Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qızlar liseyində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir həyata keçirilib.

Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva Beynəlxalq Ana Dili Gününün tarixi haqqında məlumat verib. Bildirib ki, 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd olunmasında məqsəd ana dilinin inkişafını və öyrənilməsini müdafiə etməkdən ibarətdir.

Qeyd olunub ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunlar qəbul edildi, ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirildi.

Tədbirdə digər çıxış edənlər ana dilimizin zəngin və işlək dil olduğunu vurğulayıb, Ana dilinin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, ötən il ümumi orta təhsil bazası üzrə 9-cu siniflərin buraxılış imtahanında Azərbaycan dili fənnindən ölkə üzrə orta göstərici 47,5 faiz olduğu halda, muxtar respublika üzrə bu göstərici 48 faizdir.

Sonra şagirdlər Ana dili günü ilə bağlı şeirləri bədii qiraət ediblər.

Sadiq Məmmədov

www.naxcivantv.az