Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yuxarı sinif şagirdləri sınaq-test imtahanı veriblər

Naxcivantv.az xəbər verir ki, oktyabrın 30-da muxtar respublikanın bütün ümumtəhsil məktəblərində sınaq-test imtahanları keçirilib.

Naxçıvan şəhərində XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada imtahanı 4 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanın obyektivliy üçün bütün tədbirlər görülüb. Şagirdlərə sualların cavablandırılması üçün 3 saat vaxt verilib. Onlar ali məktəblərə qəbul imtahanı qaydasına uyğun olaraq “İstedad” kursları tərəfindən hazırlanmış müxtəlif ixtisaslar üzrə 5 fəndən 125 suala cavab yazıblar. Eyni zamanda ümumtəhsil məktəblərində IX-X sinif şagirdləri də sınaq-test imtahanı veriblər. Bütün ümumtəhsil məktəblərində bu tədris ilinin ilk sınaq-test imtahanının yüksək səviyyədə keçirilməsi üçün lazımı şərait yaradılıb.

Qeyd edək ki, vaxtaşırı keçirilən bu imtahanların nəticələri pedaqoji şuralarda müzakirə olunur, aşağı nəticə göstərən şagirdlərlə iş daha da gücləndirilir.

Kənan Cəlilov

NTV xəbər

www.naxcivantv.az