Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin binası yenidən qurulur

Yaxşı təhsil ənənələri ilə seçilən  Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəb həm də rus dili üzrə kadr hazırlığı baxımından fərqlənir.  Yenidənqurmadan sonra  məktəbin imkanları daha da artırılaraq 540 şagird yerlik olacaq.

Burada 30 sinif otağı, elektron lövhəli siniflər, müxtəlif laboratoriyalar, kompüter otaqları, şahmat sinfi yaradılır. Məktəbin müəllimi Ceyran İsmayılova naxcivantv.az-a bildirib ki, ötən tədris ilində məktəbin 25 məzunundan 16-sı ali məktəblərə qəbul olunub. Hazırda məktəbdə 430 şagird təhsil alır. Qeyd edək ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 2016-cı ilin məzunlarından 1538-i öz istəyinə çatıb ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir.

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az