Adından və tarixindən həmişə qürurla danışdığımız Nehrəm qədim kəndlərimizdəndir.

Tarixən ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin önündə gedib bu kənd.“Bu dünyada sözdən böyük yadigar yoxdur,zira ki, bütün mal-mülk tələf olub gedər,amma söz qalar”,- deyən  və bu il 150 illiyini qeyd etdiyimiz Cəlil Məmmədquluzadə kimi söz ustası 7 il Nehrəmdə yaşayaraq ədəbi yaradıcılığının ən gözəl nümunələrini burada yaradıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi xəttini daim dəstəkləyən nehrəmlilər, ötən əsrin 90-cı illərində – ölkəmizin tarixi sınaq qarşısında olduğu bir vaxtda, təlatümlü şəraitdə dahi şəxsiyyətlə Nehrəmdə görüşərək Ona olan inam və sədaqətlərini ifadə etdilər. Bu sədaqət ,etibar əbəs yerə göstərilmirdi.Çünki nehrəmlilər ölkəmizin gələcəyini bu Böyük Şəxsiyyətdə görürdülər. Müstəqillik illərində Nehrəmin muxtar respublikanın abad kəndlərindən birinə çevrilməsi ümummilli liderin siyasi xəttinə olan sadiqliyin bəhrəsidir. Nehrəm müasirləşdikcə,  gözəlləşdikcə burada məskunlaşma artmış, yeni məhəllələr salınmışdır.

Mövzumuz Nehrəm məhəllələridir. Hansı ki, Nehrəmin coğrafi mövqeyinin və ərazi quruluşunun formalaşmasında bu məhəllələr məxsusi rola malikdirlər.Ümumiyyətlə, məhəllələrin salınması və onlarda məskunlaşmanın artmasına ən böyük vasitə vaxtilə həmin ərazilərdə sututarların və yeraltı su mənbələrinin – quyuların  olması idi. Müasir dövrdə Nehrəmdəki bir çox məhəllə adları unudulsa da Çaylaq, Xəndək, Təpəbaşı, Hasar, Qumqala, Selov, Şişkin, Bağarası kimi məhəllələr bu gün də qalmaqdadır.

Bu məhəllələrin  ən böyüyü Çaylaq imiş. Məhəllənin adı nehrəmlilərin şirin şivəsində “Çaylaq” yox, “Kaylaq” kimi səslənir. Mərgalı və Köş düzləri, Qarnıyarıq kimi dağlardan axan sel suları vaxtilə həmin məhəllədə birləşib Araz çayına tökülürdü.Yaşayış məntəqəsinin qədim ibadət ocaqlarından olan Güllü məscid də məhz Çaylaq məhəlləsində yerləşir. Çaylağa yaxın olan məhəllələrdə isə 4 məscidin yerləşməsi tarixən milli-mənəvi və dini dəyərlərə sadiq olan Nehrəm üçün təbii haldır. Çaylaq həm də digər qədim məhəllələrin kəsişdiyi yerdə yerləşir.   

Qədim Çaylağın adı bir də bu kənddən gəlib-getmiş mirzələrin ən böyüyü Cəlil Məmmədquluzadənin bir vaxtlar məhz burada yaşaması ilə əlamətdardır. Yaşlı sakinlər dahi ədibin Nehrəm kəndinə gəlməsini və Çaylaq məhəlləsində məskunlaşmasını ata-babalarından belə eşidiblər:“Günorta azanına bir az qalmış Çaylaq məhəlləsindəki məscidin qabağında fayton dayandı, sərnişin balaca əl çamadanını götürüb, ehtiyatla yerə düşdü.Cəlil Məmmədquluzadə Çaylaqla Bağçabaşı məhəlləsindən gələn dar küçənin kəsişməsindəki birmərtəbəli, möhrə ilə tikilmiş evdə yaşamışdı.”

1890-1897-ci illərdə Nehrəmdə yaşayıb burada məktəb açaraq ilk dəfə qızları təhsilə cəlb edən dahi demokrat Mirzə Cəlil Həlimə xanım Nağı qızı ilə ailə həyatı qurmuş, bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlmişdir. Münəvvər xanım müxtəlif illərdə Çaylaq və Qumqala məhəllələrində yaşamış, Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərmişdir.

Çaylaq məhəlləsinin qurtaracağı Təpəbaşı məhəlləsinə dayanır. Bu məhəllədə eyniadlı məscid və tarixi İmamzadə türbəsi yerləşir. Ötən əsrin əvvəllərində quldur Andronik Ozanyan Culfa rayonunun Yaycı kəndindən başlayaraq Əlincəçay ətrafı kəndlərə,oradan Sirab və ətraf yaşayış məntəqələrinə  divan tutduğu bir vaxtda nehrəmlilər düşmənə qarşı inadlı mübarizə aparmışlar. Həmin vaxt kənddə mövcud bir topu Xəndək, Çaylaq, Təpəbaşı məhəlləsi boyunca gəzdirərək düşmənin diqqətini yayındırmış, qarşı tərəfi silah-sursat sarıdan zəngin olduqlarına inandırmışdılar. Kənd sakinlərinin sözlərinə görə, qız-gəlinlərin düşmənə əsirdüşmə ehtimalını düşünən kənd ağsaqqalları onları məscidlərdən birinə toplayıblar.Cavanlara isə neft dolu qablar və kibrit verərək məğlubiyyət üz verərsə, binanı yandırmağı tapşırıblar.

Ötən əsrin 90-cı illərində   ölkəmizin və muxtar respublikamızda siyasi sabitliyin və vahid idarəetmənin olmadığı bir vaxtda nehrəmlilər “Klubun qabağı” adlanan məhəllədə dahi şəxsiyyət Heydər Əliyevlə görüşərək ümummilli liderin Azərbaycan Ali Sovetliyinə deputat kimi namizədliyini irəli sürdülər. Bu gün həmin “Klubun qabağı” adlanan məhəllə Nehrəmdə “Heydər Parkı” kimi tanınır və üçrəngli bayrağımızın dalğalandığı bu ərazi  kənd sakinləri üçün  müqəddəs, əziz sayılır.

Nehrəm məhəllələrinə təkcə coğrafi anlayış kimi yanaşmaq yanlış olardı.Çünki bu məhəllələr yüz illərin mənəvi dəyərlərini,adət-ənənələrini qoruyub yaşadır. Bineyi qədimdən olduğu kimi, indi də Nehrəmdə Təpəbaşı məhəlləsində toy mağarı qurulan zaman kəndin ən aşağı məhəlləsindən – Qarağanlıdan bura camaat axışıb gəlir, toy yiyəsinin sevincinə şərik çıxaraq qol götürüb oynayırlar. Əgər birinin yası düşsə, ev sahibinin xəbəri olmadan qohum-qonşu dəfn və yas mərasimi üçün lazım olan tədbiri tökərlər.

Dünən olduğu kimi,bu gün də məhəllələrin əsas mənəvi atributları ağsaqqal və ağbirçəklərdir.Kəndinə qəlbən vurğun olan, Nehrəmə üz tutan zaman bir növü bələdçi kimi hər zaman müraciət etdiyimiz kənd ağsaqqalı  Tofiq Abutalıbov deyir ki, ta qədimdən ağsaqqal sözünə, ağbirçək öyüdünə kənddə böyük hörmət olub.Sözünün kəsəri və ictimaiyyət arasında böyük nüfuzu olan, mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirən ağsaqqallara  Nehrəmdə “müvəkkil” deyilirdi. Onlar hər hansı ailə münaqişəsini,elçiliyi, qohum-qonşunun mübahisəli mövzularını ədalətlə həll edərdilər. Necə deyərlər, bu insanların sözünün üzərinə söz  deyən yox idi. İndi tarixə çevrilən bu qədim məhəllələrin hər bir evində salınan süfrənin (Naxçıvan dialektində dəstərxan) başına ən azı 5-6 uşaq yığışardı.  

 

“Şərqin səhəri” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib - VİDEO

24-08-2019-18-59 Xəbərlər

 “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, N...

Növbəti yarmarkaya 269 çeşiddə məhsul çıxarılıb

24-08-2019-17-34 Xəbərlər

Növbəti yarmarkaya 269 çeşiddə məhsul çıxarılıb

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi baz...

Ötən günün mənzərəsi - VİDEO

24-08-2019-14-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Futbol məşqçiləri üçün seminar

24-08-2019-11-29 Xəbərlər

Futbol məşqçiləri üçün seminar

Seminarı giriş sözü ilə açan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit ...

Ordubad rayonunda mədəni-kütləvi tədbir keçirilib

23-08-2019-19-16 Xəbərlər

Ordubad rayonunda mədəni-kütləvi tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Ötən günün mənzərəsi - VİDEO

23-08-2019-16-02 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Röya Ayxan Naxçıvanda möhtəşəm konsert verib - VİDEO

23-08-2019-15-03 Xəbərlər

Röya Ayxan Naxçıvanda möhtəşəm konsert verib - VİDEO

Azərbaycan Respublikasının Əməkdar artisti Röya  Naxçıvan şəhərindəki “Saat Meyd...

Dövlət Bayrağı Muzeyinin yaradılmasının 5 illiyi qeyd olunub

22-08-2019-20-45 Xəbərlər

Dövlət Bayrağı Muzeyinin yaradılmasının 5 illiyi qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində 5 illik yubileylə bağlı keçiri...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub

22-08-2019-19-15 Xəbərlər

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 2...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi keçirilib

22-08-2019-16-01 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

“Vikipediya”da Naxçıvanla bağlı silsilə məqalələr yaradılır

22-08-2019-15-40 Xəbərlər

“Vikipediya”da Naxçıvanla bağlı silsilə məqalələr yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) ...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

20-08-2019-18-46 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti...

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

20-08-2019-15-39 Xəbərlər

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır.

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

20-08-2019-14-00 Xəbərlər

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Boccia idman növü üzrə yarış başa çatıb

20-08-2019-11-25 Xəbərlər

Boccia idman növü üzrə yarış başa çatıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ...

Cavidi xatırlayarkən…

20-08-2019-10-43 Xəbərlər

Cavidi xatırlayarkən…

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi mə...

Futbol üzrə birincilik davam edir

20-08-2019-10-22 Xəbərlər

Futbol üzrə birincilik davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun in...

Ötən günün mənzərəsi - VİDEO

20-08-2019-10-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cüdoçumuz bürünc medal qazanıb

20-08-2019-09-42 Xəbərlər

Cüdoçumuz bürünc medal qazanıb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2...

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

20-08-2019-09-21 Xəbərlər

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesab...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

19-08-2019-19-45 Xəbərlər

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək...

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

19-08-2019-18-32 Xəbərlər

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

Azərbaycanın nüfuzlu İctimai televiziyası Naxçıvan yallıları barədə sənədli film...

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

19-08-2019-17-29 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

19-08-2019-16-26 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

19-08-2019-15-02 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

19-08-2019-14-41 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

19-08-2019-09-42 Xəbərlər

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiy...

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

18-08-2019-18-51 Xəbərlər

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş...

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

18-08-2019-15-45 Xəbərlər

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən...

Naxçıvanda sabaha olan hava proqnozu

18-08-2019-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 19-na gözlənilən hava proqnozu açıqlanı...