Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində şagirdlər üçün açıq dərs keçirilib.

Şagirdlərə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, ictimai xadim, böyük Azərbaycan yazıçısı kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə xalqın istiqlalı və müstəqilliyi uğrunda mübarizə aparan qüdrətli sətənkardır. Yazıçının bədii əsərləri və publisistikası əsarətin, fanatizmin, cəhalətin aradan qaldırılmasına, milli oyanışa həsr olunub. Cəlil Məmmədquluzadənin yaradıcılığında ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasını təşkil edir. Cəlil Məmmədquluzadə həm də yeni məktəb yaratmış Molla Nəsrəddin jurnalının redaktorudur.

Bildirilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən silsilə tədbirlər keçirilir. Bu da görkəmli yazıçının şəxsiyyətinin və irsinin öyrənilməsinə daha bir diqqət və qayğının bariz nümunəsidir.

Turab Hacızadə

www.naxcivantv.az