Od çərşənbəsi mərasim, ayin, etiqad və şənliklərin zənginliyi ilə seçilir

Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan od əski çağlardan türklərdə müqəddəs bilinən anlayışlardandır. Naxçıvan Muxtar Respublikasının bölgələrindən toplanmış folklor örnəkləri arasında odla bağlı müxtəlif inanclar mövcuddur. Doğma diyarımızda odla bağlı kiçik janr nümunələrinə daha çox rast gəlmək mümkündür. “Od yanmasa tüstü çıxmaz”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri, “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar, “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” və ya “Oda düşəsən”, “Odocağa həsrət qalasan” kimi alqış və qarğış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. İlin axır çərşənbəsi – Od çərşənbəsi də Günəşə, oda sitayişdən, odu qoruyub saxlamaq istəyindən yaranıb.

İlaxır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərinin zənginliyi ilə xüsusilə seçilir, buna “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə”, “baca-baca”, “yeddiləvin” də deyirlər. Novruz bayramına hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayıb ilin son çərşənbəsində, Od çərşənbəsində yekunlaşır. Bayram əhval-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun.

Muxtar respublikamızda xüsusi təntənə ilə qeyd olunan Od çərşənbəsində birsıra vacib məsələlərə əməl еdilir: bayram süfrəsi açılır, halva, paxlava,şəkərbura, badambura kimi şirniyyatlarla, dadlı çərəzlərlə xonça bəzədilir, qız-gəlinlərə pay göndərilir. Ləziz yеməklərlə yanaşı, hər kəsin evindəmütləq plоv bişirilir. Xalq arasında plоv İlaxır çərşənbənin rəmzi sayılır.

Od çərşənbəsindəki əsas adətlərdən biri həmin gün tonqal qalanmasıdır. Qeyd edək ki, od qalamaq ənənəsi qədim türk etnosunun oda ehtiramı, səcdəsi kimi rəmzi mahiyyət daşıyır. Əvvəllər od üzərindən tullanarkən müxtəlif nəğmələr də ifa olunardı. Novruz bayramı ərəfəsində, xüsusilə də Od çərşənbəsində yurdumuzun hər yerində qaş qaralan vaxt damların üstündə, evlərin həyətində, dağların başında tonqal qalanması, bütün ailənin odun ətrafında toplaşması adəti doğma diyarımızda bu gün də yaşadılır. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün”, – deyib tullanırlar. “Ağrım, acım səndə qalsın”, “Ağrım, dərdimsərim sənə,sənin sağlamlığın mənə gəlsin” kimi arzu, dilək, alqış-dualar söyləyirlər. İnama görə, odun üstündən tullanan şəxsilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar. İlaxır çərşənbədə yandırılan tonqalın tüstüsü arana gedərsə, aranda, dağlıq tərəfə gedərsə, dağlıq ərazidə, əgər düz yuxarı qalxarsa, hər tərəfdə həmin il bolluq olacağına inanırlar.Axır çərşənbədə hər bir ailə çalışır ki, yandırdığı tonqalın alovu hündürə qalxsın.

Qədim diyarımızdakı adətlərdən biri də qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məhz Od çərşənbəsində tonqal ətrafında yallı rəqsinin icrası od hamisinə olan inancın qalıqlarını nümayiş etdirir.

Ordubad rayonunda Novruzun ən çox sevilən ərəfəsi – İlaxır çərşənbə “yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni aparır ki, buradakı şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı verilib. Yeddiləvin günü süfrələrə 7 növdə nemətlər düzülür. Ordubad rayonunun birsıra kəndlərində ilin axır çərşənbəsində yeddi evə yemək aparıb həmin evdən pay alırlar. Bu, xalq arasında “qapı-qapı” adlanır.

Axır çərşənbə adətlərindən biri də yumurta döyüşdürülməsidir. Bu zaman kimin yumurtası qırılarsa, o, sınmış yumurtanı qarşı tərəfə verir. Əsas maraqlı adətlərdən biri də qırmızı rəngdə boyanılmış yumurtalarla insanların bir-birini təbrik etməsi, ailə üzvlərinə cansağlığı diləməsidir.

Axır çərşənbədə od yandırdıqdan sonra hər kəs süfrə başında əyləşir. Xalq arasında olan inama görə, həmin gün evində olmayan sonrakı yeddi il də evində olmayacaq. Ona görə də hər kəs çalışır ki, həmin gün evində olsun. Axşam düşdükdə oğlan uşaqları evlərə torba atır, ev yiyəsi isə bu torbanı bayram sovqatı ilə doldurub geri qaytarır. Qız-gəlinlər isə həmin gün qaş qaralanda bir yerə toplaşar, gizlicə qonşu evlərinə gedərlər. Ayaqlarının altına qıfıl qoyub ürəklərində arzu tutarlar. Həmin arzunun çin olubolmayacağı ev adamlarından eşitdikləri sözə uyğun yozular. Odur ki, ulularımızın da tövsiyəsinə görə, İlaxır çərşənbədə evdə xeyirli sözlər danışılmalıdır. Qapıpusdu adətinə bəzi yerlərdə “kilidsalma” da deyirlər.

İlaxır çərşənbədə Naxçıvan ərazisində icra olunan adətlərdən biri də danatma mərasimidir. Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən mərasim ərazinin gənc oğlan və qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yolboyu susub danışmamalıdır. Əgər danışarsa, gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub-olunmadığını yoxlamaq üçün bir nəfər onu güdər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa, həmin su təmiz hesab edilir, həmin sudan içilir və vəsfi-hal mərasimi üçün istifadə olunur. Eyni zamanda suyu gətirən gənc də mükafatlandırılır. Vəsfihal mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa və digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyini “müəyyən edirlər”:

Camda iynə gah gedir,

Gah əylənir, gah gedir.

Toy gecəsi oğlanın

Otağına şax (xonça) gedir.

Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər. İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə,sevdiyi oğlana gedər, – deyərlər.

Xalq arasında yaşadılan ən maraqlı adətlərdən biri də axır çərşənbənin səhəri günü Günəş çıxmamışdan su üstə getmək adətidir. İlk növbədə, insanlar səhər tezdən çay, bulaq kənarına gedər, əl-üzlərini yuyar, sudan bir az da içərlər. İnama görə, bu su dərdlərin dərmanıdır, içən xəstələr şəfa tapar. “Çərşənbə suyu”ndan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də icra olunur. Su aydınlıq, paklıq, təmizliyə çıxmaqdır. Həmin gün evdə bütün su qablarını boşaldıb yerinə “çərşənbə suyu” doldururlar. Sudan çörək bişirmək üçün xəmrə tuturlar. “Çərşənbə suyu”ndan gətirib bir gün saxlayıb, sonra əkin sahəsinə səpirlər. “Çərşənbə suyu”ndan Novruz bayramı günü yandırılan tonqalın külünün üzərinə səpirlər ki, həm ürəklər sərinləsin, həm də şər qüvvələr evdən kənarlaşsınlar. Bulaq üstünə gedən qız-gəlinlər bulağın gözündən yeddi daş götürürlər. Götürülən daşları yağ küpələrinə, unluqlara, pul kisələrinə qoyurlar ki, bərəkətli olsun.

İlaxır çərşənbədə qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvandan toplanmış digər inancda isə deyilir ki, ilaxırda qalanan odun külünü səhər yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən.

Ulu babalarımızın belə bir müdrik kəlamı var: “Od ocaqda yanar”. Od-ocağı hər zaman müqəddəs sayan, ziyarətgah, abad yurd yeri, həyat nişanəsi kimi böyük mənada işlədən xalqımızın bu müdrik deyimində də ifadə olunduğu kimi, Vətənə sevgi, yurda bağlılıq, yurddaşlarına yanarlılıq, qurub-yaratmaq, tarixi yaşatmaq kimi ülvi bir məram olan yerdə od-ocaq da daha gur şölələnər, el də öz əziz bayramını şən ovqat, yüksək əhvalruhiyyə ilə qarşılayar! “Türkün alqışı alqışdır”, – deyən ulularımızın hikmətli söz xəzinəsindən aldığımız alqışlara qoşularaq deyirik ki, Od çərşənbəmiz mübarək olsun! Ocağımız sönməsin! Ulu Tanrı ocağımızdan ruzi-bərəkəti əskik etməsin, tonqallarımız Vətən torpağında hər zaman gur yansın!

Aytən Cəfərova

filologiya üzrə fəlsəfə doktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Şərur Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik konfrans

23-07-2019-21-25 Xəbərlər

Şərur Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik konfrans

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə ...

Xalq teatrının 10 illik yubileyi qeyd edilib

23-07-2019-20-28 Xəbərlər

Xalq teatrının 10 illik yubileyi qeyd edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Muxtar respublikada tütünçülüyün inkişafı diqqətdədir

23-07-2019-19-26 Xəbərlər

Muxtar respublikada tütünçülüyün inkişafı diqqətdədir

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzində muxtar...

Naxçıvan Dövlət Universiteti tələbələri Türkiyədə təcrübələrini uğurla başa vurublar

23-07-2019-16-29 Xəbərlər

Naxçıvan Dövlət Universiteti tələbələri Türkiyədə təcrübələrini uğurla başa vurublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif un...

Naxçıvanda sabaha olan hava proqnozu

23-07-2019-16-10 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

23-07-2019-15-53 Xəbərlər

Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Bəxtiyar Əsgərov Portuqaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

23-07-2019-15-16 Xəbərlər

Bəxtiyar Əsgərov Portuqaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

23-07-2019-14-57 Xəbərlər

Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Məktəblilərin yay tətilini səmərəli keçirmələri, onların asudə vaxtlarının səmər...

“Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

23-07-2019-13-58 Xəbərlər

“Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin və fəal könül...

Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxananın tikintisində son tamamlanma işləri görülür

23-07-2019-12-45 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxananın tikintisində son tamamlanma işləri görülür

Naxçıvan şəhərində inşa olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hər...

Ötən günün mənzərəsi - VİDEO

23-07-2019-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda informasiya blokadası bütövlükdə aradan qaldırılıb

23-07-2019-10-27 Xəbərlər

Naxçıvanda informasiya blokadası bütövlükdə aradan qaldırılıb

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki Naxçıvanı yada saldıqda gözlərimiz önü...

Nakhchivan news - VİDEO

23-07-2019-10-09 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...