Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Kitabi-Dədə Qorqud”  Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı balacaların ən çox üz tutduğu ünvandı. naxcivantv.az xəbər verir ki, əsasən xalq nağıllarımıza, şifahi xalq ədəbiyyatımıza müraciət edən teatrın kollektivi bu mövsümdə ənənəyə sadiq qalıb.

Yenə də nağıl qəhrəmanlarımız səhnəyə gətirilir, gələcəyimiz olan uşaqlar hikmət xəzinəmizdən bəhrələnirlər. Teatrın direktoru, xalq artisti Yasəmən Ramazanova əməkdaşımıza məlumat verib ki, kollektiv 28-ci mövsümü Nağı İsmayılzadənin“Ağca və Bozca” tamaşası ilə açıb. Uşaqlar tərəfindən maraqla qarşılanan növbəti tamaşa isə Zaur Vedilinin eyniadlı Azərbaycan xalq nağılından bəhrələnərək yazdığı “Şahzadə Bəndalı” tamaşası olub.

Teatrda bir sıra tamaşaların məşqləri də davam etməkdədir. Eynəli Bəy Sultanovun 150 illik yubileyi münasibətilə əlaqədar Səbuhi Hüseynovun yazıçı-publisistin əsərləri əsasında səhnələşdirdiyi “Seymurun sirli dünyası” tamaşası bu yaxınlarda təhvil veriləcək.

Ağaxan Salmanlının “Niyyət açarı” əsəri və “Kitabi-Dədə Qorqud” dastanından “Dirsə xan oğlu Buğac” boyu da bu mövsüm tamaşaya qoyulacaq əsərlər arasındadır.

Teatrın məktəblilərin payız tətili günləri üçün də dolğun planı var. Bu ərəfədə uşaqlar teatra gələrək bir-birindən maraqlı  tamaşalara baxa biləcəklər.

Şahmərdan Əhmədli

NTV xəbər

Bənzər məqalələr

www.naxcivantv.az