Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

1.1. dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nümayəndəsinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiyanın yaradılmasını təmin etsin;

1.2. bu Fərmanın 2.3.1-2.3.3-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini, onların müraciəti əsasında zəruri maliyyələşməni, normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını təmin etsin;

1.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

2.1. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə icbari tibbi sığortaya daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq muxtar respublikada icbari tibbi sığorta fondunun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etsin;

2.3. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən aşağıdakıları təmin edən tədbirlər görsün:

2.3.1. icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını;

2.3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurslarının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarına inteqrasiyasını və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini;

2.3.3. icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini;

2.3.4. icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilməsini;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddəsində nəzərdə tutulan icbari tibbi sığorta üzrə sığorta haqlarının yığılmasına nəzarəti təmin etsinlər.

4. Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları icbari tibbi sığortanın tətbiqi, habelə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanunundan irəli gələn məsələlərin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq köməklik göstərilməsini təmin etsinlər".

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ekskursiya işinin təbliği diqqət mərkəzində

05-12-2019-16-57 Xəbərlər

Ekskursiya işinin təbliği diqqət mərkəzində

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...

Gülüstan türbəsində açıq dərs

05-12-2019-15-53 Xəbərlər

Gülüstan türbəsində açıq dərs

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

05-12-2019-12-24 Xəbərlər

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

05-12-2019-12-01 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

05-12-2019-11-42 Xəbərlər

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...

Naxçıvana ilk səfərimin təəssüratları

05-12-2019-11-23 Xəbərlər

Naxçıvana ilk səfərimin təəssüratları

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...

Ötən günün mənzərəsi - VİDEO

05-12-2019-10-21 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

04-12-2019-20-35 Rəsmi

Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

04-12-2019-20-20 Rəsmi

Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

04-12-2019-20-00 Xəbərlər

Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...

Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

04-12-2019-19-46 Xəbərlər

Hikmət Babaoğlu:  “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...

Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

04-12-2019-19-15 Xəbərlər

Arxiyepiskop Aleksandr:  “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...

Allahşükür Paşazadə: “Naxçıvan həmişə mənə doğma olub” - VİDEO

04-12-2019-18-36 Xəbərlər

Allahşükür Paşazadə:  “Naxçıvan həmişə mənə doğma olub” - VİDEO

Bu gün Ordubad rayonun Dırnıs kəndində Allahşükür məscidinin açılışı olub.

Ordubadda Allahşükür məscidi istifadəyə verilib - VİDEO

04-12-2019-17-33 Xəbərlər

Ordubadda Allahşükür məscidi istifadəyə verilib - VİDEO

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşa...

Ötən günün mənzərəsi

04-12-2019-15-33 Xəbərlər

Ötən günün mənzərəsi

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cari ildə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb

04-12-2019-12-45 Xəbərlər

Cari ildə muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində sa...

Böhtanın məhbusu

04-12-2019-12-24 Xəbərlər

Böhtanın məhbusu

Hüseyn İbrahimov... Ərtoğrol Cavid...

Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb

04-12-2019-09-57 Xəbərlər

Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində yaşıllaşdırma işləri görülüb

NUHÇIXAN xəbər verir ki, Arpaçay Dövlət Təbiət Yasaqlığının ərazisində toxumla b...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

04-12-2019-09-18 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin noyabr ayı ərzind...

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

03-12-2019-17-53 Xəbərlər

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 3-də Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universi...

Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM

03-12-2019-17-49 Xəbərlər

Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 3-də Elbrus İsayevin Naxçıvan Dövlət Universitet...

Akademik İsa Həbibbəyli “Şərəf” medalı ilə təltif olunub

03-12-2019-14-56 Xəbərlər

Akademik İsa Həbibbəyli “Şərəf” medalı ilə təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli...

Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib

03-12-2019-14-00 Xəbərlər

Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Şahmat Mərkəzində sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslər ar...

Rza Talıbov və daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak ediblər

03-12-2019-12-44 Xəbərlər

Rza Talıbov və daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş ...

Əflatun Amaşov: “Naxçıvanın özünəməxsus jurnalistika məktəbini ölkədə yaymaq kifayət qədər önəmli olacaq” - VİDEO

03-12-2019-11-46 Xəbərlər

Əflatun Amaşov: “Naxçıvanın özünəməxsus jurnalistika məktəbini ölkədə yaymaq kifayət qədər önəmli olacaq” - VİDEO

Naxçıvan bu günlərdə “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışların...

Ötən günün mənzərəsi - VİDEO

03-12-2019-11-26 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xarici və ölkə mediasının nümayəndələri Naxçıvanda olublar - VİDEO

03-12-2019-10-45 Xəbərlər

Xarici və ölkə mediasının nümayəndələri Naxçıvanda olublar - VİDEO

NUHÇIXAN xəbər verir ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Azərbayc...

Ömrünə xoş gəldi 60 yaş!

02-12-2019-09-17 Xəbərlər

Ömrünə xoş gəldi 60 yaş!

Təzə bir nəğmə eşitmək istəyirsənmi, oxucu?! Bu nəğmənin misralarına və ahənginə...

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub

30-11-2019-18-32 Rəsmi

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il avqustun 2-də “Naxç...