Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Şərur rayonu

Mart ayının 19-da Şərur şəhərində də ümumrayon bayram şənliyi keçirilib. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsi musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb.

Tədbirin aparıcıları rayonda həyata keçirilən sosialiqtisadi inkişafdan danışıblar. Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva ilə söhbətimiz zamanı dedi ki, müstəqillik illərində Şərur rayonunun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Hazırda bir neçə kənddə yeni obyektlərin tikintisi davam etdirilir. Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra qədim misgərlik, dulusçuluq və mətbəx nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı. Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanıb: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”

Babək rayonu

Babək rayonunda keçirilən bayram tədbirində rayonun mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət Sarayının yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovutçəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş etdirilib. Rayonun məktəbdənkənar müəssisələri üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib, iaşə xidməti göstərilib. Qeyd edək ki, rayonun iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri kəndlərində də bayram şənlikləri təşkil edilib.

Ordubad rayonu

Ordubad rayonunda da bayram şənliyi yüksək səviyyədə keçirilib. Rayon mərkəzindəki tədbirlər meydanında təşkil olunan şənlikdə Ordubad mətbəxinin inciləri sayılan məcmeyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, səmənilər, sənətkarların əl işləri, qədim məişət avadanlıqları göz oxşayırdı. Aparıcılar vurğulayıblar ki, bu gün muxtar respublikamızda Novruz bayramı xüsusi təmtəraqla keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərimizə hörmət və ehtiramı Novruzun ümumxalq şənliyinə çevrilməsini təmin edib. Xalq yaradıcılığı günləri çərçivəsində muxtar respublikamızda birbirindən maraqlı tədbirlərin keçirilməsi Novruz bayramının ümumxalq şənliyinə çevrilməsinin göstəricisidir. Tədbirdə rayonun musiqi kollektivlərinin rəngarəng, maraqlı çıxışları olub.

Culfa rayonu

Culfa şəhərindəki Mədəniyyət parkında ümumrayon şənliyi keçirilib. Parkdakı meydanda üzərində xalq yaradıcılığı nümunələri – misgərlik, dulusçuluq, toxuculuq, rəsm əsərləri və milli yeməklər olan masalar düzülüb, qədim xalçalarımız sərgilənib. Meydanın ortasında tonqal qurulub. Ulu Dədə Qorqud musiqinin müşayiətilə meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıb. TədbirdəCulfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Xudiyeva ilə həmsöhbət olduq. O, Novruzun xalqımızın yaranışı qədər qədim olduğunu söyləyərək qeyd etdi ki, zamanın müxtəlif dönəmlərində bu sevimli bayramımıza qadağalar qoyulsa da, Novruz ruhumuza hoparaq milli dəyərlərimizi toplu halında günümüzə qədər yaşadıb. Xalqımız öz müstəqilliyinə qovuşduqdan sonra Novruz bayramı da yüksək səviyyədə qeyd edilir. Bayram şənliyi xoş ovqatla davam edib. Kosa, Keçəl və Keçinin məzhəkəli oyunu, rayonun musiqi kollektivlərinin ifa etdikləri mahnı və rəqslər bayram əhval-ruhiyyəsini daha da təravətli edib.

Kəngərli rayonu

Kəngərli rayonunda da Novruz yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin müşayiəti ilə müğənnilərin oxuduqları şən mahnılar tamaşaçılara xoş ovqat bəxş edib. Vurğulanıb ki, bu günlər Kəngərli rаyonunun sakinləri üçün həm də əlamətdar tarixlərdən biridir. Çünki bu rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Bu barədə də bayram şənliyində ətraflı məlumat verilib. Bu il yaranmasının 95 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərlidə ikiqat bayram havası yaşanır. Yaradıldığı gündən ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçib. Beləcə, təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruz bayramı münasibətilə keçirilən ümumrayon şənliyi yüksək səviyyədə təşkili ilə yadda qalıb, hər kəs bu tədbirdən xoştəəssüratla,sevinc hissləri ilə ayrılıb.

Şahbuz rayonu

Şahbuz şəhərində təşkil olunan Novruz şənliyində rayon Mədəniyyət Sarayının “Batabat” instrumental ansamblının solistlərindən Bəhruz Quliyev, Bayram Qubadlı, Mürsəl Tağılı və başqalarının ifasında səslənən mahnılar alqışlarla qarşılandı. İncəsənət ustalarının baharı,Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılırdı. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. Bayramın əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərindən, duzlu-məzəli çıxışlarından sonra kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qrupları öz bacarıqlarını göstərdilər. Bayram günü şəhərdəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş geniş iaşə və ticarət xidmətləri, qoğallı, paxlavalı çay süfrəsi burada yazı birgə qarşılayan şahbuzlular üçün əsl asudə vaxt və məzmunlu istirahət ab-havası yaratmışdı.

Sədərək rayonu

Sədərək rayonunda keçirilən tədbirdə qeyd olunub ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Tədbirdə rayonun mədəniyyət kollektivləri xalqımızın Novruz adətənənələrini, qədim el sənətkarlığı nümunələrini nümayiş etdiriblər. Sonra tədbir iştirakçıları Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa ediblər. Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Tədbir iştirakçıları xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sədərək Kənd Mərkəzində də bayram tədbiri keçirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Şərur Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik konfrans

23-07-2019-21-25 Xəbərlər

Şərur Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik konfrans

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə ...

Xalq teatrının 10 illik yubileyi qeyd edilib

23-07-2019-20-28 Xəbərlər

Xalq teatrının 10 illik yubileyi qeyd edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Muxtar respublikada tütünçülüyün inkişafı diqqətdədir

23-07-2019-19-26 Xəbərlər

Muxtar respublikada tütünçülüyün inkişafı diqqətdədir

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzində muxtar...

Naxçıvan Dövlət Universiteti tələbələri Türkiyədə təcrübələrini uğurla başa vurublar

23-07-2019-16-29 Xəbərlər

Naxçıvan Dövlət Universiteti tələbələri Türkiyədə təcrübələrini uğurla başa vurublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif un...

Naxçıvanda sabaha olan hava proqnozu

23-07-2019-16-10 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

23-07-2019-15-53 Xəbərlər

Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Bəxtiyar Əsgərov Portuqaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

23-07-2019-15-16 Xəbərlər

Bəxtiyar Əsgərov Portuqaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

23-07-2019-14-57 Xəbərlər

Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Məktəblilərin yay tətilini səmərəli keçirmələri, onların asudə vaxtlarının səmər...

“Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

23-07-2019-13-58 Xəbərlər

“Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb

Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin və fəal könül...

Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxananın tikintisində son tamamlanma işləri görülür

23-07-2019-12-45 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxananın tikintisində son tamamlanma işləri görülür

Naxçıvan şəhərində inşa olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hər...

Ötən günün mənzərəsi - VİDEO

23-07-2019-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda informasiya blokadası bütövlükdə aradan qaldırılıb

23-07-2019-10-27 Xəbərlər

Naxçıvanda informasiya blokadası bütövlükdə aradan qaldırılıb

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki Naxçıvanı yada saldıqda gözlərimiz önü...

Nakhchivan news - VİDEO

23-07-2019-10-09 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...