Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Universitetində” “Maliyyə hesabatlarının beynəlxalq standartlara  əsasən hazırlanmasının zəruriliyi və hesabatların hazırlanmasında köməkçi hesabların rolu” mövzusunda  elmi-praktik konfrans keçirilib.

Qeyd edilib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi maliyyə sahəsində də hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı davamlı işlər aparılır. Bu proses indi çox zəruridir. 

Konfrans iştirakçıları   mütəxəssislərin “Vahid hesablar planında köməkçi hesablar və maya dəyəri hesabları ilə bağlı mübahisə doğuran məqamlar”, “Maliyyə -vergi uçotunun oxşar və fərqləndirici cəhətləri və hesabatların beynəlxalq standartlara uyğun hazırlanmasının uçot üçün əhəmiyyəti”, “Əks-aktiv və ya əks-passiv hesabların uçotda düzgün əks etdirilməsinin zəruriliyi” mövzularında çıxışlarını dinləyiblər.

Sonda  mövzular  ətrafında  müzakirələr keçirilib. 

            Seyfur Hacımuradov

www.naxcivantv.az