Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada monitorinqlər davam edir. Növbəti ekoloji monitorinq Naxçıvan şəhərində aparılıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində olub, buradan götürdükləri su nümunələrini yerində analız ediblər. Kompleksin həyətindəki yaşıllıqlara da baxış keçirilib, ərazinin təmizliyi yoxlanılıb. Sonra şəhər ətrafı ərazilərdə və kəndlərdə tullantıların idarə olunması ilə əlaqədar monitorinqlər davam edib.

Monitorinq iştirakçıları su hövzələrinə də baxış keçirib, Naxçıvançay vadisindən su nümunələri götürüblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq monitorinqlər il ərzində davam edəcək.

 

                                                                                  Turab Hacızadə

www.naxcivantv.az