Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Endo­kri­nologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxcivantv.az xəbər verir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin təşkilatçılığı ilə keçirilən konfransda Səhiyyə Nazirliyinin  Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Süleyman Cəfərov, muxtar respublika mərkəzi xəstəxanasının baş həkimi Əli Ələsgərov çıxış ediblər.

Bildirilib ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində  məqsədyönlü tədbirlər həyata keçirilir.

Konfransda  Bakı klinikasının endokrinoloqu, tibb elmlər üzrə fəlsəfə doktoru Rauf Cabbarov “ Qalxanvari vəz xəstəlikləri və qadınlarda repro­duktiv sağlamlıq”, Mərkəzi Dənizçilər Xəstəxanasının metobolizm şöbəsinin müdiri Nazim Rüstəmov  “II tip şəkərli diabetin kombinə olunmuş müalicə prin­sipləri “ mövzularında  çıxış ediblər.

 

 Konfransda müzakirələr aparılıb, endokrinologiyanın aktual problemlərinə aid suallar cavablandırılıb.

Kəmalə Əliyeva 

NTV xəbər

 

www.naxcivantv.az