Adı mahnılara düşən, dillər əzbəri qədim Nuh yurduna kimlər mehman olmayıb? Rəşid Behbudov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ələkbər Ələsgərov, Ədalət Nəsibov, Əbülfət Əliyev, Nəzakət Məmmədova və Naxçıvana qonaq gələn digər mədəniyyət xadimlərinin hamısı bu torpağın gözəlliyinə, insanlarının Naxçıvanı dövrəyə alan dağlarından da böyük olan ürəyinə heyran qalıblar. 

Tarixlərin yadigarı doğma diyarımıza poemalar həsr edilib, Naxçıvan adı könüllərə yazılıb, dodaqlardan süzülüb, qulaqlarda səslənib, gözəl mahnılarda tərənnüm olunub. O mahnılar ki illərdir, ürəklərə yol tapa, milyonların yaddaşına əbədilik həkk ola bilib. O mahnılar ki eşidəndə ruhu saflaşdırır, layla kimi könül oxşayır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi, həzinliyi insanı ovsunlayır:

Mən səni vəsf edim öz anam kimi, 
Sarılım boynuna mehriban kimi. 
Eşqin, məhəbbətin bir ümman kimi 
Axır könüllərə sarı, Naxçıvan, 
Ellərin sevgili yarı, Naxçıvan.

Hər dəfə bu mahnını eşidəndə düşünürdüm ki, bu qədər sevgi, qəlb çırpıntıları ana-bala, ata-övlad hissləri, yurd sevgisi ilə bəzənmiş şux, əbədiyaşar mahnının bəstəkarı yalnız və yalnız naxçıvanlı ola bilər. Çünki bu diyara övlad məhəbbəti mahnının melodiyasında belə, açıq-aşkar duyulur. Ona görə də istər-istəməz fikirləşirsən: belə istək dolu mahnını ancaq bu torpaqda doğulub-böyümüş, onun suyundan içmiş övlad bəstələyə bilər. Araşdıranda isə görürük ki, “Barı Naxçıvan” mahnısının müəllifi 1912-ci ildə Qarabağda – Füzuli şəhərində anadan olmuş Məmməd Cavadovdur. Onun həyatının müəyyən bir hissəsi Naxçıvanda keçib. Mahnının sözlərindən duyulur ki, bu diyar ona nə qədər doğma və əziz olub. Bəstəkarın bu mahnısı neçə illərdir ki, ürəkləri fəth edir. Bu musiqi əsərinin yaranma tarixi isə belədir: Bəstəkar 1945-ci ildə ordubadlı tanınmış şair Hüseyn Əzimlə tanış olur. Onun şeirləri arasında “Barı Naxçıvan” bəstəkarın diqqətini çəkir. Və beləliklə, bu gün də dillər əzbəri olan “Barı Naxçıvan” mahnısı yaranır. Mahnının ilk ifaçısı bəstəkarın həyat yoldaşı Zərqələm Cavadova olub. Sonralar mahnı Məhəbbət Kazımov və digər sənətkarlar tərəfindən də ifa edilib.

Həmin illərdə Naxçıvana həsr olunmuş, klassik mahnı janrında bəstələnmiş ən gözəl nəğmələrdən biri də “Araz üstü şəhərim” mahnısıdır:

Gözəl gördüm hər yanı,
Səndən gözəl hanı?
Ay qədim Naxçıvanım,
Ay güllü cavanım.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim.

Bu mahnının sözləri mərhum şairimiz İslam Səfərliyə məxsusdur. Müəllifi, Xalq artisti Ramiz Mirişli öz xatirələrində yazır: “Həmin mahnıya kimi İslam Səfərli ilə birlikdə çox yaradıcılıq işimiz olmuşdu. Amma ürəyimdən keçirdi ki, doğma Naxçıvan barədə mənim də bir mahnım olsun. Fikrimi rəhmətlik İslama dedim. Bir müddət sonra mənə bu şeiri verdi. Mən də şeiri çox bəyəndim, beləcə, həmin mahnı meydana gəldi. 1974-cü il idi. Ulu öndər Heydər Əliyev Naxçıvana gəlmişdi. Burada dövlət səviyyəli tədbir keçirilirdi. Bu mahnı həmin dövlət konsertində birinci dəfə səsləndi. Mahnının ilk ifaçısı o vaxt Naxçıvandan Ali Sovetə deputat seçilən SSRİ Xalq artisti Rəşid Behbudov olub. Təəssüf ki, bu mahnı onun ifasında lentə alınmadı. Sonralar mahnını Xalq artistləri Şövkət Ələkbərova, Yaşar Səfərov da oxudular”. Bu mahnı bu gün də populyardır.
Bu gözəl diyardan söz düşəndə ilk xatırlanan musiqi əsərlərindən biri də “O Naxçıvandır” mahnısı olur:

Dağlarını bulud qucan,
Daşlarından kəklik uçan,
Tarlaları ətir saçan, 
Sinəsindən Arpaçayı,
Ətəyindən Araz keçən, 
Hansı məkandır? 
O, Naxçıvandır,
Nəqşi-Cahandır,
Azərbaycandır!

Mahnının sözləri Əliheydər Qəmbərovun, bəstəsi isə Vahid Axundovundur. Mahnının ifaçısı Xalq artisti Abdulla Babayev olub. Tərtər rayonunda doğulub boya-başa çatan bəstəkar Vahid Axundov bu mahnını xüsusi olaraq yazıb. Belə ki, İkinci Dünya müharibəsi zamanı ağır yaralanan Vahid Axundov naxçıvanlı tibb bacısı Dilbər Təhməzbəyova ilə tanış olur. Müharibə başa çatdıqdan sonra o, Naxçıvana gəlir və Dilbər xanımla ailə qurur. Ömrünün sonuna qədər burada yaşayan Vahid Axundov igidlər oylağına, dahilər yetişdirən bu diyara nəinki Azərbaycanda, İranda, Türkiyədə də məşhur olan “O Naxçıvandır” mahnısını bəstələyir. Ulu Naxçıvan torpağının gözəl, ecazkar təbiətini tərənnüm edən, el şənliklərində oxunan, xoş təranəsi ilə könülləri ehtizaza gətirən mahnı uzun illərdir, dillər əzbəridir. Bu gün də “O Naxçıvandır” mahnısı dinləyicinin ruhunu oxşayır, mənəvi varlığına rahatlıq gətirir. Hazırda mahnı bir çox tanınmış müğənnilər, o cümlədən Elnur, Nuri Sərinləndirici tərəfindən də ifa edilir.
Doğma yurdumuza həsr olunmuş musiqi nümunələri arasında “Naxçıvanım” mahnısı da özünəməxsus yer tutur. Maraqlıdır ki, bu mahnının müəllifləri əslən naxçıvanlı deyil. Belə ki, sözləri Abşeron rayonunda dünyaya göz açmış, tanınmış nasir Şəmsəddin Abbasovun, musiqisi isə əslən bakılı olan Tofiq Quliyevindir. Qəlbləri oxşayan mahnının ilk ifaçılarından biri Mirzə Babayev olub:

Eşitmişdim sərvətini, 
Gəldim gördüm hörmətini,
Varlığını, qüdrətini – 
Allı-güllü Naxçıvanım,
İgid elli Naxçıvanım. 
Düzlərində kəklik gəzər, 
Göllərində ördək üzər,
Dağlarını çiçək bəzər. 
Arzum budur var olasan, 
Od elinə yar olasan, 
Ətirli gülzar olasan.

Bir insan, Vətənini sevən bir vətəndaş üçün onun torpağının hər daşına-qayasına, elinə-obasına, igidinə tərif deyilməsi ən böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir. İnsan suyu, çörəyi ilə böyüdüyü torpağı sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair torpağını vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla. Amma bir sevgi var ki, onu qazanmağa hər yurdun, hər torpağın gücü çatmır. Bu sevgi başqaları tərəfindən də sevilməkdir. Qədim igidlər oylağı, ulu torpağımız təkcə qoynunda böyütdüyü oğul, qızı tərəfindən deyil, doğma Azərbaycanımızın başqa bölgələrində dünyaya göz açan insanlar tərəfindən də sevilir. Naxçıvan sevgisi sətirlərə, notlara köçürülüb, dillər əzbəri olub. Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən, şanlı igidlər oylağı, qayalarında xınalı kəkliklər uçan qədim Nuh yurdu ellərin sevgilisi olub. 
Bu gün də gözəl Naxçıvanımızdan ilham alanlar Nəqşi-Cahan haqqında yeni şeirlər yazır, mahnılar bəstələyir, ifa edirlər. Bununla yanaşı, gənc müğənnilər Naxçıvana həsr olunan retro mahnıları da hər zaman repertuarlarında saxlayırlar. Nə qədər ki bu qədim diyar öz gözəllikləri ilə buraya gələn qonaqları ovsunlayır, “Barı Naxçıvan”, “O Naxçıvandır”, “Naxçıvanım” mahnıları da könülləri oxşayacaqdır.

 Ramiyyə Əkbərova

"Şərq qapısı" qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bu gün Naxçıvan şəhərində Silahlı Qüvvələri Günü münasibətilə konsert olacaq - VİDEO

26-06-2019-11-37 Xəbərlər

Bu gün Naxçıvan şəhərində Silahlı Qüvvələri Günü münasibətilə konsert olacaq - VİDEO

NUHÇIXAN xəbər verir ki, bu gün saat 20:00-da Naxçıvan şəhərindəki Heydər Əliyev...

Ötən günün mənzərəsi - VİDEO

26-06-2019-10-48 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub

26-06-2019-10-22 Xəbərlər

Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub

Naxçıvan şəhərində fəaliyyət göstərən Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respu...

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

26-06-2019-09-57 Xəbərlər

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın...

Gənclər Döyüş şöhrəti Muzeyini gəziblər

25-06-2019-20-57 Xəbərlər

Gənclər Döyüş şöhrəti Muzeyini gəziblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

İcra hakimiyyətinin işçiləri üçün distant təlim olub

25-06-2019-20-26 Xəbərlər

İcra hakimiyyətinin işçiləri üçün distant təlim olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Dövlət idarəçiliyində innovativ texnologiya...

“İnam” musiqi qrupu hərbiçilər qarşısında çıxış edib

25-06-2019-19-24 Xəbərlər

“İnam” musiqi qrupu hərbiçilər qarşısında çıxış edib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud ifaçılardan ibarət  “İnam” m...

Adı “Qızıl kitab”a düşənlər - VİDEO

25-06-2019-18-53 Xəbərlər

Adı “Qızıl kitab”a düşənlər - VİDEO

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Ta...

Rəssam öz əsrələrini muzeylərə hədiyyə edib

25-06-2019-18-12 Xəbərlər

Rəssam öz əsrələrini muzeylərə hədiyyə edib

NUHÇIXAN xəbər verir ki, Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əm...

Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır - VİDEO

25-06-2019-17-50 Xəbərlər

Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır - VİDEO

Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə ta...

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

25-06-2019-17-26 Xəbərlər

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan ...

“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib

25-06-2019-16-33 Xəbərlər

“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Cəzaçəkmə müəssisəsində profilaktik tibbi müayinələr aparılıb

25-06-2019-12-49 Xəbərlər

Cəzaçəkmə müəssisəsində profilaktik tibbi müayinələr aparılıb

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Muxtar respublikada ötən ay 8 istehsal sahəsi yaradılıb

25-06-2019-12-25 Xəbərlər

Muxtar respublikada ötən ay 8 istehsal sahəsi yaradılıb

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli res...

Nakhchivan news - VİDEO

25-06-2019-12-06 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Qazançı-Televernisaj - VİDEO

25-06-2019-11-47 Xəbərlər

Qazançı-Televernisaj - VİDEO

Naxçıvan televiziyasının əməkdaşları Culfa rayonunun Qazançı kəndi ilə bağlı tel...

“Sarsılmaz qardaşlıq 2019”la bağlı yeni videomaterial yayımlanıb - VİDEO

25-06-2019-11-12 Xəbərlər

“Sarsılmaz qardaşlıq 2019”la bağlı yeni videomaterial yayımlanıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, bu il iyun ayının 7-dən 11-dək Naxçıvan Muxtar Respubli...

Şərur Rayon Xalq Teatrı festivalda uğurla çıxış edib

25-06-2019-10-51 Xəbərlər

Şərur Rayon Xalq Teatrı festivalda uğurla çıxış edib

NUHÇIXAN xəbər verir ki, iyunun 23-dən 25-dək Bakı şəhərində “III Respublika Xal...

Ötən günün mənzərəsi - VİDEO

25-06-2019-10-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

25-06-2019-10-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

24-06-2019-20-07 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gən...

Ali təhsil ocağında Silahlı Qüvvələr Günü qeyd edilib

24-06-2019-19-47 Xəbərlər

Ali təhsil ocağında Silahlı Qüvvələr Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvə...

Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

24-06-2019-19-19 Rəsmi

Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin...

“Sarsılmaz qardaşlıq 2019”-Videoçarx - VİDEO

24-06-2019-18-57 Xəbərlər

“Sarsılmaz qardaşlıq 2019”-Videoçarx - VİDEO

Naxçıvan televiziyasının əməkdaşları Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq 2...

Naxçıvanın səhiyyə turizmi imkanları yüksək qiymətləndirilib

24-06-2019-17-36 Xəbərlər

Naxçıvanın səhiyyə turizmi imkanları yüksək qiymətləndirilib

NUHÇIXAN xəbər verir ki, 18-20 iyun tarixlərində İranın Ərdəbil şəhərində İqtisa...

Beynəlxalq Əmək Təşkilatının 100 illik yubiley tədbirində Naxçıvan təcrübəsi tanıdılıb - FOTOLAR

24-06-2019-17-12 Xəbərlər

Beynəlxalq Əmək Təşkilatının 100 illik yubiley tədbirində Naxçıvan təcrübəsi tanıdılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, 10-21 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Be...

Beşyaşlı uşaqların təhsilə hazırlanması ilə bağlı tədbir keçirilib

24-06-2019-15-59 Xəbərlər

Beşyaşlı uşaqların təhsilə hazırlanması ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  Naxçıvan Muxtar Respu...

Muxtar respublikada şənbə konsertlərinə start verilib

24-06-2019-15-20 Xəbərlər

Muxtar respublikada şənbə konsertlərinə start verilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Naxçıvanda fransız dili fənnini tədris edən müəllimlər üçün kurs

24-06-2019-14-59 Xəbərlər

Naxçıvanda fransız dili fənnini tədris edən müəllimlər üçün kurs

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ...

Ordubad-Televernisaj - VİDEO

24-06-2019-12-43 Xəbərlər

Ordubad-Televernisaj - VİDEO

Naxçıvan televiziyasının əməkdaşları Ordubad rayonu ilə bağlı televernisaj hazır...