Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ədliyyə Nazirliyinin icra xidmətinə qəbul imtahanı keçirilib

Naxcivantv.az xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.

13 vakant vəzifənin tutlması üçün sənəd təqdim etmiş 17 namizəddən 16-sı test imtahanında iştirak edib. Namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib, imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və nəticəyə dair arayış təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları imtahanda müşahidəçi qismində iştirak ediblər.

 İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. 

Kəmalə Əliyeva

NTV xəbər

www.naxcivantv.az