Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələr yaradılır, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.

Muxtar respublikada dövlət-xalq-ordu birliyinin möhkəm təməli yaradılıb

Muxtar respublikada dövlət-xalq-ordu birliyinin möhkəm təməli yaradılıb. Naxçıvan əhalisinin, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin nümayəndələrinin hərbi hissələrə baş çəkərək əsgərlərə sovqat aparmaları artıq ənənə halını alıb. İməciliklər zamanı salınmış meyvə bağlarından toplanan məhsullar hərbi hissələrə təhvil verilir. Bundan əlavə, hərbi hissələrin yardımçı təsərrüfatlarından yığılmış meyvə, tərəvəz və bostan məhsulları da şəxsi heyətin istifadəsinə verilir. Ötən il noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonunun bütün birləşmə və hissələrinə soyuq aylarda şəxsi heyətin infeksion xəstəliklərdən qorunması məqsədilə 6 ton 400 kiloqram sarımsaq təqdim olunub.

Kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatı sahibləri – Şərur rayonunun Aralıq kənd sakini Fizuli Məhərrəmov, Tumaslı kənd sakini Əhməd Həsənov, Mahmudkənd kənd sakini Ənvər Hüseynov, Dərvişlər kənd sakini Etibar Şahtaxtinski, Sədərək rayon sakini Şirxan Əliyev və Kəngərli rayonunun Şahtaxtı kənd sakini Rüfət İsmayılov da ötən il əldə etdikləri bol məhsuldan Naxçıvan Qarnizonunun birləşmə və hissələrinə sovqat veriblər.

Şərur rayonunun Sərxanlı kənd sakini Vəli Zamanov deyir: Muxtar respublikamızda xalq-ordu birliyi bu gün yüksək səviyyədədir. Ali Məclis Sədrinin hərbi hissələrdə olması, əsgərlərimizlə görüşməsi, bayram günlərində onlara hədiyyələr təqdim etməsi, bir sözlə, həmrəylik nümayiş olunması məni çox qürurlandırır. Muxtar respublikamızda hərbi xidmət keçən əsgərlərimizin vaxtilə hansı çətinliklərlə üzləşdiklərini yaxşı xatırlayıram. Şükürlər olsun ki, o günlər arxada qalıb. Bu gün ordumuzun Naxçıvanda olan hissələrində yaradılmış şərait, sözün həqiqi mənasında, ən yüksək səviyyədədir. Daha heç bir valideyn öz övladı sarıdan narahatlıq keçirmir. Təkcə valideynlər deyil, elə insanlarımızın bir çoxu hərbi hissələrdə olur, özünün yetişdirdiyi məhsullardan hərbi hissələrə pay verir. Mən də 2018-ci ildə özümün pay torpağımda yetişdirdiyim məhsuldan hərbi hissələrə pay vermişəm. Bunu ən savab iş sayıram və gələcəkdə də davam etdirəcəyəm. Bunun üçün mənə də hərtərəfli şərait yaradılıb. Özümün 6 hektar torpağım var. 7,3 hektar torpağı isə icarəyə götürmüşəm. Təsərrüfatla məşğul olan insanlara göstərilən qayğının nəticəsidir ki, ötən il 8 hektar kartof əkini sahəsindən 320 ton kartof, 3 hektar soğan əkini sahəsindən 120 ton soğan tədarük etmişəm. Bu ildən arıçılıqla da məşğul olmağa başlamışam. Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə mənə inşa etdirdiyim soyuducu anbarın tikintisini başa çatdırmaq üçün 30 min manat kredit verilib. Bu isə imkan yaradacaq ki, fəaliyyətimi daha da genişləndirim.

Kəngərli rayonunun Şahtaxtı kənd sakini Rüfət İsmayılov da ailə təsərrüfatında yetişdirdiyi məhsullardan əsgərlərimizə sovqat ayırmağı özünün vətəndaşlıq borcu sayır: Bu gün ordumuzda, onun Naxçıvandakı hissələrində əsgərlərimizin məişət xidməti, qidalanması yüksək səviyyədə təmin olunub. Sərhədlərimizi qoruyan, bizim öz torpaqlarımızda əminliklə çalışmağımız üçün gecə-gündüz ayıq-sayıq dayanan hərbçilərimizə sovqat aparmağımız onları hərbi xidmətdə daha mübariz olmağa ruhlandırır. Övladlarımız dövlətimizin himayəsindədir. Hər cür təminatları var. Bizim də borcumuz dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməkdir. Elə son illər muxtar respublikada xalq-ordu birliyi də bu siyasətin tərkib hissəsinə çevrilib. Valideynlər, hərbi xidmət keçən əsgər və zabitlərimizin yaxınları tez-tez hərbi hissələrə gedir, onlara sovqat aparırlar. Bu da hərbçilərimiz tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir.

Bildiyiniz kimi, indi muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğıdan yararlanan təsərrüfatçılar müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfələrini verirlər. Biz də bu qayğıdan yararlanaraq ötən il sarımsaq əkininə üstünlük verdik. Şükürlər olsun ki, məhsulumuz da bol oldu. Əldə etdiyimiz bu məhsuldan 2 ton hərbi hissələrdəki əsgərlərimizə sovqat apardıq. İnanırıq ki, növbəti illərdə də bu ənənəni davam etdirəcəyik.

Ötən günlərdə sahibkarlar tərəfindən 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim edilib

Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi ötən günlərdə sahibkarlar tərəfindən, ümumilikdə, 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim olunub. Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissənin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kiloqram turp və 800 kiloqram kartof hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb. Tədbirdə şəxsi heyət adından minnətdarlıq edən hərbi hissənin zabiti Qurban Behbudov əsgərlərin həmvətənlərinin bu qayğısından ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini diqqətə çatdırıb. Bildirib ki, sahibkarların əsgərlərə sovqat gətirmələri, onlarla görüşmələri ənənə şəkli almaqla xalq-ordu birliyinin yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Alınmaz qalamız Sədərək rayonunda da bu məsələ diqqət mərkəzindədir. Ötən günlərdə rayon icra hakimiyyəti adından 1 tondan çox sarımsaq rayon ərazisində yerləşən hərbi hissəyə təqdim olunub. “N” hərbi hissənin əsgəri Əli Abdullayev göstərilən qayğıya görə şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib. Sonra gətirilmiş məhsul hərbi hissələrə təhvil verilib.

Sədərəkli Şirxan Əliyev deyir ki, bu gün muxtar respublikamız blokada şəraitində yaşasa da, qədim diyarımızda ictimai-siyasi sabitlik, inkişaf, əmin-amanlıq təmin edilib: Bunu hər bir sahədə görmək olar. Bu da naxçıvanlıların qurub-yaratmaq əzmini artırır. Həyata keçirilən tədbirlərin hərbi hissələri də əhatə etməsi həm biz valideynlərdə, həm də əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradır. Düşmənə gözdağı olan Sədərəkdə yaşayan insanların buradakı əsgərlərlə sıx əlaqədə olması da bununla bağlıdır. Bir vaxtlar muxtar respublikanın hər yerindən buraya doğma torpaqlarımızı qorumağa gələnlər bu gün hərbi hissələrdəki vəziyyəti görəndə qürur hissi keçirirlər. Odur ki, onlara öz təsərrüfatımızda yetişdirdiyimiz məhsullardan pay aparmaqdan qürur duyuram.

Xalq-ordu birliyi şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaradır

Sovqat təqdim edilən hərbi hissələrin zabitlərindən Anar Nəbiyev, Elvin Xəlilov, Fariz Sərxanov, Umar Umarov və digərlərinin sözlərinə görə, bu, şəxsi heyət arasında böyük ruh yüksəkliyinə səbəb olub və belə tədbirlər davamlı xarakter alıb. Zabitlərimiz vurğulayırlar ki, əsgərlərin sağlamlıqlarının qorunmasına ciddi fikir verilməsi, yüksək kalorili yeməklərlə qidalanmalarının daim diqqətdə saxlanılması onlara dövlətimizin qayğısı kimi dəyərləndirilir. Bu həmrəylik, sovqatların verilməsi böyük mənəvi dayaq deməkdir. Çünki dövlət-xalq-ordu birliyi xidmətin uğurlu təşkilində başlıca amildir.

Nümunəvi xidməti ilə komandirlərinə və valideynlərinə başucalığı gətirən əsgərlərimizdən Dönməz Hüseynov, Rəhim Kərimov, Onur Seyidov, Rüad Fərmanzadə bayram və əlamətdar günlərdə ictimaiyyət nümayəndələrinin, mədəniyyət kollektivlərinin onların qonağı olmalarının əsgərlərdə böyük ruh yüksəkliyi yaratdığını dilə gətiriblər. Həmçinin digər bir amil kimi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızın əsgərlərlə görüşə sovqatla gəlmələrini xalqın öz ordusuna böyük sevgisinin nümunəsi, xalq-ordu birliyinin göstəricisi sayırlar.

Məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri də çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə göndərilir

Muxtar respublikamızda uzun illərdir davam edən ənənəyə uyğun olaraq məhdud fiziki imkanlı şəxslər tərəfindən hazırlanmış isti qış geyimləri də Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə göndərilir. Ötən il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş yun corab və şərflər əsgərlərimizə hədiyyə edilib. Ümumilikdə isə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 2500 cüt yun corab və 200 ədəd yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib.

Babək rayonunun Babək qəsəbəsində yaşayan Elnurə Nağıyeva deyir ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc bizim övladımızdır. Onların öz borclarını şərəflə yerinə yetirməsi üçün dövlətimizin yaratdığı şəraitə söz ola bilməz. Ancaq biz vətəndaşların əsgərlərə köməyini də vacib sayıram. Çünki Azərbaycan əsgəri dövlətimizin, onun vətəndaşlarının keşiyində ayıq-sayıq dayanıb. Mən də əsgərlərimiz üçün corab toxuyuram. Qürur duyuram ki, övladlarımızın yaxşı xidmət etmələrinə az da olsa, kömək göstərirəm. Düşünürəm ki, mənim də övladlarım bu gün-sabah əsgər olacaq, bizi qoruyacaq.

Şərur rayonunun Çərçiboğan kənd sakini Saimə Novruzova kiçik yaşlarından corab toxumağı öyrənib. Xəstəlik nəticəsində hər iki gözü dünya işığından məhrum olub. Ancaq buna baxmayaraq, yenə də corab toxumaqla məşğuldur. Deyir ki, əsgərlərə corab və şərf toxunmasını eşidəndən bu işə həvəsi daha da artıb. “Mən də öz imkanlarım səviyyəsində əsgər övladlarımıza kömək etmək qərarına gəldim. Bunun üçün dövlətimiz də mənə qayğı göstərməyə başladı. Bir neçə ildir ki, bu işlə məşğulam. Düşünəndə ki, mənim əməyim qışın soyuğunda, boranında igid oğullarımızın köməyinə çatacaq bir işə yarayır, onda xeyli sevinirəm”, - deyə o bildirib.

Ordumuz hərtərəfli təminata, ən müasir silah-sursata, yenilməz, qətiyyətli və peşəkar şəxsi heyətə malikdir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin ifadəsi olan bu tədbirlər isə şəxsi heyətdə ruh yüksəkliyi yaradır.

Nəriman Nəcəfov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Babək rayonunda Süni Mayalanma Mərkəzi yaradılır

23-03-2019-18-46 Xəbərlər

Babək rayonunda Süni Mayalanma Mərkəzi yaradılır

NUHÇIXAN-ın məlumatına görə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxş...

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər

23-03-2019-18-29 Xəbərlər

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ...

Atçılıq və İstirahət Mərkəzində bayram konserti olub

23-03-2019-18-00 Xəbərlər

Atçılıq və İstirahət Mərkəzində bayram konserti olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Atçılıq və İstirahət Mərkəzində Novruz bayramı...

Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir

23-03-2019-17-15 Xəbərlər

Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki  Heydər Əliyev prospektində yeni y...

Türkiyəli dağçılar Novruz bayramı münasibətilə Haçadağa yürüş ediblər - VİDEO

23-03-2019-15-43 Xəbərlər

Türkiyəli dağçılar Novruz bayramı münasibətilə Haçadağa yürüş ediblər - VİDEO

Haçadağa “Novruz bayramı- Dostluq” devizi altında təşkil edilən yürüş təşkil edi...

Naxçıvanda sabaha olan hava proqnozu

23-03-2019-14-58 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

22-03-2019-21-44 Xəbərlər

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar...

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

22-03-2019-21-00 Xəbərlər

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki yarmarkada şəhər ...

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

22-03-2019-19-34 Xəbərlər

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kolanı, Ağbulaq və Keçili kəndlərində ...

Naxçıvanda sabaha olan hava proqnozu

22-03-2019-18-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

22-03-2019-18-10 Xəbərlər

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

Novruz bayramı münasibətilə Ordubad rayonunda təşkil olunan bayram tədbirlərinə ...

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

22-03-2019-17-36 Xəbərlər

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan idmançıları Kempo üzrə açıq Bakı şəhər turniri...

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

22-03-2019-16-47 Xəbərlər

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin kollektivi b...

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

22-03-2019-14-58 Xəbərlər

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bayram və ...

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

21-03-2019-18-42 Xəbərlər

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

Artıq bir neçə gündür ki, Naxçıvan televiziyasında hazırlanan filmlər və veriliş...

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

21-03-2019-17-28 Rəsmi

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında ...

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

21-03-2019-16-20 Rəsmi

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, di...

Naxçıvanda sabaha olan hava proqnozu

21-03-2019-15-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

20-03-2019-20-42 Xəbərlər

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində "Eto Azerbaydjan"  (Bu Azərba...

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

20-03-2019-20-10 Xəbərlər

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

Naxçıvanda bayram tədbiri davam edir.

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...