə kəndlərimizdən biri də əsrlərlə yaşı olan Kükü kəndidir. Bu kənddə hələ də arxalıq, tuman-kofta geyinən ağbirçək nənələrimiz, al-əlvan rəngli iplərlə corab, əlcək, papaq, adi bez üzərində gözəl sənət nümunələri yaradan qızlarımız, gəlinlərimiz var. Min illərdən bəri yol gələn toxuculuq sənətinin biliciləri-ağbirçək nənələrimiz, analarımız, qız-gəlinlərimiz bu kənddə üstünlük təşkil edirlər. Bu gün onların gözlərinin nuru, qəlblərinin sevinci, əllərinin sehri ilə toxuduqları sənət əsərləri evlərimizdə, muzeylərimizdə qorunub saxlanmaqdadır.

Uzun illər boyu qadınlarımız kənddə təkcə payız, qış aylarında toxuculuqla məşğul olurdularsa, son zamanlar bu sahəyə maraq artdığından demək olar ki, ilboyu bu işlə məşğul olurlar. Bu da onu sübut edir ki, xalqın yaratdığı daha dəyərlidir, daha qiymətlidir, onu başqa heç nə əvəz edə bilməz. Təbii ipdən və boyadan istifadə edilən toxuculuq nümunələri bu gün də dəyərlidir, əvəzedilməzdir.

Bu kənddə hələ də adi ev qayğıları kimi həvəslə yun əyirən, xalça toxuyan, çörək bişirən, nehrə çalxayan  qadınlarımız var. Onlar milli dəyərləri elə ailələrimizdə yaşatmaqla onun əsl təbliğatçılarıdırlar. Kənddə toxuduğu əl işləri ilə hər kəsə örnək olan Sona nənə haqqında çox eşitmişdik. Elə eşitdiklərimizi görmək marağı ilə bu kəndə üz tutduq. Gəlişimizdən xəbər tutan Sona nənə yaylığının ucunu tez düyünləyib, ağır addımlarla qapıya tərəf gəlib, bizə “xoşgəldin” edərək çox şad olduğunu bildirdi.

 -Ay qızım, nə yaxşı gəldiniz, ürəyimdə deyiləcək sözlərim çoxdur. Elə mən də körpəlikdən yaşlıları dinləməyi çox sevdiyimdən nənəyə diqqətlə qulaq asıb, arabir suallar verirdim. Bir xeyli söhbət edib, çay içdikdən sonra toxucu nənə  əl işləri ilə bizi tanış etməyə başladı. Hər bir otaqda divarlardan asılmış xalçalar, milli dəyərlərimizi özündə əks etdirən bədii tikmə sənətinin nümunələri gözümüzü, könlümüzü oxşadı. Sanki bu sənət əsərləri öz gözəllikləri, tarixləri haqqında ”dil açıb” danışmaq istəyirdilər. Müsahibimiz hələ gənc yaşlarından əsasən dekorativ-tətbiqi sənətin bir növü olan bədii tikmə ilə məşğul olduğunu söylədi. Bu tikmə sənətində müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallardan istifadə edilərək adi bez üzərində öz fikirlərini canlandıran nənə o zamanlar lazım olan materialları tapmaqda çox çətinliklər çəkdiyini də dilə gətirdi. Mən uzun zamandır bu işlə məşğulam, toxuculuq sənətinə qəlbən bağlıyam. Demək olar ki, günümün yarısını bu işlə məşğul olmağa sərf etdiyimdən illərin necə keçdiyini heç hiss etməmişəm. Və ilmələrə, naxışlara, saplara baxa-baxa bir də gördüm ki, ömürdən günlər su kimi axıb gedib, yaşım 78-i haqlayıb. Bu illər ərzində həmişə düşünmüşəm ki, toxuculuq sənətinin valehedici olmasının birinci sirri rənglərin düzgün seçilməsindən asılıdır. Əgər rəng düzgün seçilərsə, naxışlar, ilmələr düzgün vurularsa, insan istədiyi hər bir sənət əsərini öz təxəyyülünün məhsuluna çevirə bilər. Mən sevə-sevə bu sənətin sirlərini öz nəvələrimə, qohumlarıma, tanışlarıma öyrətməkdən zövq alıram. Bu yaşda olmağıma baxmayaraq,  bu işi bu gün də görürəm. Uzun qış gecələrində kəndin qız-gəlinlərini başıma toplayıb, nağıl danışa-danışa, maraqlı söhbətlər edə-edə, dəm-dəsgah quraraq toxuculuqla məşğul oluruq. Hər sənətdə olduğu kimi, bu sənətin də özünəməxsus sirləri çoxdur. Toxumağa maraqlı olan hər kəs, ilk əvvəl, bu sirləri bilməlidir. Mən də bu sirləri öz anamdan, nənəmdən öyrənmişəm. Elə buna görə də özümə borc bilərək çalışıram ki, bu adət-ənənəni yaşadam. Yaşadam ki, yaddan çıxmasın, unudulmasın, itib-batmasın.

Söhbətin şirin yerində gözüm otaqda olan bir sandığa sataşdı. Nənə  “bu sandığın içində nə var?–deyə soruşdum. Sandığı acan nənə az qala yarım əsr yaşı olan əl işlərini mənə göstərəndə inana bilmədim. Burada illərdir öz gözəlliyini qoruyub saxlayan sənət əsərləri həqiqətən də tərifəlayiq idi. Gördüklərimdən necə təəccübləndiyimi bilərək sevinən nənə cod, qabar, titrəyən əlləri ilə divardakı xalçaları göstərərək dedi:

-Bax, evimizdə gördüyünüz bu xalçaların da hamısını vaxtilə mən özüm toxumuşam. İllərdir ki, bu evdə xalça toxunur. Özü də biz xalça toxumaq üçün istifadə etdiyimiz ipləri özümüz yundan əyirir, müxtəlif təbii boyalarla boyayırıq. Elə ona görədir ki, 40-45 ildir evimizdə istifadə etdiyimiz xalçaların rəngi təbii olduğundan dəfələrlə yuyulmağına baxmayaraq olduğu kimi qalır. Sonra nənə kənddə yunun əyrilmə qaydasından danışdı. Əyirmək üçün cəhrədən istifadə edirik. Bu alətə indi hər evdə rast gəlinmir. Buna baxmayaraq, həmin aləti qoruyanlar, yaşadanlar da var. Demək olar ki, uzun illərdir cəhrədən istifadə edirəm. Bu işi mənə gəlin köçdükdən sonra qaynanam öyrədib. O, bildirdi ki, ip hazırlamaq üçün, ilk növbədə, yun daranır, sonra cəhrə vasitəsilə əyrilmiş ip milə dolanır və hazır məhsula çevrilir. Bunun üçün cəhrənin yanında müxtəlif yun darağı olmalıdır. Sona nənə ilə birgə yun əyirib-darayan Rəna nənə də bu qədim el sənətini yaşadan ağbirçəklərimizdəndir. Yun daramaq barədə danışan Rəna  nənə deyir ki, əvvəlcə bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə yanlara dartılır. Sonra alınmış iki yun dəstini üst-üstə qoyub bu prosesi yenidən təkrar etmək lazımdır. Bu iş bütün yun dəsti daranana qədər və yun telləri bir-birinə paralel olanadək davam etməlidir. Yun hazır ip formasına gətirildikdən sonra müxtəlif bitkilərdən hazırlanmış boyalarla rənglənir. Sonra biz bu iplərdən özümüzə lazım olan paltarları toxuyuruq. Rəna nənə onu da vurğuladı ki, cəhrə ilə yun əyirmək çətin olduğundan müasir dövrümüzdə bu işi görən az adam tapmaq olar.

Sonda müsahiblərimiz qeyd etdilər ki, biz təkcə həvəskar kimi bu işlə məşğul olmuruq. Mil, milçə və tığla görülən əl ilə toxuma işləri cansıxıcılığı aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir.

Biz də inanırıq ki, xalq yaradıcılığının dəyərli incilərindən sayılan toxuculuq sənətini gələcək nəsillərə çatdırmaq istəyən kənd ağbirçəkləri yəqin ki, hələ bundan sonra da ömür vəfa etdikcə toxuyacaq, maraqla bu işin sirrini gələcək nəsillərə öyrədəcəklər.

 

         “Oğuz səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Cəlil Məmmədquluzadənin ev muzeyində interaktiv dərs keçirilib

21-02-2019-21-02 Xəbərlər

Cəlil Məmmədquluzadənin ev muzeyində interaktiv dərs keçirilib

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin ev muzeyində keçirilən interakt...

Ötən ay Naxçıvanda əsas kapitala yönəldilmiş vəsaitin 92 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

21-02-2019-20-39 Xəbərlər

Ötən ay Naxçıvanda əsas kapitala yönəldilmiş vəsaitin 92 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ötən aya muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon...

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir olub

21-02-2019-20-08 Xəbərlər

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq An...

Görkəmli bioloq alim, flora və faunanın yorulmaz tədqiqatçısı

21-02-2019-19-50 Xəbərlər

Görkəmli bioloq alim, flora və faunanın yorulmaz tədqiqatçısı

Azərbaycanın elmi ictimaiyyətinin yaxşı tanıdığı gözəl ziyalı, bioloq alim, AMEA...

Babək rayonunda dövlət qulluqçuları üçün seminar təşkil edilib

21-02-2019-19-29 Xəbərlər

Babək rayonunda dövlət qulluqçuları üçün seminar təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

21-02-2019-19-10 Xəbərlər

“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

21-02-2019-18-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Y...

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-02-2019-17-31 Xəbərlər

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində “Mənim an...

Ali Məclisin Sədri Sərəncam imzaladı

21-02-2019-14-57 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də T...

Naxçıvanda ailə təsərrüfatları, sadə vətəndaşlar ordumuzla həmrəylik nümayiş etdirirlər

21-02-2019-12-03 Xəbərlər

Naxçıvanda ailə təsərrüfatları, sadə vətəndaşlar ordumuzla həmrəylik nümayiş etdirirlər

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azə...

Naxçıvanda Nemətullah Naxçıvani ilə bağlı kitab nəşr olunub

21-02-2019-11-30 Xəbərlər

Naxçıvanda Nemətullah Naxçıvani ilə bağlı kitab nəşr olunub

NUHÇIXAN xəbər verir ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində  “Nemətullah N...

Ötən günün mənzərəsi - VİDEO

21-02-2019-10-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda ümumi daxili məhsulun həcmi artıb

21-02-2019-09-44 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsulun həcmi artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada 2019-cu ilin yanvar ayında 168 mily...

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

21-02-2019-09-15 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib.

Mirzə Cəlilin “Hekayələr”i müzakirə edilib

20-02-2019-19-29 Xəbərlər

Mirzə Cəlilin “Hekayələr”i müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam...

Litseydə Beynəlxalq Ana Dili Günü qeyd edilib

20-02-2019-19-00 Xəbərlər

Litseydə Beynəlxalq Ana Dili Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qızlar liseyində Beynəlxalq Ana Dili Günü ilə ...

Ali təhsil ocağında konfrans olub

20-02-2019-18-33 Xəbərlər

Ali təhsil ocağında konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində magistrantların elmi tə...

Новости Нахчывана - VİDEO

20-02-2019-17-50 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Sədərək məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib

20-02-2019-14-28 Xəbərlər

Sədərək məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, bu gün Sədərək rayon 1№-li  tam  orta  məktəbində mər...

Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində təlim keçirilib

20-02-2019-13-59 Xəbərlər

Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata g...

Ötən günün mənzərəsi - VİDEO

20-02-2019-09-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ötən il Naxçıvan şəhərində 120-yə yaxın idman yarışı keçirilib

19-02-2019-20-45 Xəbərlər

Ötən il Naxçıvan şəhərində 120-yə yaxın idman yarışı keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində bədən tərbiyəsinin i...

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası keçirilib - FOTOLAR

19-02-2019-20-12 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası keçirilib - FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Muxtar respublikada təhsilin nəticələri ölkə üzrə ümumi statistik göstəricilərdən yüksəkdir

19-02-2019-19-15 Xəbərlər

Muxtar respublikada təhsilin nəticələri ölkə üzrə ümumi statistik göstəricilərdən yüksəkdir

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet məsələdir.

İmadəddin Nəsiminin 650 iliyi Şərurda qeyd olunub

19-02-2019-18-44 Xəbərlər

İmadəddin Nəsiminin 650 iliyi Şərurda qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsimi...

Dövlət qulluqçuları üçün seminar təşkil edilib

19-02-2019-17-42 Xəbərlər

Dövlət qulluqçuları üçün seminar təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Ordubad və Culfa rayonlarında “Dövlət qulluqçularının e...

“Naxçıvan” Universitetində təcrübəqabağı konfrans keçirilib

19-02-2019-17-23 Xəbərlər

“Naxçıvan” Universitetində təcrübəqabağı konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan” Universitetində pedaqoji profilli ixtisasla...

AMEA Naxçıvan Bölməsində elmi konfrans olub

19-02-2019-17-01 Xəbərlər

AMEA Naxçıvan Bölməsində elmi konfrans olub

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Şərur rayonunda kompleks baytarlıq tədbirləri görülüb - FOTOLAR

19-02-2019-15-24 Xəbərlər

Şərur rayonunda kompleks baytarlıq tədbirləri görülüb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Ş...

Nakhchivan news - VİDEO

19-02-2019-12-15 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...