Azərbaycanda Avropa görmək istəyənlər  Naxçıvana gəlsinlər. 
Regionda Media və Cəmiyyət MMC-nin sədri- Əlmaniz Ələkbərli

 Diaspor.info saytının məlumatına görə bu günlərdə Ukrayna Respublikasında yaşayan bir çox diaspor təşkilatlarının rəhbərləri Azərbaycanda olublar. Onlardan bir neçəsi Azərbaycanın Şərq Qapısı sayılan, qədim tarixi ilə seçilən Naxçıvan Muxtar Respublikasında olublar.

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Regionda Media və Cəmiyyət MMC-nin sədri, Diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan Əlmaniz Ələkbərli də qonaqlar arasında olub. Saytımızın Azərbaycan bürosu, əslən Kəngərli rayonunun Qıvraq qəsəbəsindən olan və hazırda Kiyevdə yaşayan Əlmaniz Ələkbərli ilə həmsöhbət olub.

- Siz bir neçə gündür ki, Azərbaycandasınız. Bu səfər ərəfəsində  Naxçıvan Muxtar Respublikasında olmusunuz. Azərbaycanda hansı yeniliklərlə rastlaşdınız?

- Mən bir il öncə Naxçıvanda olmuşdum. Naxçıvan təkcə özünün əzəmətli dağları, Əlincə qalası və yaxud Batabatı, Əshabi-Kəhfi ilə öyünmür. Bu gün Naxçıvan elə sürətlə inkişaf edir ki, onu tanımaq olmur. Naxçıvanda gəzərkən bir daha əmin oldum ki, bura bir Avropa şəhəridir. Bəli, yanılmadınız, Avropa şəhəri.

Bəlkə də, Azərbaycanda yaşayanlar ölkəmizdə gedən sürətli inkişafı elə də hiss etmirlər. Lakin biz qonaqlar, ildə bir dəfə vətənimizə gələrkən gördüyümüz xeyli yeniliklərdən bu qənaətə gəlirik. Mən bir çox Avropa ölkələrində olmuşam. Almaniya, İsveçrə, Hollandiya, Avstriya və s. Almaniyanın Köln şəhərində gördüyüm bir çox şeyləri Naxçıvanda da gördüm. Burada daha artığını gördüm. Məsələn, mən heç bir ölkədə rast gəlməmişəm ki, köhnə binaların dövlət tərəfindən fasadları təmir olunan zaman vətəndaşların pəncərələri və qapıları da dəyişdirilsin. Hətta yerli sakinlərdən aldığım məlumata əsasən, əgər təmir işləri vətəndaşlarda narahatlıq yaradırsa tikinti işləri bitənədək həmin insanların kirayə pulları da dövlət tərəfindən ödənilir.

Naxçıvanı gəzməklə doymaq olmur. Siyasi və iqtisadi baxımdan strateji bir yer olan Naxçıvan Muxtar Respubikası  sabitlik baxımından da birincidir. Burada demək olar ki, oğurluq halları yox dərəcəsindədir. Tarix boyu ərənlər yurdu olan Naxçıvandakı yenilikləri, tikinti-quruculuq işlərini gördükdə, bu inkişafa biganə qala bilmirsən. Bilirsinizmi, biz həmişə inkişaf etmiş ölkələrdən nümunə gətirməyi sevirik. Bəs görəsən özümüzdə olan gözəlliyi, yaxşı halları niyə sadalamaq istəmirik?

Sovetlər birliyi dağıldıqdan sonra Naxçıvan Azərbaycanda yeganə yerdi ki, bütün məktəblilər həmin vaxtdan bu günə kimi  məktəbli forması geyinir. Hətta Naxçıvandakı ali təhsil ocaqlarında oxuyanlar və təhsil müəssisəsində çalışan müəllimlər də xüsusi forma geyinirlər.

Bu gün yalnız Naxçıvanda istər taksi, istərsə də avtobus sürücüləri xüsusi forma geyinirlər. Mən bu hallara 2008-ci ildə Almaniyada rast gəlmişdim və həmişə də bu halı təbliğ edirdim. Bu gün belə nümunəvi halları bizlər xüsusi olaraq deməliyik. Çünki bəzən bəzi millətini satanlar Azərbaycan, Naxçıvan haqqında yalanlar uyduraraq yanlış məlumatlar verirlər. 

Naxçıvanın əzəmətli ordusu, ayıq-sayıq hüquq-mühafizə orqanlarının olması bəzi xarici qüvvələrə sərf etmədiyi üçün bəzən xüsusi olaraq qarayaxma kompaniyası aparılır. Naxçıvan şəhərində olarkən Yol Patru Xidməti maşınlarına çox az rast gəldiyim üçün vətəndaşlardan səbəbini öyrəndim. Məlum oldu ki, kameralar vasitəsi ilə şəhərə nəzarət olduğu üçün daha küçələrdə "sürücü qovmağa" ehtiyac duyulmur. 

Bəli, bu kimi bir neçə hal, mənim kimi əslən Naxçıvandan olanlarda qürur hissi yaşadır. Bütün bu yaxşı hallara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarına minnətdarlığımızı bildirir və ürəkdən təşəkkür edirik.  Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən daha müasir formada davam etdirilən daxili və xarici siyasətimiz Naxçıvan Muxtar Respublikasında  özünü daha qabarıq göstərir. 

Naxçıvan özündə Şərq və Avropa mədəniyyətini, qədimilik və müasirliyi birləşdirən bir məkandır. Bəlkə də, Naxçıvan yür üzündə  yeganə məkandır ki, dünyanın harasında yaşamasından və hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, hər bir naxçıvanlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova Sədrimiz deyir. Bu gün Naxçıvanda aparılan tikinti-quruculuq və abadlıq işlərinə, o cümlədən elm-təhsil, hərbi və digər sahələrdə aparılan uğurlu işlərə rəhbərlik edən Ali Məclis Sədri  xalqın ona göstərdiyi etimadı layiqincə doğruldur. 

Yaxşı oldu ki, bu dəfə mən sizinlə görüşərək sizə müsahibə verdim. Hər il gələndə Naxçıvanda yeni bir gözəlliklə rastlaşır və geri dönən zaman dostlarımla bölüşürdüm. Bu dəfə isə sizin vasitənizlə fikirlərimi dünyada yaşayan minlərlə insan, o cümlədən naxçıvanlılar oxuyacaq. Sonda onu demək istəyirəm ki, bu gün Azərbaycanın, Naxçıvanın inkişafını yalnız kor insanlar görə bilməz!

Diaspor.info
Naxçıvan Bürosu

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb

26-04-2019-12-07 Xəbərlər

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəli...

Ötən günün mənzərəsi - VİDEO

26-04-2019-11-02 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Hüquq mühafizə orqanları arasında yarış olub

25-04-2019-23-24 Xəbərlər

Hüquq mühafizə orqanları arasında yarış olub

NUHÇIXAN xəbər verir ki, hüquq mühafizə orqanları arasında atıcılığın stend növü...

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

25-04-2019-22-50 Xəbərlər

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində “Əməyin...

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

25-04-2019-22-30 Xəbərlər

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

25-04-2019-21-29 Xəbərlər

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxç...

Kəngərli rayonunda tarla seminar müşavirəsi

25-04-2019-20-58 Xəbərlər

Kəngərli rayonunda tarla seminar müşavirəsi

NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq ək...

Anadilli şeirimizin ustadı Nəsimi-650

25-04-2019-20-33 Xəbərlər

Anadilli şeirimizin ustadı Nəsimi-650

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində böyük Az...

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

25-04-2019-20-08 Xəbərlər

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli oftalmoloq-al...

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

25-04-2019-19-44 Xəbərlər

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni tikilən zavod hazırki müəssisədən daha...

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

25-04-2019-19-20 Xəbərlər

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kol...

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

25-04-2019-17-40 Xəbərlər

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  görkəmli dilçi alim, Əməkdar ...

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

25-04-2019-17-03 Xəbərlər

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olar...

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

25-04-2019-16-45 Xəbərlər

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsin...

Ustad dərsləri keçirilib

25-04-2019-15-17 Xəbərlər

Ustad dərsləri keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

25-04-2019-14-00 Xəbərlər

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkda...

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

25-04-2019-12-56 Xəbərlər

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan D...

Maarifçilik hərəkatının işığında

25-04-2019-12-44 Xəbərlər

Maarifçilik hərəkatının işığında

Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu...

Ötən günün mənzərəsi - VİDEO

25-04-2019-12-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

25-04-2019-11-16 Xəbərlər

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonun Daylaqlı kəndində yeni meyvə bağı salını...

Ağbulaqda yaşıllıq sahələri salınır

25-04-2019-09-31 Xəbərlər

Ağbulaqda yaşıllıq sahələri salınır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Şərurda atıcılıq idmanı üzrə yarış olub

25-04-2019-09-00 Xəbərlər

Şərurda atıcılıq idmanı üzrə yarış olub

NUHÇIXAN xəbər verir ki, Şərur Atıcılıq Klubunda Yeniyetmələrin XII Respublika O...

Mini-futbol birinciliyinə start verilib

24-04-2019-21-43 Xəbərlər

Mini-futbol birinciliyinə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Pedaqoji təcrübəyə yekun vurulub

24-04-2019-21-30 Xəbərlər

Pedaqoji təcrübəyə yekun vurulub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fa...

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

24-04-2019-21-14 Xəbərlər

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

24-04-2019-20-59 Xəbərlər

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

Fonddan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət So...

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

24-04-2019-20-46 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasi...

Uşaqlar arasında mütaliə yarışı

24-04-2019-20-31 Xəbərlər

Uşaqlar arasında mütaliə yarışı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

24-04-2019-20-15 Xəbərlər

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

Pedaqogika tarixinə müasir yanaşma

24-04-2019-20-00 Xəbərlər

Pedaqogika tarixinə müasir yanaşma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunmas...