İnkişaf və yüksəliş əsri olan 21-ci əsr həm də informasiya və kommunikasiya texnologiyalarının günbəgün müasirləşməsi ilə yadda qalır.

Xüsusilə gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovasiyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə Azərbaycanda da ardıcıl tədbirlər həyata keçirilir, dövlət-gənclər siyasətinin məğz və mahiyyəti gənclərin sağlam, intellektli, vətənpərvər, yeni dövrün çağırışlarına cavab verən şəkildə formalaşması ilə uzlaşdırılır. Artıq gənclərimiz dünya elm-təhsil məkanına inteqrasiya edir, yeni texnologiyaları yaxından mənimsəyir, səmərəli ideya, layihə və təşəbbüslər - startaplar ətrafında birləşirlər.

Bəs startaplar nədir və onlar müasir dövrümüzdə necə başa düşülür?!

Startap dedikdə, ilk növbədə mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin, daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər və ideyalar başa düşülür. Çox zaman Startap dedikdə yalnız informasiya texnologiyaları sahəsi ilə əlaqədar təşəbbüslər nəzərdə tutulur. Amma unutmaq lazım deyil ki, startaplar iqtisadiyyatın bütün sahələrinə, o cümlədən tibb, turizm, təhsil kimi mühüm əhəmiyyətli sahələrə  aid ola bilər. Bu gün geniş yayılan layihələr sırasında sosial startaplar da vardır. Mütəxəsislərin sözləri ilə desək, təqdim edilən layihələrin son məqsədi isə real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir.  Yəni hər bir layihə daha effektiv innovasiyalara istiqamətlənməlidir.

Ötən əsrin əvvələrində ilk dəfə Amerika Birləşmiş Ştatlarında meydana gələn startap anlayışı informasiya texnologiyalarının böyük inkişaf yolu keçdiyi müasir dövrdə innovativ inkişafın əsas meyarı kimi qəbul olunur. “Startap” sözü ingilis dilindən başlanğıc, təşəbbüs kimi tərcümə olunur. Bu gün dünyanın ən uğurlu startap layihələri texnologiya nəhəngi “HP”, “Facebook”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələr, eyni zamanda “Wikipedia” açıq internet ensiklopediyasıdır.

Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində yeni texnoloji avadanlıq olan smart saatlar, müxtəlif onlayn bank sistemləri, istənilən ünvana qida məhsullarının və geyim əşyalarının dərhal, ödənişsiz və təhlükəsiz çatdırılması kimi ideyalar da startap nümunəsidir. Gənclər tərəfindən həyata keçirilən startaplara adını çəkmədiyimiz bir sıra əlavə layihələr də daxildir. Onlardan ən çoxu innovasiya və texnologiyalar sahəsində tətbiq olunur.

Gəlin, gənclər tərəfindən  həyata keçirilən  bir neçə layihə ilə tanış olaq.

2001-ci il yanvar ayında istifadəyə verilən Vikipediya – açıq dünya ensiklopediyası dünyanın ən geniş informasiya mənbələrindən biridir. 2018-ci ilin sentyabr ayında Vikipediya dünyanın 5-ci məşhur və zəngin saytları sırasında yer alıb. Belə ki, Vikipediya saytına 1 ay ərzində yalnız Amerika Birləşmiş Ştatlarından 117 milyon baxış olub.

2004-cü ilin fevral ayında istifadəyə verilən Facebook bu gün dünyanın ən böyük sosial şəbəkəsi hesab olunur. Bu sayt amerikalı texnologiya sahibkarı gənc Mark Zukerberq və onun otaq yoldaşı Eduardo Saverin tərəfindən tələbəlik illərində yaradılıb. Bu startap layihəsi və özünün mükəmməl ideyası ilə tanınan Mark Zukerberq bu gün dünyanın ən zəngin insanlarından biri sayılır.

Video materialların ən böyük bazası hesab edilən Youtube videopaylaşım kanalı 2005-ci ilin fevral ayında istifadəyə verilib. Əvvəllər internet üzərindən onlayn ödəmə sistemində işləyən  Çad Hörli, Stiv Çen və Ceyvid Karim tərəfindən yaradılıb. Youtube kanalına ilk videonun yüklənməsi Ceyvid Karim tərəfindən həyata keçirilib. Elə bunun nəticəsidir ki, Ceyvid Karim hazırda San-Fransiskoda fəaliyyət göstərən “Airbnb” şirkətinin ən zəngin investorlarından biridir.

Şəkil və qısa videoların paylaşıldığı ən böyük sosial şəbəkə olan İnstagram ilk dəfə 2010-cu ilin oktyabr ayında 27 yaşlı gənc kompüter proqramçısı Kevin Sistrom tərəfindən yaradılıb. Kevin Sistrom 2016-cı ildə dünyanın ən zəngin sahibkarları sırasına daxil edilib.  Bu sosial şəbəkə istifadəyə verildiyi zaman şirkətin cəmi 13 işçisi var idi. Lakin hazırda şirkət 15 mindən artıq işçi ilə fəaliyyət göstərir. Hazırda instagram sosial şəbəkəsinin 1.1 milyard izləyicisi vardır.

Ağıllı telefonlarda - smartfonlarda ani mesajlaşmada mətn mesajlarını, təsvirləri, videoları və audio səsləri göndərmək üçün nəzərdə tutulan “Whatsapp” sosial şəbəkəsi 2009-cu ildə Brian Akton tərəfindən yaradılıb. Hazırda geniş izləyici kütləsinə sahibdir.

Daha bir uğurlu startap layihəsi olan “Starlinq bank” Böyük Britaniyada fəaliyyət göstərən online bank xidmətinə görə fərqlənir. Bütün ənənəvi bankların funksiyalarını həyata keçirir. İstifadəçilərə ümumi hesab açmaq imkanı verən bank həmin hesabdan ortaq məqsəd üçün əldə edilmiş vəsaiti 39 müxtəlif ölkənin kartlarına təcili şəkildə köçürə bilir.

Gənclərin yaratdığı Selfi dronla isə yüksək effektli çəkilişlər həyata keçirilir. Alimlərin araşdırmalarına görə, 2018-ci ilin sonlarında 600 min dron istifadə olunub. Bu gün həmin dronlar vasitəsilə çöllərdə, səhralarda və digər əlçatmaz, ucqar yerlərdə çəkilişlər aparmaq mümkündür. Bu iqtisadi bazara böyük maraq var. Hesablamalar göstərir ki, əldə olunan gəlir 127 milyard dollardan artıqdır. Bu gün həmin dronlar vasitəsilə istənilən məsafədən və dünyanın ən ucqar nöqtələrində də çəkilişlər etmək mümkündür.

Göründüyü kimi, startap layihələrinin uğurlu olmasında əsas şərt ideyanın mükəmməlliyidir. Bu zaman investisiya cəlbi və layihənin reallaşdırılması asan başa gəlir. Əksər vaxt startaplar bir neçə şəxs tərəfindən birgə yaradılır. İlkin mərhələlərdə startapların özünü təsdiq etməsi və gəlir gətirməsi xeyli zaman tələb edə bilir. Ona görə də, bu zaman kəsiyində mövcüd problemləri düzgün dəyərləndirmək, konkret nəticə çıxarmaq əsas məsələdir.

Son illər ölkəmizdə müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub.

Startap layihələri daha çox aşağıdakı istiqamətlər üzrə reallaşdırılır:

  • biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərini inkişaf etdirmək, onlar üçün maddi baza təmin etmək və biznes vərdişlərini formalaşdırmaq;
  • informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların böyüməsinə kömək etmək;
  • istedadlı gəncləri müəyyənləşdirmək, fərqli perspektivli ideyaları təkmilləşdirmək və layihələri ölkə sərhədlərindən kənarda da tanıtmaq;
  • gənclərin biznes savadlılığının artırılmasına nail olmaq;
  • gənclərin innovativ potensialı və təşəbbüskarlığını dəstəkləmək;
  • gənclərin ölkə iqtisadiyyatında daha səmərəli iştirakını təmin etmək və məşğulluğunu artırmaq.
  • startapçılar üçün təlimlər  təşkil etmək və investorlarla görüşlər keçirmək.

 

Artıq dünya bir reallığı qəbul edib ki, startap layihələrinin dəstəklənməsi hər bir ölkənin innovasiya potensialının məhv olmasının qarşısının alınmasında yeganə faktordur. Ona görə də bu gün dünyanın aparıcı koporasiyaları və şirkətləri öz büdcələrindən startap layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayıraraq gənc startapçıları öz ətrafına yığır, bəzən onların kiçik startapları əsasında böyük biznes layihələrini gerçəkləşdirirlər. Belə böyük biznes subyektləri bu layihələrə milyonlarla dollar vəsait sərf edirlər.   

Naxçıvan Muxtar Respublikasında da gənclərin fəaliyyətinin dəstəklənməsi, onlar üçün geniş imkanların yaradılması innovativ inkişaf sahəsində mütərəqqi tədbirlər kimi diqqəti cəlb edir. Son illər elm və təhsilin inkişafı, bu sahənin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, yeni texnologiyaların iqtisadiyyatın və sosial həyatın bütün sahələrində tətbiqi, elektron hökümətə keçid, sürətli internet təminatı, əlverişli biznes və investisiya mühitinin yaradılması innovativ inkişafın ilkin mərhələdə tətbiqinə və uğurlu biznes sahəsinə çevrilməsinə şərait yaradıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilib. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmiş, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlamışdır.

Naxçıvanda son illər həyata keçirilən elektron sənəd dövriyyəsi layihəsi, teleradioların bölgələrlə əlaqəsini təmin edən intranet şəbəkəsi, elektron kitabxana, elektron sağlamlıq kartları və tibbi sosial sığorta, elektron universitet, muzeylərlə təhsil müəssisələri arasındakı interaktiv əlaqə, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən distant təhsil, Ağbulaq kənd turizm bölgəsi startap layihələrə nümunə ola bilər.

Həmçinin ölkəmizdə, eləcə də Naxçıvanda tələbələrin iştirakı ilə "İdeyadan biznesə" layihəsi çərçivəsində təşkil edilən “Startap turları” da gənclərin yeni ideyalar ətrafında birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ötən il Naxçıvanda keçirilən startap turunda tələbə-gənclərimizin təqdim etdikləri "Nouhland" və "Compex" layihələri, eləcə də "Naxçıvan məhsullarının onlayn satışı", "Nads" və "Naxçıvan Book House" layihələri qalib olublar.

Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il aprelin 3-də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncam imzalayıb: Sərəncamda deyilir: "Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir"

Sərəncamda da qeyd olunduğu kimi, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olmuşdur.

Ali Məclis Sədrinin həmin Sərəncamına əsasən “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib. Bundan başqa Sərəncamda “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri tərəfindən hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin - startapların həyata keçirilməsi, hami təşkilatlarda layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması, həmin layihələrin - startapların qəbulunu və təqdimatlarının keçirilməsinin təmin edilməsi qərara alınıb. Qarşıya qoyulmuş tələblərə əsasən hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirəcək, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi aid təşkilatların təklifləri əsasında layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalını yaradacaqdır.

Hesab etmək olar ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası muxtar respublikada innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsinə, gənclərin startap layihələrinin dəstəklənməsinə və yeni şirkətlərin formalaşmasına mühüm töhfə verəcəkdir.

 

Sahil Tahirli

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən günün mənzərəsi - VİDEO

26-04-2019-11-02 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Hüquq mühafizə orqanları arasında yarış olub

25-04-2019-23-24 Xəbərlər

Hüquq mühafizə orqanları arasında yarış olub

NUHÇIXAN xəbər verir ki, hüquq mühafizə orqanları arasında atıcılığın stend növü...

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

25-04-2019-22-50 Xəbərlər

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində “Əməyin...

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

25-04-2019-22-30 Xəbərlər

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

25-04-2019-21-29 Xəbərlər

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxç...

Kəngərli rayonunda tarla seminar müşavirəsi

25-04-2019-20-58 Xəbərlər

Kəngərli rayonunda tarla seminar müşavirəsi

NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq ək...

Anadilli şeirimizin ustadı Nəsimi-650

25-04-2019-20-33 Xəbərlər

Anadilli şeirimizin ustadı Nəsimi-650

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində böyük Az...

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

25-04-2019-20-08 Xəbərlər

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli oftalmoloq-al...

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

25-04-2019-19-44 Xəbərlər

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni tikilən zavod hazırki müəssisədən daha...

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

25-04-2019-19-20 Xəbərlər

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kol...

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

25-04-2019-17-40 Xəbərlər

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  görkəmli dilçi alim, Əməkdar ...

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

25-04-2019-17-03 Xəbərlər

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olar...

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

25-04-2019-16-45 Xəbərlər

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsin...

Ustad dərsləri keçirilib

25-04-2019-15-17 Xəbərlər

Ustad dərsləri keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

25-04-2019-14-00 Xəbərlər

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkda...

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

25-04-2019-12-56 Xəbərlər

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan D...

Maarifçilik hərəkatının işığında

25-04-2019-12-44 Xəbərlər

Maarifçilik hərəkatının işığında

Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu...

Ötən günün mənzərəsi - VİDEO

25-04-2019-12-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

25-04-2019-11-16 Xəbərlər

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonun Daylaqlı kəndində yeni meyvə bağı salını...

Ağbulaqda yaşıllıq sahələri salınır

25-04-2019-09-31 Xəbərlər

Ağbulaqda yaşıllıq sahələri salınır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Şərurda atıcılıq idmanı üzrə yarış olub

25-04-2019-09-00 Xəbərlər

Şərurda atıcılıq idmanı üzrə yarış olub

NUHÇIXAN xəbər verir ki, Şərur Atıcılıq Klubunda Yeniyetmələrin XII Respublika O...

Mini-futbol birinciliyinə start verilib

24-04-2019-21-43 Xəbərlər

Mini-futbol birinciliyinə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Pedaqoji təcrübəyə yekun vurulub

24-04-2019-21-30 Xəbərlər

Pedaqoji təcrübəyə yekun vurulub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fa...

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

24-04-2019-21-14 Xəbərlər

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

24-04-2019-20-59 Xəbərlər

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

Fonddan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət So...

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

24-04-2019-20-46 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasi...

Uşaqlar arasında mütaliə yarışı

24-04-2019-20-31 Xəbərlər

Uşaqlar arasında mütaliə yarışı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

24-04-2019-20-15 Xəbərlər

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

Pedaqogika tarixinə müasir yanaşma

24-04-2019-20-00 Xəbərlər

Pedaqogika tarixinə müasir yanaşma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunmas...

Şahmat Mərkəzində interaktiv məşğələ

24-04-2019-19-39 Xəbərlər

Şahmat Mərkəzində interaktiv məşğələ

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Debütlərin izahlı təhlili” ...