Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Şahbuz rayon Mədəniyyət Sarayında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramını tamaşaçılara təqdim edib.

Elmi məsləhətçisi AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev olan əsəri rejissor kimi  tamaşaya Xalq artisti Kamran Quliyev hazırlayıb. Tarixi dram Naxçıvan xanlığının son xanı I Ehsan xan Kəngərlinin 1827-ci ilin yayında, şah rejimi tərəfindən əhalisi zor və silah gücünə İrana köçürülmüş Naxçıvan şəhərindəUrmiya gölü ətrafındakı ermənilərin məskunlaşdırılmasının qarşısını necə almasından bəhs edir. Tariximizin qaranlıqda qalmışşərəflisəhifələrindən birinə işıq salan əsərin süjet xəttinin mərkəzində dayanan bu hadisənin fonunda, taleyüklü məsələlərlə baş-başa qalmış, köçürülmüş əhalinin yurd-yuvasına qayıtması üçün həyatını təhlükəyə atan Ehsan xanın Vətən, xalq, yurd və azadlıq haqqında düşüncələri, rus komandanı Paskeviçlə görüşü zamanı göstərdiyi doğru və qəti mövqeyi nəticəsində ermənilərin qurduğu məkrli planı pozması, ona bu işdə yardımçı olan A.A.Bakıxanov və Qriboyedovla dost münasibətləri, bu istila nəticəsində Azərbaycanın parçalanmasının gətirdiyi bəlalara da toxunulub. Tamaşanın quruluşçu rəssamı – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı ƏbülfəzAxundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Tarixi şəxsiyyətlərin obrazlarının yer aldığı tamaşada rolları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, HəsənAğasoy, Əməkdar artistlər Əli Əliyev, BehruzHaxverdiyev, Əbülfəz İmanov, aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Cəbrayıl Nəbiyev, Rəhman Dünyamalıyev, Nazlı Hüseynquliyeva, Uğur Nəsirli, Anar Eyvazov, Səyyad Məmmədov, Mehri Nəbiyeva və Ələsgər Quliyev ifa ediblər. Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanıb.


 “Oğuz səsi” qəzeti

www.naxcivantv.az