Ölkənin nüfuzlu “Səs” qəzeti və “Səs” informasiya agentliyində Naxçıvanın turizm potensialı ilə bağlı yazı dərc olunub.

NUHÇIXAN həmin yazını təqdim edir:

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub-saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri olan Gəmiqaya, Kilit mağarası, möhtəşəmliyi ilə seçilən Haça dağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl və yüzlərlə sənət əsərləri Naxçıvanın diyarının analoqu olmayan turizm potensialıdır.

Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Bu ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Həmçinin, dünyada analoqu olmayan Duzdağ fizioterapiya xəstəxanası və Darıdağ Arsenli Su Müalicəxanası böyük əhəmiyyət kəsb edir. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir. Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Naxçıvanda müalicə turizminin təşkili üçün mövcud olan mineral, su və iqlim ehtiyatları arasında Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan belə müalicə turizmi xidmətləri bu baxımdan regionun ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında pasiyent qəbul edir. 1979-cu ildə istifadəyə verilən mərkəzdə ilk vaxtlarda lazımi şərait olmadığından, mövcud tələbatı yetərincə ödəmək qeyri-mümkün idi. 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün yaradılmış müasir şərait bu gün müalicə turizmi üçün çox əlverişli imkanlar açmışdır. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliyinin müalicəsi üçün əlverişli imkan tapırlar. Eyni zamanda, Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət olur.

Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki "Böyrək suyu" adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb.

Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür.

Bundan başqa, Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Darıdağ suyundan hələ qədim zamanlardan sümük-oynaq və əzələ sistemi xəstəliklərində, o cümlədən, duzlaşma adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunub. Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun tərzdə yenidən qurularaq, istifadəyə verilib. Naxçıvanda müalicə turizminin inkişafına xüsusi diqqət yetirildiyindən Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.

Sağlamlığın bərpa olunması üçün münasib iqlimdən istifadə, keçmişdə olduğu kimi, müasir dövrdə də aktualdır. Belə ki, kurort məqsədilə istifadə olunan iqlim mənbələri bütün əhali üçün ilboyu istirahətin ən sərfəli mənbəyidir.

Ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə, əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyub. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində, inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb.

 

Nəzakət Ələddinqızı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Babək rayonunda Süni Mayalanma Mərkəzi yaradılır

23-03-2019-18-46 Xəbərlər

Babək rayonunda Süni Mayalanma Mərkəzi yaradılır

NUHÇIXAN-ın məlumatına görə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxş...

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər

23-03-2019-18-29 Xəbərlər

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gediblər

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ...

Atçılıq və İstirahət Mərkəzində bayram konserti olub

23-03-2019-18-00 Xəbərlər

Atçılıq və İstirahət Mərkəzində bayram konserti olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Atçılıq və İstirahət Mərkəzində Novruz bayramı...

Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir

23-03-2019-17-15 Xəbərlər

Naxçıvan şəhərində yeni yaşayış binaları tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki  Heydər Əliyev prospektində yeni y...

Türkiyəli dağçılar Novruz bayramı münasibətilə Haçadağa yürüş ediblər - VİDEO

23-03-2019-15-43 Xəbərlər

Türkiyəli dağçılar Novruz bayramı münasibətilə Haçadağa yürüş ediblər - VİDEO

Haçadağa “Novruz bayramı- Dostluq” devizi altında təşkil edilən yürüş təşkil edi...

Naxçıvanda sabaha olan hava proqnozu

23-03-2019-14-58 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

22-03-2019-21-44 Xəbərlər

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar...

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

22-03-2019-21-00 Xəbərlər

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki yarmarkada şəhər ...

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

22-03-2019-19-34 Xəbərlər

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kolanı, Ağbulaq və Keçili kəndlərində ...

Naxçıvanda sabaha olan hava proqnozu

22-03-2019-18-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

22-03-2019-18-10 Xəbərlər

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

Novruz bayramı münasibətilə Ordubad rayonunda təşkil olunan bayram tədbirlərinə ...

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

22-03-2019-17-36 Xəbərlər

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan idmançıları Kempo üzrə açıq Bakı şəhər turniri...

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

22-03-2019-16-47 Xəbərlər

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin kollektivi b...

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

22-03-2019-14-58 Xəbərlər

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bayram və ...

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

21-03-2019-18-42 Xəbərlər

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

Artıq bir neçə gündür ki, Naxçıvan televiziyasında hazırlanan filmlər və veriliş...

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

21-03-2019-17-28 Rəsmi

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında ...

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

21-03-2019-16-20 Rəsmi

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, di...

Naxçıvanda sabaha olan hava proqnozu

21-03-2019-15-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

20-03-2019-20-42 Xəbərlər

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində "Eto Azerbaydjan"  (Bu Azərba...

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

20-03-2019-20-10 Xəbərlər

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

Naxçıvanda bayram tədbiri davam edir.

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...