Azərbaycan MЕA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyеvin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mоnоqrafiyası Naxçıvan tarixinin tədqiqinə mühüm töhfədir.

İsmayıl Hacıyevin müxtəlif illərdə nəşr еtdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri”, “Naxçıvan Muxtar Rеspublikası müstəqillik yollarında”, “Еrmənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” və bir çox başqa əsərləri Naxçıvan tarixinin bir çox qaranlıq cəhətlərinə işıq salmış, Azərbaycan tarixşünaslığında özünəməxsus yeri olan naxçıvanşünaslıq istiqamətini daha da zənginləşdirmişdir.  

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasını İ.Hacıyevin elmi yaradıcılığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Əgər indiyə qədər onun tədqiqat çərçivəsi daha çox XIX-XXI əsrlərlə məhdudlaşırdısa, o, bu əsərində ilk dəfə göstərilən çərçivəni aşmış, Naxçıvan diyarının dövlətçilik tarixini ən qədim zamanlardan müasir dövrümüzə qədər tədqiq etmişdir. Elə buradaca monoqrafiyanın daha bir məziyyəti üzərində dayanmaq lazımdır. İsmayıl müəllim yalnız Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yerini təsvir etmək və müəyyənləşdirməklə kifayətlənməmiş, bütün Azərbaycan tarixi üçün mühüm aktuallıq kəsb edən bir çox məsələlərin qoyuluşuna və həllinə öz münasibətini bildirmişdir. Onun Azərbaycanda dövlətin yaranması şəraiti və ilkin xronologiyasının şərhi zamanı hətta akademik nəşrlərdə yol verilmiş uyğunsuzluqları qabartması diqqəti xüsusilə cəlb edir.

Akademik İ.Hacıyevin çoxillik zəhmətinin bəhrəsi olan monoqrafiya, giriş, 8 fəsil, 27 yarımfəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarətdir. Müəllif monoqrafiyanın strukturunu müəyyənləşdirərkən tarixşünaslıqda qəbul edilmiş dövrləşmə prinsipini əsas götürmüş, Naxçıvan tarixinin ayrı-ayrı dövrlərini bu prinsipə söykənərək tədqiq etmişdir. “Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesində rolu” adlanan birinci fəsil 4 yarımfəsildən ibarətdir. Burada Azərbaycan tarixində dövlət və dövlətçilik probleminin qoyuluşuna dair mövcud baxışlar tədqiqatçı süz­gəcindən keçirilmiş, Naxçıvanın ərazisi və təbii-iqlim xüsusiyyətləri haqqında zəruri olan bilgilər yığcam şəkildə şərh olunmuş, ən qədim zamanlardan e.ə. III minilliyədək olan dövrdə diyarın inkişaf yolu işıqlandırılmış, Azər­baycanda dövlətin yaranmasına dair yeni müddəalar irəli sürülmüş, bu prosesdə  Naxçıvanın rolu məsələsinə aydınlıq gətirilmişdir.

Birinci fəsillə tanışlıq göstərir ki, müəllif  öz qarşısına  heç də hamıya yaxşı məlum olan hadisə və proseslərin şərhini vermək vəzifəsi qoymamışdır. Burada diqqəti çəkən əsas məqam bu hadisə və proseslərə peşəkar və püxtələşmiş bir tədqiqatçının yanaşma tərzidir. Müəllifi hadisə və prosesin baş verdiyi zaman və məkandan daha çox onların törətdiyi nəticələr maraqlandırır. Belə yanaşma Naxçıvanın ərazisi, təbii-iqlim xüsusiyyətləri kimi məsələlərin işıqlandırılmasında özünü daha aydın göstərir. Əslində Naxçıvanın coğrafi  mövqeyinin özündə bir unikallıq var. Bu bölgə şimali Azərbaycanın cənubunda, cənubi Azərbaycanın isə şimalında mövqe tutmaqla bütün ölkədən gedən ictimai-siyasi proseslərin mərkəzində olmaq şansı qazanmışdır. Elə bunun nəticəsidir ki, diyar əsrlər boyu Azərbaycanın şimalı ilə cənubu arasında  bir növ körpü rolunu oynamış, ölkənin dövlətçilik ənənələrinin formalaşmasına öz töhfəsini vermişdir.

”Azərbaycanın qədim dövlətləri və Naxçıvan” adlanan ikinci fəsil böyük bir xronoloji dövrü – e.ə. IX əsrdən b.e.-nın III əsrinə qədərki dövrü əhatə edir. Bütövlükdə dörd yarımfəsildən ibarət olan bu fəsildə Naxçıvan diyarının Manna dövləti, Midiya və Əhəməni imperiyaları, Atropatena və Parfiya Arşakiləri dövründə ictimai-siyasi vəziyyəti öyrənilmiş, adları çəkilən dövlətlərlə münasibətləri tədqiq edilmiş, bir çox məsələlər haqqında dəqiqləşdirmələr aparılmış, tarixşünaslıqda bu sahələrlə bağlı mövcud boşluqlar müəyyənləşdirilmişdir. Sonuncu fikirlər Naxçıvan diyarının Manna dövləti ilə münasibətlərinin aydınlaşdırılması məsələsində daha böyük aktuallıq kəsb edir. Problemə və dövrə dair tədqiqat əsərlərini dərindən araşdıran müəllif təəssüf hissi ilə bu əsərlərdə diyarın Manna dövlətinin tərkibində olduğu vaxt haqqında konkret fikir söylənilmədiyini qeyd edir və elə oradaca bu hadisənin e.ə. VIII əsrin sonu – e.ə. VII əsrin əvvəllərində baş verməsi ehtimalını irəli sürür. O, eyni zamanda e.ə. IX-VI əsrlərdə Naxçıvan diyarının qonşu dövlətlər və vilayətlərlə əlaqələrinin tədqiqi vəziyyətinin heç də qənaətbəxş olmadığını qeyd edir.

Monoqrafiyanın həcm etibarı ilə ən böyük bölməsi  “Azərbaycanın orta əsr dövlətləri və Naxçıvan” adlanan üçüncü fəsildir. Ümumilikdə 8 yarımfəsildən ibarət olan bu fəsildə bütün orta əsrlər dövründə (III-XVIII əsrlərdə) Azərbaycan dövlətçiliyi sistemində Naxçıvanın yeri və rolu araşdırılmışdır. Müəllif burada da öz  qarşısına qoyduğu vəzifəyə uyğun olaraq əsas diqqəti orta əsrlər dövründə Azərbaycanın dövlətçilik sistemində Naxçıvanın mövqeyinin müəyyənləşdiril­məsinə yönəltmişdir. Erkən orta əsrlər dövründə Azərbaycanın digər torpaqları kimi, Naxçıvan diyarı da əvvəlcə  (III-VII əsrlər) Sasani imperiyasının, sonra isə (VII-IX əsrlər) Ərəb xilafətinin tərkibində olmuşdur. Buna baxmayaraq, diyar həriki imperiyanın hakimiyyəti dövründə özünün inzibati və siyasi mərkəz rolunu qoruyub saxlamış, bununla da yaxın gələcəkdə Azərbaycanın qədim dövlətçilik ənənələrinin dirçəlməsinə öz töhfəsini vermişdir. Naxçıvan bu dövrdə Azərbaycanda həm də yadelli əsarətə qarşı müqavimət hərəkatının mühüm mərkəzlərindən biri olmuşdur. Əsərdə hazırkı dövrdə də Naxçıvan diyarının müxtəlif yerlərində Xürrəmilər hərəkatının rəhbəri Babəkin adı ilə bağlı tarixi abidələrin və yaşayış yerlərinin göstərilməsi bu fikri  təsdiq edən mühüm dəlillər kimi göstərilir.

Müəllif monoqrafiyanın bu bölməsində  ərəb xilafətinin süqutundan sonra Azərbaycanda yaranmış müstəqil dövlətlərin (Sacilər, Salarilər, Şirvanşahlar, Şəddadillər və Rəvvadilər) ictimai-siyasi həyatında Naxçıvanın yeri məsələsini diqqətlə araşdırmışdır.  Onun  X əsrin 80-ci illərindən XI əsrin 60-cı illərinə  qədər mövcud olmuş Naxçıvanşahlıqla əlaqədar irəli sürdüyü fikirlər xeyli maraq doğurur. Tarixi ədəbiyyatda bu qurumun mövcudluğu və statusu haqqında müxtəlif fikirlər mövcuddur. Bu fikirlərin hər birinin elmi təhlilini verən müəllif Naxçıvanşahlığın əhatə etdiyi ərazini müəyyənləşdirmiş, onun tarixinin Rəvvadilər və Şəddadilər dövlətləri ilə sıx bağlı olması qənaətinə gəlmişdir. Diləfilər sülaləsinin idarə etdiyi  Naxçıvanşahlıq əksər vaxtlarda Şəddadilər dövlətinin tərkibində bir əmirlik kimi nisbi müstəqilliyə malik olmuş, bir sıra vaxtlarda müstəqilliyini qoruyub saxlamış, qonşu dövlətlərlə dostluq münasibətləri yaratmışdır.

Monoqrafiyada  Azərbaycan Atabəyləri dövlətinin tarixinə ayrıca bir yarımfəslin həsr edilməsi heç də təsadüfi deyildir. Müəyyən vaxtlarda Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilən bu dövlətin tarixində Naxçıvan diyarının özünəməxsus yeri vardır. Dövlətin banisi Şəmsəddin Eldəniz 1146-cı ildə Naxçıvan vilayətini ələ keçirdikdən sonra öz dövlətinin paytaxtını buraya köçürmüşdü. 1174-cü ilə qədər Azərbaycan Atabəyləri  dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri məhz bu dövrdə öz tarixinin çiçəklənmə dövrünə qədəm qoymuş, dövlətin əsaslarının möhkəmləndirilməsində mühüm rol oynamışdır. Monoqrafiyanın bu fəslinin sonrakı yarımfəsillərində XIII-XVIII əsrlərdə Azərbaycanda gedən siyasi proseslərdə Naxçıvanın oynadığı rol qabarıq şəkildə diqqətə çatdırılmışdır.

Tədqiqatçı əsərdə Azərbaycanın dövlətçilik tarixində özünəməxsus mövqeyi olan Naxçıvan xanlığına xüsusi yer ayırmışdır. Əslində Azərbaycanın digər xanlıqları kimi, Naxçıvan xanlığı da milli dövlətçilik ənənələrinin yaranıb inkişaf etməsində mühüm rol oynamışdır. XIX əsrin əvvəllərində baş vermiş rus istilası bu ənənələrin inkişafına ağır zərbə vursa da, onu tamamilə sıradan çıxara bilmədi. Artıq xanlıqlar dövründən formalaşmağa başlayan milli dövlətçilik ideyaları 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə real həqiqətə çevrildi. Müəllif haqlı olaraq göstərir ki, bu dövrdə də Azərbaycanın dövlətçilik sistemində mühüm rol oynayan Naxçıvan ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasına öz töhfəsini vermişdir.

Naxçıvan diyarının tarixinin 70 illik bir dövrü sovet hakimiyyəti ilə bağlı olmuşdur. Müəllif bu dövrdə diyarda baş vermiş ictimai-siyasi prosesləri iki yarımfəsildə öyrənmişdir. “Naxçıvanın muxtariyyətləşdirilməsi” adlanan birinci yarımfəsil çox zəngin mənbələr və tədqiqat əsərləri əsasında yazılmışdır. Bu materialları təhlil edən müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, məhz Naxçıvan əhalisinin qətiyyəti və qardaş Türkiyənin obyektiv mövqe tutması nəticəsində diyarın ermənilər tərəfindən  ələ keçirilməsinin  qarşısı alınmış, ona Azərbaycan SSR-in tərkibində muxtariyyət statusu verilmişdir. Fəslin ikinci yarımfəslində sovet hakimiyyəti illərində Naxçıvan MSSR-in yaranması və onun keçdiyi siyasi və sosial –iqtisadi inkişaf yolu işıqlandırılmışdır.

Monoqrafiyanın zəngin faktiki materiallar əsasında yazılan, eyni zamanda elmi-nəzəri materiallarla zəngin olan yeddinci və səkkizinci fəsilləri özlərinin daha böyük elmi əhəmiyyət daşımaları ilə seçilir. Cəmi 3 yarımfəsildən ibarət olan yeddinci fəsildə Ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illər daha diqqətlə araşdırılmış, hazırkı dövrdə Naxçıvanın çiçəklənmə dövrü yaşamasında həmin illərin misilsiz rol oynadığı xüsusi vurğulanmışdır. Burada həmçinin Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası əsasında Naxçıvanın yeni statusunun təsbit edilməsi də işıqlandırılmışdır. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının müasir Azərbaycan dövlətçiliyində rolu (1995-ci ilin sonlarından bizim günlərədək)” adlanan səkkizinci fəslində Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi, Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi dövründə diyarda quruculuq və abadlıq işlərinin miqyasının daha da genişlənməsi, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin diyara göstərdikləri diqqət və qayğı konkret faktlar əsasında tədqiq olunmuşdur. Monoqrafiyanın sonunda şəxs və coğrafi ad göstəricilərinin, eləcə də mühüm əhəmiyyət daşıyan sənədlərin Əlavədə verilməsi onun elmi əhəmiyyətini daha da artırır.

Düşünürük ki, akademik İsmayıl Hacıyevin uzun illər davam etmiş gərgin əməyinin bəhrəsi olan bu monoqrafiya ölkəmizin dövlətçilik tarixini, Naxçıvan diyarının tarixinin müxtəlif dövrlərini araşdıran tədqiqatçılar, həm də bu diyarın tarixini öyrənmək istəyən bütün oxucular üçün faydalı olacaqdır.

Kitab müəllifinin 2019-cu il üçün elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsini muxtar respublika ziyalıları və elm adamları tariximizə verilən yüksək qiymət kimi dəyərləndirirlər.

 

                                                                                         Şahin Fazil

                                                Tarix üzrə  elmlər doktoru, professor,

Camal Mustafayev

Tarix üzrə  elmlər doktoru, professor

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

22-01-2020-12-42 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

NUHÇIXAN xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıva...

Nuh yurdunun rəssamı

22-01-2020-12-21 Xəbərlər

Nuh yurdunun rəssamı

Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənclər üç...

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

22-01-2020-11-16 Xəbərlər

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

22-01-2020-10-56 Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb...

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

22-01-2020-10-38 Xəbərlər

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni ...

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

22-01-2020-09-00 Xəbərlər

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

Muxtar respublikada həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş...

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...