NUHÇIXAN xəbər verir ki, fevralın 11-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək rayon şahmat məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirmişdir.

Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb, yeni şahmat məktəbləri tikilərək istifadəyə verilib. Eyni zamanda Naxçıvanda, uşaq və yeniyetmələr arasında şahmatın kütləvi hal alması üçün tədbirlər görülür, məktəblərdə şahmat dərsləri tədris olunur. Buna baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. Bunları aradan qaldırmaq məqsədilə federasiya cari ildən başlayaraq muxtar respublikanın bütün şəhər və rayonlarında silsilə tədbirlər keçirir, valideyn, idmançılar və məşqçi-müəllimlərlə görüşlər təşkil olunur. Ötən ay ilk dəfə olaraq Şərur rayonunda belə bir tədbir təşkil olundu və öz bəhrəsini verdi. Belə ki, şahmatçılarımız Astara şəhərində keçirilən Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək final mərhələsinə 11 vəsiqə qazandılar. Sədərək rayonunda da şahmatın inkişafı üçün imkanlar yaradılıb, müasir standartlara cavab verən Şahmat Mərkəzi tikilib. Yaradılan şəraitdən səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq və uğur qazanmaq qarşıda duran əsas vəzifə olmalıdır. Bu məqsədlə federasiya rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi ilə birgə mütəmadi olaraq tədbirlər təşkil edir, çatışmazlıqların vaxtında aradan qaldırılmasına çalışır.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd etmişdir ki, ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Sədərək Rayon İcra Hakimiyyəti də bu məsələni diqqətdə saxlamış, rayonda gənclərin şahmata cəlbi sahəsində işlər görülmüşdür. Həmçinin, şahmat idman növünün kütləvi hal alması üçün federasiyanın rayon bölməsi ilə birgə tempo yarışlar təşkil edilmiş, şahmatçılarımız muxtar respublika birinciliklərində mübarizə aparmışlar.

Sonra federasiyanın sədr müavini Emin Hacıyev Sədərək rayonundakı fəal şahmatçılar haqqında məlumat vermişdir.

Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatın inkişafında müəllimlərin və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək demişdir ki, şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bu iş müəllimləri və pedaqoqları daha çox düşündürməlidir. Hazırda Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində şahmat dərsləri keçirilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir şərait yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq, şahmat məktəblərinə cəlb etmək lazımdır. Valideynlər bu idman növünü təbliğ etməli, uşaqların şahmata cəlbinə nail  olmalıdırlar. Çünki uşaqlar şahmat məktəblərində bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər. İstedadlı, uğur qazanan idmançılar barədə isə federasiyaya məlumat verilməli, onlarla xüsusi olaraq məşqlər keçirilməlidir.

Seymur Talıbov vurğulamışdır ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə də qeyd olunduğu kimi, dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanlar var. Bu nöqsanların aradan qaldırılması üçün müəllimlərlə tez-tez görüşlər keçiriləcək. Hər ay rayon şahmat məktəbləri gördükləri işlərlə bağlı federasiyaya məlumat verəcəklər. Sədərək rayonunda şahmatın kütləviliyi üçün hər bir imkan var. Şahmat məktəbində rayon daxili və kəndlərarası yarışlar keçirilməli, tempo turnirlər təşkil olunmalı, istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar arasında sədərəkli idmançılar da olmalıdır. Bu idmançılar digərlərinə nümunə göstərilməli, valideynlərlə təbliğat işi aparılmalı, şahmatın müsbət tərəfləri onlara aşılanmalıdır.

Müəllimlərdən Qələndər Əliyev, Həsən Rzayev və İlqar Məmmədov çıxış edərək mövcud vəziyyət haqqında Şahmat Federasiyasının sədrinə məlumat vermiş, fikir və təkliflər dinlənilmişdir. Şahmat Məktəbinin direktoru Elman Əliyev isə məktəb barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd etmişdir ki, verilən tapşırıqların icrası məqsədilə Şahmat Federasiyası qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün müəyyən işlər görüb. Şərur rayonundan sonra artıq federasiya rəhbərliyi Sədərək rayonunda da idmançılar və məşqçi-müəllimlərlə görüş keçirir. Bu, muxtar respublikada şahmata, onun inkişafına nə qədər önəm verildiyinin göstəricisidir.

Sonda Şahmat Federasiyasının sədri Seymur Talıbov məşqçi-müəllimlərə işlərində uğurlar arzulayaraq bildirmişdir ki, muxtar respublika rəhbəri tərəfındən idmana hər zaman diqqət və qayğı göstərilir. Biz də qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışmalı, fəaliyyətimizi artırmalı, istedadlı uşaqların şahmatın sirlərinə daha da dərindən yiyələnməsi üçün çalışmalıyıq.

Görüşdən sonra federasiya sədri Şahmat Məktəbində yerləşən elektron lövhə, kompüter və dərs sinifləri ilə tanış olmuşdur.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

25-04-2019-21-29 Xəbərlər

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxç...

Kəngərli rayonunda tarla seminar müşavirəsi

25-04-2019-20-58 Xəbərlər

Kəngərli rayonunda tarla seminar müşavirəsi

NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq ək...

Anadilli şeirimizin ustadı Nəsimi-650

25-04-2019-20-33 Xəbərlər

Anadilli şeirimizin ustadı Nəsimi-650

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində böyük Az...

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

25-04-2019-20-08 Xəbərlər

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli oftalmoloq-al...

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

25-04-2019-19-44 Xəbərlər

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni tikilən zavod hazırki müəssisədən daha...

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

25-04-2019-19-20 Xəbərlər

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kol...

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

25-04-2019-17-40 Xəbərlər

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  görkəmli dilçi alim, Əməkdar ...

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

25-04-2019-17-03 Xəbərlər

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olar...

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

25-04-2019-16-45 Xəbərlər

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsin...

Ustad dərsləri keçirilib

25-04-2019-15-17 Xəbərlər

Ustad dərsləri keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

25-04-2019-14-00 Xəbərlər

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkda...

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

25-04-2019-12-56 Xəbərlər

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan D...

Maarifçilik hərəkatının işığında

25-04-2019-12-44 Xəbərlər

Maarifçilik hərəkatının işığında

Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu...

Ötən günün mənzərəsi - VİDEO

25-04-2019-12-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

25-04-2019-11-16 Xəbərlər

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonun Daylaqlı kəndində yeni meyvə bağı salını...

Ağbulaqda yaşıllıq sahələri salınır

25-04-2019-09-31 Xəbərlər

Ağbulaqda yaşıllıq sahələri salınır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Şərurda atıcılıq idmanı üzrə yarış olub

25-04-2019-09-00 Xəbərlər

Şərurda atıcılıq idmanı üzrə yarış olub

NUHÇIXAN xəbər verir ki, Şərur Atıcılıq Klubunda Yeniyetmələrin XII Respublika O...

Mini-futbol birinciliyinə start verilib

24-04-2019-21-43 Xəbərlər

Mini-futbol birinciliyinə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Pedaqoji təcrübəyə yekun vurulub

24-04-2019-21-30 Xəbərlər

Pedaqoji təcrübəyə yekun vurulub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fa...

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

24-04-2019-21-14 Xəbərlər

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

24-04-2019-20-59 Xəbərlər

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

Fonddan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət So...

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

24-04-2019-20-46 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasi...

Uşaqlar arasında mütaliə yarışı

24-04-2019-20-31 Xəbərlər

Uşaqlar arasında mütaliə yarışı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

24-04-2019-20-15 Xəbərlər

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

Pedaqogika tarixinə müasir yanaşma

24-04-2019-20-00 Xəbərlər

Pedaqogika tarixinə müasir yanaşma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunmas...

Şahmat Mərkəzində interaktiv məşğələ

24-04-2019-19-39 Xəbərlər

Şahmat Mərkəzində interaktiv məşğələ

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Debütlərin izahlı təhlili” ...

Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək

24-04-2019-19-20 Xəbərlər

Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək

Ölkə başçısı 2019-cu il aprelin 23-də "1941-1945-ci illər İkinci Dünya müharibəs...

Tütün bitkisinin əkininə start verilib - VİDEO

24-04-2019-18-59 Xəbərlər

Tütün bitkisinin əkininə start verilib - VİDEO

Kəngərli rayonunda fəaliyyət göstərən  Tütün Yetişdirmə Təsərrüfatı tərəfindən b...

Universitetdə yığıncaq keçirilib

24-04-2019-18-31 Xəbərlər

Universitetdə yığıncaq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respubl...

Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıblar

24-04-2019-17-46 Xəbərlər

Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıblar

Aprelin 18-də Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə Bolqarıstanın tarixi və mənəvi...