Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında martın 21-i  Beynəlxalq Poeziya Günü elan olunub. Azərbaycanda isə “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur.

Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. 

Muxtar respublikamızda  poeziya sənətinin inkişafına böyük qayğı göstərilir, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əməyi yüksək qiymətləndirilir. Qədim diyarımızda görkəmli şairlərin yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların ev muzeyləri yaradılır. Hər il böyük romantik şairimiz Hüseyn Cavidin anadan olduğu gün Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” keçirilir. Şair və yazıçılarımız orden və medallara, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülürlər. Müstəqillik dövründə yazıçı və şairlərimizin 1000-dən çox kitabı, 10-dan çox almanaxı nəşr olunub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmmuş “Oxunması zəruri olan kitabların siyahısı”nda Azərbaycan və dünya ədəbiyyatının da klassik poeziya nümunələri vardır. Bu Sərəncam kitab, mütaliə ilə bərabər gözəl poeziya nümunlərinin təbliği üçün də geniş inkanlar açır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli çıxış ediblər. Qeyd ediblər ki, Naxçıvan ədəbi mühitinin poeziyası həmişə olduğu kimi, bu gün də dövrümüzün aktual məsələlərini bədii dillə oxuculara çatdırmağa çalışır. Şairlər ədəbiyyatımızın ənənələrini davam etdirərək müasir ədəbiyyatımızı zənginləşdirirlər.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları A.S.Puşkin, C.Q.Bayron, V.Şekspir, H.Cavid və M.Araz poeziyasından nümunələri bədii qiraət ediblər.
Sonda  muzeyin ekspozisiyasına baxış olub.

Əli Rzayev

www.naxcivantv.az