Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk peşəkar aktrisalarından olan Xədicə Qazıyevanın doğum günüdür. O, 1909-cu il fevralın 15-də Rusiyanın Qazan şəhərində anadan olub.

Əslən Bakıdan olan həyat yoldaşı ilə ailə qurduqdan sonra Azərbaycanda yaşayıb.

Naxçıvan teatrında uzun illər öz sənət bacarığı, istedadı ilə tamaşaçıların sevimlisinə çevrilən Xədicə Qazıyeva  ömrünü bu teatra həsr edən Xalq artisti Sofya Hüseynovanın anası, Naxçıvan teatrının təkrarolunmaz sənətkarı, Xalq artisti Rövşən Hüseynovun nənəsidir. Bu gün Naxçıvanda çox az ailə var ki,  üç nəsil bir sənətin davamçılarını yetişdirsin. 

Bu ailənin sənət ənənəsinin banisi təbii ki, Xədicə xanımdır. O, 1920-ci illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac var idi. Ona görə də, Xədicə Qazıyeva teatrda işləmək üçün müraciət edəndə onu məmnuniyyətlə truppaya qəbul etdilər. Bu gənc, istedadlı aktrisanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırdı. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rollarını ya kişilər, ya da qeyri-millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verilib. Muxtariyyət illərində isə Bakıdan qadın aktrisalar teatra dəvət alıblar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Məhz həmin vaxtlarda Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. İstedadı ilə seçilən aktrisanın Naxçıvan teatrında ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilyanı, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı oynayıb. Onun oynadığı rolların sayı 150-dən artıqdır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir.

Xədicə Qazıyeva təkcə bu teatrda maraqlı obrazlar yaratmadı, onun sənətinin təsiri ilə bu sənət məbədində  bütöv bir aktrisalar nəsli yetişdi. Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisinə çevirmişdi.   Xədicə Qazıyeva sənətə o qədər vurğun idi ki, onun bu sevgisi ailəsinə də təsirsiz qalmadı. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu, anasını heyrətləndirmədi. Çünki o, qızının istedadına yaxşı bələd idi. Naxçıvan teatrının səhnəsində 100-dən artıq rol oynayan  Sofya Hüseynova sənətdə qazandığı uğurlarla bunu sübut etdi.  Xalq artisti fəxri adına, “Şöhrət” ordeninə sahib oldu. Maraqlı burasıdır ki, Xədicə Qazıyevanın iki nəvəsi-Sofya Hüseynovanın övladları Xalq artistləri Rəfael Dadaşov və Rövşən Hüseynov da bu gün nənələrinin sənət yolunu davam etdirirlər.  

Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva 1991-ci ildə Naxçıvan şəhərində vəfat edib.

 

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

22-05-2019-19-15 Xəbərlər

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a v...

Ali təhsil ocağında Soltan Hacıbəyovun 100 illiyi qeyd edilib

22-05-2019-18-52 Xəbərlər

Ali təhsil ocağında Soltan Hacıbəyovun 100 illiyi qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Günnüt zəfəri” - VİDEO

22-05-2019-18-17 Xəbərlər

“Günnüt zəfəri” - VİDEO

2018-ci ilin may ayında Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçir...

Naxçıvanda sabaha olan hava proqnozu

22-05-2019-18-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

"Nakchivan Colour day-2019" keçiriləcək - VİDEO

22-05-2019-17-43 Xəbərlər

"Nakchivan Colour day-2019" keçiriləcək - VİDEO

NUHÇIXAN xəbər verir ki, iyunun 16-da Nəqşicahan holdinq şirkətlər qrupunun nəzn...

Tibb kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

22-05-2019-17-06 Xəbərlər

Tibb kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Operativ vergi nəzarəti tədbirləri görülür

22-05-2019-15-02 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN...

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR

22-05-2019-11-48 Rəsmi

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Orucluq mərasim...

Новости Нахчывана - VİDEO

22-05-2019-11-00 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

22-05-2019-10-11 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

“Buta” muğam ansamblının Ordubad rayonunda konserti olub

22-05-2019-09-19 Xəbərlər

“Buta” muğam ansamblının Ordubad rayonunda konserti olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Tibb işçiləri maarifləndiriliblər

21-05-2019-19-02 Xəbərlər

Tibb işçiləri maarifləndiriliblər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Elmi konfransda 70 -ə qədər gənc tədqiqatçı iştirak edib

21-05-2019-18-42 Xəbərlər

Elmi konfransda 70 -ə qədər gənc tədqiqatçı iştirak edib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda doktorant və magistran...

Dövlət qulluqçularının iştirakı ilə seminar keçirilib

21-05-2019-18-15 Xəbərlər

Dövlət qulluqçularının iştirakı ilə seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanda ənənəvi “Göycə” Festivalı keçiriləcək

21-05-2019-17-41 Xəbərlər

Naxçıvanda ənənəvi “Göycə” Festivalı keçiriləcək

NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey ...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR

21-05-2019-17-07 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR

Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasını...

Gənc rəssamlar Naxçıvanın mənzərələrini çəkiblər

21-05-2019-16-06 Xəbərlər

Gənc rəssamlar Naxçıvanın mənzərələrini çəkiblər

NUHÇIXAN xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan M...

Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

21-05-2019-15-21 Xəbərlər

Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Nakhchivan news - VİDEO

21-05-2019-13-30 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvanlı tələbələr Türkiyədə təcrübə kursu keçiblər

21-05-2019-12-21 Xəbərlər

Naxçıvanlı tələbələr Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Culfada Kamera Orkestrinin konserti olub

21-05-2019-12-04 Xəbərlər

Culfada Kamera Orkestrinin konserti olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Qarsda “Ölülər və dəlilər”i təqdim edəcək

21-05-2019-11-47 Xəbərlər

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Qarsda “Ölülər və dəlilər”i təqdim edəcək

Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə ...

Naxçıvanda sabaha olan hava proqnozu

21-05-2019-10-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Ötən günün mənzərəsi - VİDEO

21-05-2019-10-37 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

21-05-2019-10-06 Xəbərlər

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

21-05-2019-09-32 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

21-05-2019-09-15 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib.

Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM

20-05-2019-19-51 Rəsmi

Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də Yara...

“Ehsan xan Kəngərli” tamaşası Şərur rayonunda göstərilib

20-05-2019-18-45 Xəbərlər

“Ehsan xan Kəngərli” tamaşası Şərur rayonunda göstərilib

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dra...

“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib

20-05-2019-18-23 Xəbərlər

“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...