Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi başlayıb - YENİLƏNİR

Azərbaycan Milli Elmlər Akademiyasından naxcivantv.az-a verilən məlumata görə, bu il oktyabrın 31-dən noyabrın 5-dək keçirilməsi nəzərdə tutulan festival Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərini əhatə edir.

Festivalın Naxçıvan mərhələsi bu gün -noyabrın 1-də başlayıb. Festival iştirakçıları əvvəlcə Ümumimilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev muzeyi ilə tanış olublar. Məlumat verilib ki, muzeydə ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən bir-birindən dəyərli eksponatlar toplanıb. Ümumimilli liderin elm və təhsilimizin inkişafındakı müstəsna xidmətlərini əks etdirən ensiklopedik nəşrlər, kitab və jurnallar alimlərimiz tərəfindən maraqla qarşılanıb.

Hazırda Naxçıvan Dövlət Musiqili Dram Teatrında açılışı keçirilən festival çərçivəsində son illər alimlərimizin dünyada qəbul olunan elmi nəticələri, yeni elmi texnologiya və innovativ nailiyyətlər təqdim olunacaq. AMEA Naxçıvan bölməsinin institut və təşkilatlarının elmi nəticələri diqqətə çatdırılacaq və elmi-populyar müzakirələr aparılacaq.  Tədbirlər çərçivəsində kitab, jurnal, arxeoloji tapıntılar, xalq yaradıcılığı nümünələri və elmi nəticələri əks etdirən sərgi açılacaq və konsert proqramı təqdim ediləcək, alimlərimiz müxtəlif mövzularda çıxışlar edəcəklər. Festival iştirakçılarının Naxçıvanın tarix və mədəniyyət abidələrinə, eləcə də muzeylərə ekskursiyaları təşkil ediləcək.

Qeyd edək ki, tədbirin açılış mərasimi dünən Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib.

 

www.naxcivantv.az