Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilib.

7-21 yanvar 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunan müsabiqənin test imtahanları mərhələsi keçirilib. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib, onlardan 570-i test imtahanında iştirak edib. Test imtahanlarında 257 nəfər keçid balını toplayıb və müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Ötən dövrdə Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 18, gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən 11 və Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul olmaq istəyən 24 namizədiniştirakı ilə hazırlıq kursları təşkil edilib, gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslərüçün keçirilmiş sınaq imtahanlarında 35 nəfər iştirak edib.

Komissiya müvafiq dövlət orqanlarının müraciətləri əsasında vakant şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün 10 nəfərin iştirakı ilə test imtahanı keçirib, onlardan 3-ü test imtahanlarında müvəffəqiyyət qazanaraq müvafiq Sertifikatlar əldə edib. Həmçinin vakant inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında müvafiq keçid balını toplayıb 3 nəfərin müsahibə mərhələsində komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.

www.naxcivantv.az