Azərbaycanın elmi ictimaiyyətinin yaxşı tanıdığı gözəl ziyalı, bioloq alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Tariyel Talıbovun 70 yaşı tamam olur.

Tariyel Talıbov 1949-cu il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1974-cü ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) kimya-biologiya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1989-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində botanika kafedrasına rəhbərlik etmişdir.

Tariyel Talıbov istehsalatdan ayrılmadan Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1986-cı ildə “Naxçıvan MSSR-də ərik genefondunun qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ilin mart ayında isə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək  biologiya elmləri doktoru alimlik dərəcəsi, 2008-ci ildə AAK tərəfindən professor elmi adı almışdır.

Bütün uğurlarına, elmi işlərinin müvəffəqiyyətli nəticələrinə baxmayaraq, professor Tariyel Talıbov respublikanın paytaxtına can atmamış, muxtar respublikada yaşayıb, yaratmışdır. Elmi nailiyyətləri, rəhbərlik qabiliyyəti nəzərə alınaraq, 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur və indi də bu vəzifədə  çalışır.

Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, relikt, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadəsinə və mühafizəsinə aid 300-ə yaxın elmi əsərin müəllifidir. İki cildlik “Naxçıvan Ensiklopediyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları” (I və II cildlər), “Naxçıvan abidələri ensiklopediyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (Azərbaycan və rus dilində), “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (müəlliflər qrupu ilə), “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının zəhərli bitkiləri” həmin əsərlər içərisində xüsusi yer tutur. Alimin bəzi əsərləri xarici  jurnallarda nəşr edilmişdir.

Tariyel Talıbovun Naxçıvan  Muxtar Respublikasının faunasına dair “Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların genefondunun qorunması”, “Azərbaycanda Asiya muflonu və bezoar keçisinin qorunma strategiyası”, “Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” və digər kitabları mühüm elmi əhəmiyyət kəsb edir.

Elmi-tədqiqat işləri zamanı toplanılan minlərlə şəxsi herbari nüsxəsi əsasında Naxçıvan Dövlət Universitetində “Herbari fondu” yaradılmış, universitetin botanika kafedrasının tədris-təcrübə sahəsində 27-dən çox nadir və ya məhv olmaq təhlükəsi altında olan bitki becərilmişdir.

Görkəmli alim və tanınmış pedaqoq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Ordubad yasaqlığında nadir bitki və onurğalı növlərini tədqiq etmiş, bir çox taksonlar aşkar edərək, qoruq və yasaqlıqların yaradılması vacibliyini elmi cəhətdən əsaslandırmışdır. O, Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinin təbii ehtiyatı bol olan dərman, texniki, bəzək bağçılığı və qida əhəmiyyətli növləri də tədqiq etmiş, səmərəli istifadə olunmaları üçün çalışmış və flora biomüxtəlifliyinin nadir növlərinin genefondunun qorunması üçün təkliflər vermişdir. Tariyel Talıbov 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Aspirant və dissertantlarından 7-si biologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, məsləhətçi olduğu 2 nəfərdən biri aqrar elmlər üzrə elmlər doktoru dissertasiya işini müdafiə etmiş, bir nəfər isə biologiya üzrə elmlər doktoru dissertasiya işini müdafiə üçün təqdim etmişdir. Bu vaxta qədər 15-dən çox doktorluq və namizədlik dissertasiyası işlərinə opponentlik etmişdir.

Akademik respublikamızın hüdudlarından kənarda da tanınır və elmi əsərlərindən istifadə olunur. Onun ciddi təşkilatçılıq fəaliyyəti sayəsində rəhbərlik etdiyi Bioresurslar İnstitutunda son 15 ildə 6 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru yetişdirilmişdir.

Tariyel Talıbov AMEA Botanika İnstitutunda 2013-2014-cü illərdə fəaliyyət göstərən D.01.061 Dissertasiya Şurasının sədr müavini, 2016-2018-ci illərdə isə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda fəaliyyət göstərən “Botanika” – 2417.01 və “Fiziki kimya - 2307.01” üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılan Dissertasiya Şurasının sədri olmuşdur.

2005, 2010 və 2015-ci illərdə 12 saylı Şərur Seçki Dairəsindən III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən alim muxtar respublikanın ictimai həyatında fəal iştirak edir.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2 layihənin qalibi olmuş və layihə müvəffəqiyyətlə yerinə yetirilmişdir. Ümumdünya Təbiəti Mühafizə Fondunun (ÜDTMF- WWF) elan etdiyi layihə onun rəhbərliyi ilə artıq yerinə yetirilmişdir. ÜDTMF Qafqaz ekoregionu üzrə Azərbaycan Respublikasından 2006-cı ildən indiyə kimi biomüxtəlifliyin mühafizəsi üzrə ekspert şurasının üzvü olan akademik şuranın Bakı, Tbilisi və Berlində keçirilən vaxtaşırı toplantılarında iştirak etmişdir. 10 oktyabr 2014-cü ildə Qafqaz ekoregionunda bəbirin monitorinqinə dair apardığı uğurlu və fundamental tədqiqatlara görə ÜDTMF tərəfindən xüsusi sertifikat və ÜDTMF-nin döş nişanı ilə təltif edilmişdir. Hazırda alim həmin fondun Naxçıvan Muxtar Respublikası ərazisində “Cənubi Qafqazda bəbirlərin mühafizəsi” layihəsinə rəhbərlik edir.

Çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti bir çox fəxri adlarla, təltif və mükafatlarla yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 avqust 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı” ilə təltif olunmuşdur. Bundan başqa alim təbiət elmləri sahəsində əldə edilmiş mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə 15 avqust 2015-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif olunmuşdur.

Görkəmli alim, tanınmış pedaqoq Tariyel Talıbov sadə, təvazökar, xeyirxah və nəcib insani keyfiyyətlərə, qeyri-adi elmi və təşkilatçılıq qabiliyyətinə malik olduğundan  muxtar respublikada böyük nüfuz və hörmət qazanmışdır. 

Tariyel Talıbovu 70 illik yubleyi münasibətilə təbrik edir, ona sağlam və mənalı ömür, yeni-yeni uğurlar arzulayırıq.

 

Elşad QURBANOV,

Bakı Dövlət Universitetinin botanika kafedrasının müdiri,

AMEA-nın müxbir üzvü, professor

“Xalq qəzeti”, 21 fevral 2019-cu il

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

22-05-2019-19-15 Xəbərlər

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a v...

Ali təhsil ocağında Soltan Hacıbəyovun 100 illiyi qeyd edilib

22-05-2019-18-52 Xəbərlər

Ali təhsil ocağında Soltan Hacıbəyovun 100 illiyi qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Günnüt zəfəri” - VİDEO

22-05-2019-18-17 Xəbərlər

“Günnüt zəfəri” - VİDEO

2018-ci ilin may ayında Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçir...

Naxçıvanda sabaha olan hava proqnozu

22-05-2019-18-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

"Nakchivan Colour day-2019" keçiriləcək - VİDEO

22-05-2019-17-43 Xəbərlər

"Nakchivan Colour day-2019" keçiriləcək - VİDEO

NUHÇIXAN xəbər verir ki, iyunun 16-da Nəqşicahan holdinq şirkətlər qrupunun nəzn...

Tibb kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

22-05-2019-17-06 Xəbərlər

Tibb kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Operativ vergi nəzarəti tədbirləri görülür

22-05-2019-15-02 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN...

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR

22-05-2019-11-48 Rəsmi

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Orucluq mərasim...

Новости Нахчывана - VİDEO

22-05-2019-11-00 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

22-05-2019-10-11 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

“Buta” muğam ansamblının Ordubad rayonunda konserti olub

22-05-2019-09-19 Xəbərlər

“Buta” muğam ansamblının Ordubad rayonunda konserti olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Tibb işçiləri maarifləndiriliblər

21-05-2019-19-02 Xəbərlər

Tibb işçiləri maarifləndiriliblər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Elmi konfransda 70 -ə qədər gənc tədqiqatçı iştirak edib

21-05-2019-18-42 Xəbərlər

Elmi konfransda 70 -ə qədər gənc tədqiqatçı iştirak edib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda doktorant və magistran...

Dövlət qulluqçularının iştirakı ilə seminar keçirilib

21-05-2019-18-15 Xəbərlər

Dövlət qulluqçularının iştirakı ilə seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanda ənənəvi “Göycə” Festivalı keçiriləcək

21-05-2019-17-41 Xəbərlər

Naxçıvanda ənənəvi “Göycə” Festivalı keçiriləcək

NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey ...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR

21-05-2019-17-07 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR

Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasını...

Gənc rəssamlar Naxçıvanın mənzərələrini çəkiblər

21-05-2019-16-06 Xəbərlər

Gənc rəssamlar Naxçıvanın mənzərələrini çəkiblər

NUHÇIXAN xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan M...

Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

21-05-2019-15-21 Xəbərlər

Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Nakhchivan news - VİDEO

21-05-2019-13-30 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvanlı tələbələr Türkiyədə təcrübə kursu keçiblər

21-05-2019-12-21 Xəbərlər

Naxçıvanlı tələbələr Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Culfada Kamera Orkestrinin konserti olub

21-05-2019-12-04 Xəbərlər

Culfada Kamera Orkestrinin konserti olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Qarsda “Ölülər və dəlilər”i təqdim edəcək

21-05-2019-11-47 Xəbərlər

Naxçıvan Dövlət Musiqili Dram Teatrı Qarsda “Ölülər və dəlilər”i təqdim edəcək

Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə ...

Naxçıvanda sabaha olan hava proqnozu

21-05-2019-10-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında mayın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Ötən günün mənzərəsi - VİDEO

21-05-2019-10-37 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

21-05-2019-10-06 Xəbərlər

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

21-05-2019-09-32 Xəbərlər

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

21-05-2019-09-15 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib.

Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM

20-05-2019-19-51 Rəsmi

Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də Yara...

“Ehsan xan Kəngərli” tamaşası Şərur rayonunda göstərilib

20-05-2019-18-45 Xəbərlər

“Ehsan xan Kəngərli” tamaşası Şərur rayonunda göstərilib

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dra...

“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib

20-05-2019-18-23 Xəbərlər

“Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...