Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi başlayıb YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bu il oktyabrın 31-dən noyabrın 5-dək keçirilməsi nəzərdə tutulan festival Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərini əhatə edir.

Naxcivantv.az xəbər verir ki, festivalın Naxçıvan mərhələsi bu gün-noyabrın 1-də başlayıb. Festival iştirakçıları əvvəlcə Ümumimilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev muzeyi ilə tanış olublar. Məlumat verilib ki, muzeydə ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən bir-birindən dəyərli eksponatlar toplanıb. Ümumimilli liderin elm və təhsilimizin inkişafındakı müstəsna xidmətlərini əks etdirən ensiklopedik nəşrlər, kitab və jurnallar alimlərimiz tərəfindən maraqla qarşılanıb.

Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında açılışı keçirilən festival çərçivəsində kitab, jurnal, arxeoloji tapıntılar, xalq yaradıcılığı nümünələri və elmi nəticələri əks etdirən sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri Rəhman Məmmədov açılış tədbirində çıxış edərək müstəqillik illərində Naxçıvanda elmin inkişafı, yaradılan infrastruktur, kadr bazası və nəşr olunan elmi nümunələr barədə məlumat verib, festivalın işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ikinci Azərbaycan elm festivalının ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb, bu tədbirin ilk mərhələsinin qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətinə toxunub. 

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev son illər naxçıvanlı alimlərin əldə etdiyi elmi nəticələr, yeni elmi texnologiya və innovativ nailiyyətlərin tətbiqi barədə geniş məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə bu elm ocağının maddi-texniki bazası xeyli möhkəmləndirilib, akademiyanın Naxçıvan bölməsinin institutları üçün ən müasir şərait yaradılıb.

Festivalın açılışı Naxçıvan Dövlət Flarmoniyasının təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Hazırda AMEA Naxçıvan bölməsinin institut və təşkilatlarında elmi-populyar müzakirələr aparılır, alimlərimiz müxtəlif mövzularda çıxışlar edirlər. Müzakirələrdən sonra festival iştirakçılarının Naxçıvanın tarix və mədəniyyət abidələrinə, eləcə də muzeylərə ekskursiyaları təşkil ediləcək.

Qeyd edək ki, tədbirin açılış mərasimi dünən Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib.

 

Vüsal Muradov

NTV xəbər

www.naxcivantv.az