Naxçıvan Azərbaycanın ən qədim yurd yerlərindən, ulu əcdadlarımızın müqəddəs ruhunu qoruyub saxlayan, Azərbaycançılıq üçün bütün atributların, maddi və mənəvi keyfiyyətlərin daşıyıcısı kimi şöhrət tapan məskənlərimizdən biridir.

Çox qədim və zəngin maarifçilik ənənələrinə malik bu diyarda müasir dövrün tələblərinə cavab verə biləcək müəyyən ixtisaslar üzrə mütəxəssis hazırlığı Naxçıvan Muxtar Respublikasının yaranması və inkişafının müxtəlif mərhələləri ilə bağlıdır. 1921-ci ildə Naxçıvanın muxtar diyar kimi Azərbaycanın tərkibində qalmasını təsdiqləyən beynəlxalq Moskva və Qars müqavilələri imzalandıqdan sonra burada mədəni həyatın dirçəlməsinə və təhsil sahəsində irəliləyişin, yenilik meyillərinin güclənməsinə zəmin yarandı. Muxtariyyətin ilk dövrlərində təsərrüfat, mədəniyyət və təhsil sahəsində işləyə biləcək kadrlar hazırlamaq məqsədilə orta ixtisas məktəbləri (texnikumlar) yaradıldı ki, bu təhsil müəssisələrinin məzunları bölgənin təsərrüfat, təhsil, sosial-mədəni həyatının fəal iştirakçısı oldular. XX əsrin 20-ci illərində Naxçıvan Pedaqoji Texnikumunun, Naxçıvan Pedaqoji Qız Məktəbinin və Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılmasını ali təhsilə gedən yolun başlanğıc mərhələsi kimi qiymətləndirmək olar. 1939-1956-cı illərdə Naxçıvan ikiillik Müəllimlər İnstitutunun fəaliyyət göstərməsini də muxtar respublikamızda ali təhsil strukturunun formalaşdırılmasının bünövrəsi hesab etmək olar. Bu təhsil müəssisəsi Naxçıvanın ümumtəhsil məktəblərinin müəllim kadrları ilə təmin edilməsində mühüm rol oynamışdır. Məktəbin məzunlarından bir çoxu sonralar müxtəlif elm sahələri üzrə tədqiqatçı-alim, şair və yazıçı, dövlət işçisi kimi tanınmışdır.

Dövrün sosial və pedaqoji düşüncəsinə uyğun gələn ali təhsil müəssisəsinin əsası isə 1967-ci ildə ozamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının açılışı ilə qoyuldu. “Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir”, – deyən ümummilli lider Heydər Əliyev respublikaya rəhbər­lik etdiyi ilk illərdən Naxçıvanda iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafına yüksək qayğı və diqqət göstərmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlaması da məhz bu qayğının nəticəsi idi. Dahi siyasətçi özünün böyük uzaqgörənliklə həyata keçirdiyi bu maarifçi ideyası haqqında sonralar demişdir: “Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir. Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyan insanlardan biri və onun təşəb­büskarıyam. Universitetin ötən bu müddətdə nə qədər böyüməsini, inkişaf etməsini öz gözlərimlə görürəm… Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il bundan öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir”. 

29 dekabr 1990-cı ildən universitet statusu alan Naxçıvan Dövlət Pedaqoji İnstitutu həmin dövrdən etibarən yalnız pedaqoji kadr deyil, nəinki diyarımızın, həmçinin Azərbaycanın digər bölgələri üçün müxtəlif ixtisaslar üzrə mütəxəssis hazır­lığına başlayır. Dərin bilikli, yüksək səviyyədə ixtisaslaşmış vətənpərvər mütəxəssislərin böyük bir dəstəsinin yetişməsi, nəinki Naxçıvan Dövlət Universitetinin, ümumən, Azərbaycan təhsilinin uğuru, nailiyyəti idi. Universitetin elmi potensialı artaraq daha da möhkəmlənir ki, bu da tədris-tərbiyə işlərinin günümüzün tələbləri səviyyəsində qurulmasına əsaslı təsir göstərirdi. Buradakı elm-tədris, ixtisaslı kadr hazırlığı üzrə potensial həmin ali təhsil ocağına ölkə səviyyəsində rəğbətin yaranmasına, onun daha da inkişaf etməsi, nüfuzunun, şöhrətinin artması məqsədilə mühüm tədbirlərin reallaşdırılmasına stimul vermişdir. Universitetin 25, 30, 40, 50 illik yubileylərinin keçirilməsi ali təhsil müəssisəsinin ölkə üçün necə bir əhəmiyyətə malik olduğunu göstərir. Universitetin 25 və 30 illik yubiley tədbirlərində ulu öndər Heydər Əliyev şəxsən iştirak etmiş, universitetin regionun həyatında, ölkə­nin təhsil və elmi mühitində mövqeyini qiymətləndirməklə tövsiyələrini vermişdir: “Universitetin professor-müəllim heyətinə ali təhsilin, elmin, mədəniyyətin inkişafında yeni-yeni uğurlar arzulayıram. Universitetin tələbələrinə, gənclərinə cansağlığı, yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram. Naxçıvan gənclərinə hərbi-vətənpərvərlik hisslərini daha da yüksəltməyi arzulayıram. Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qorusunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 31 mart tarixdə “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, yubiley tədbirində şəxsən iştirak edərək qabaqcıl müəllimlərin bir qrupuna ölkənin ali mükafatlarını, orden və medallarını təqdim etməsi muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən yüksək qayğının bariz təzahürüdür. Həmin sərəncamda deyilir: “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər”. 

Bu gün Naxçıvan Dövlət Universiteti ölkənin ən nüfuzlu, qabaqcıl təhsil ənənələrinə malik tədris ocaqlarından biridir. Universitetin müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturun qurulması, bir sözlə, yerləşdiyi relyefə uyğun özünəməxsus panoram gözəlliyinə malik “Universitet şəhərciyi”nin yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin bəhrələridir. Bir-birindən gözəl tədris korpuslarının inşa edilməsi və ya yenidən qurulması, onların müasir tədris-təchizat vasitələri ilə təmin edilməsi sahəsində görülən işlər Ali Məclis Sədrinin universitetin professor-müəllim heyətinə, çoxminli tələbə kontingentinə qayğısının ifadəsidir. Məhz bu qayğı sayəsində universitetin Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” adlı layihəsi uğurla həyata keçirildi. Həmin layihə ilə muxtar respublikada elektron universitetə keçidin təməli qoyuldu. 

Ölkəmizdə ali təhsilin dünya təhsil sisteminə, Avropa ali təhsil məkanına inteqrasiya olunması və Boloniya Bəyannaməsinin tələblərinə uyğunlaşma məqsədlərini həyata keçirmək üçün beynəlxalq təhsil prosesinə qoşulması Naxçıvan Dövlət Universitetində də müasir tədris şəraitinin yaradılmasına, elmin inkişafına xidmət edir. Geniş, işıqlı sinif otaqları, fənn kabinələri və muzeylər, elektron lövhələr mühazirələrin, seminar, laborator və təcrübi məşğələlərin müasir tələblər səviyyəsində qurulmasına imkan verən vasitələrdir. 

Yüksək informasiya texnologiyalarına, əlverişli tədris şəraitinə, elmi potensiala, müasir tədris korpuslarına, maddi təchizat bazasına malik universitetin qazandığı nailiyyətlər ildən-ilə artır, daha da yeniləşir, zənginləşir. Bu ali məktəbin uğurları, nailiyyətləri həmişə dövlətimizin, dövlətçiliyimizin böyük simaları – rəhbərləri tərəfindən diqqətdə saxlanmışdır. Mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, müstəqillik dövrünün payına düşmüş universitetin 50 illik yubileyi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamına əsasən böyük təntənə ilə, yüksək bayram əhval-ruhiyyəsi ilə keçirildi. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 oktyabr tarixli sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə universitetin əməkdaşlarından 7-si “Tərəqqi” medalı, 8-i isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olundu. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə universitetin müəllimlərindən 16-sı “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 1-i “Əməkdar mədəniyyət işçisi”, 1-i isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görüldü. Ali Məclisin Sədri tərəfindən fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edildi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışında Naxçıvan Dövlət Universitetinin 50 ildə qazandığı nailiyyətlərdən bəhs edərək göstərirdi ki, “Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”. 

2018-ci ildə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, həmin ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə distant təhsilin həyata keçirilməsinə başlanıldı. Yanvarın 17-də Distant Təhsil Mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin mərkəzin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, Distant Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini vermişdir. 

Bu gün yaradılan şərait nəticəsində tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin ndu.edu.az saytına müraciət etməklə Distant Təhsil Mərkəzinə qoşulmaq imkanına malikdirlər. Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunur. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı fəaliyyət göstərir. 

Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti uğurlu tarixi inkişaf yolu keçib. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. Bu gün Naxçıvan Dövlət Universitetində 60 ixtisas üzrə bakalavr, 42 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 11 ixtisas üzrə əlavə təhsil, 10 ixtisas üzrə doktorant, 32 ixtisas üzrə dissertant hazırlığı aparılır. 4 ixtisas üzrə distant təhsil həyata keçirilir. Universitetdə dissertasiya şurasının, həmçinin birləşmiş dissertasiya şurasının fəaliyyət göstərməsi də fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə tədqiqatçı alimlərin yetişməsində əhəmiyyətli rol oynayır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. 

Universitetin tarixi inkişaf yolundan danışarkən beynəlxalq, o cümlədən elmi əməkdaşlığın inkişafı istiqamətində qazanılan uğurları vurğulamaq xüsusilə yerinə düşər. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun, Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü olan, “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağı bu gün dünya universitetləri ailəsinin layiqli üzvünə çevrilib. Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, hazırda universitetin dünyanın 50-dən çox ölkə­sinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri vardır. “Mövlana”, “Tempus”, “Erasmus+”, “Erasmus Mundus”, “Key Action” proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu ali təhsil ocağında tələbə mübadiləsinə də böyük əhəmiyyət verilir. Müasir təhsil infrastrukturunun, möhkəm maddi-texniki bazanın və güclü kadr potensialının yaradılması xarici tələbələrin bu ali təhsil ocağına cəlb olunmasında başlıca amildir. Bu gün Naxçıvan Dövlət Universitetində dünyanın 8 ölkəsindən 500 tələbə təhsil alır. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Belə ki, bu il 252 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində də müasir təfəkkürlü peşəkar mütəxəssis hazır­lığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət edəcək.

Ali Məclisin Sədri cənab Vasif Talıbovun muxtar respublikada ali təhsilin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqlar Naxçıvan Dövlət Universitetinin gələcək inkişafı üçün rəhbər prinsiplərdir. Bu prinsiplər əsasında ali təhsil ocağında informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə səyləri gücləndirmək, elektron idarəetmə və tədris sistemindən yüksək səviyyədə fayda götürmək, kadr hazırlığında dövrün tələblərini nəzərə almaq qarşıda duran mühüm vəzifələrdir. Pedaqoji kollektiv bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün fəaliyyətini bundan sonra da səylə davam etdirəcəkdir.

Saleh MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universitetinin rektoru, 
AMEA-nın müxbir üzvü

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

16-08-2019-14-36 Xəbərlər

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

16-08-2019-11-23 Xəbərlər

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında mux...

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

16-08-2019-09-41 Xəbərlər

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  k...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-08-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin avqust ayının ilk...

Naxçıvanda sabaha olan hava proqnozu

14-08-2019-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

14-08-2019-14-59 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

Təbii yollarla insanların müalicə aldığı Duzdağ Fizioterapiya Mərkəzinə yay günl...

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib

14-08-2019-12-51 Xəbərlər

Naxçıvanda müəllimlərin işə qəbulu üçün test imtahanlarına start verilib

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali ...

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib

13-08-2019-21-49 Xəbərlər

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir

13-08-2019-21-10 Xəbərlər

Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin, xüsuilə də gənc ailələrin...

Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib

13-08-2019-20-09 Xəbərlər

Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Şərur şaftalısına yerli bazarla yanaşı xarici bazarlarda da tələbat var

13-08-2019-19-40 Xəbərlər

Şərur şaftalısına yerli bazarla yanaşı xarici bazarlarda da tələbat var

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda şaftalı bağlarında yığım davam edir.

ƏÜO-da tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirildi

13-08-2019-19-13 Xəbərlər

ƏÜO-da tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirildi

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bayram günlərində “Naxçıvan Dəmir Yolları” MMC gücləndirilmiş iş rejimində çalışıb

13-08-2019-17-34 Xəbərlər

Bayram günlərində “Naxçıvan Dəmir Yolları” MMC gücləndirilmiş iş rejimində çalışıb

NUHÇIXAN xəbər verir ki, Qurban bayramı ilə əlaqədar əhalinin vaxtlı-vaxtında mə...

Kollektivlər muzeyləri gəziblər

12-08-2019-18-02 Xəbərlər

Kollektivlər muzeyləri gəziblər

NUHÇIXAN xəbər verir ki, Muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hak...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

12-08-2019-16-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İ...

“Saat Meydanı”nda növbəti konsert olub - VİDEO

12-08-2019-15-14 Xəbərlər

“Saat Meydanı”nda növbəti konsert olub - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində  şəhərimizn sa...

Naxçıvanda Qurban bayramı qeyd edilib

12-08-2019-14-31 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda sabaha olan hava proqnozu

12-08-2019-13-57 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 13-nə gözlənilən hava proqnozu açıqla...

Qurbanın qoyun olsun...

12-08-2019-11-25 Xəbərlər

Qurbanın qoyun olsun...

Əgər birinin müşkül işinin həll olunmasında, çətinliyinin asanlığa qovuşmasında ...

Torpaqların su təminatı yaxşılaşdırılır

11-08-2019-16-58 Xəbərlər

Torpaqların su təminatı yaxşılaşdırılır

Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən d...

Azərbaycan kinosu və Naxçıvan

11-08-2019-14-59 Xəbərlər

Azərbaycan kinosu və Naxçıvan

Azərbaycan mədəniyyətində hər bir sahənin özünəməxsus təbiiliyi, fərqliliyi və g...

Yol təmiri və tikintisi diqqət mərkəzindədir

11-08-2019-14-00 Xəbərlər

Yol təmiri və tikintisi diqqət mərkəzindədir

Şərur Rayon Yol Təmir-Tikinti İdarəsi 33 kilometr respublika əhəmiyyətli, 362 ki...

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

11-08-2019-13-01 Xəbərlər

Hüseyn Cavidin ev-muzeyi ziyarət olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti red...

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

11-08-2019-11-26 Xəbərlər

Şərur rayonunda sosial tərəfdaşlıq mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli s...

Lizinqə verilən müasir texnikalar işin səmərə və keyfiyyətini artırır

11-08-2019-10-29 Xəbərlər

Lizinqə verilən müasir texnikalar işin səmərə və keyfiyyətini artırır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə...

Didivar kəndində yerləşən sahələrdə üzüm yığımına başlanıb

11-08-2019-09-30 Xəbərlər

Didivar kəndində yerləşən sahələrdə üzüm yığımına başlanıb

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Didivar kəndində Sahibkar Hüseynqulu Bə...

Naxçıvanda Qurban bayramı ərəfəsində növbəti yarmarka keçirilib

10-08-2019-22-59 Xəbərlər

Naxçıvanda Qurban bayramı ərəfəsində növbəti yarmarka keçirilib

Müqəddəs Qurban bayramı ərəfəsində muxtar respublikamızın bazar və yarmarkaların...

Daxili Qoşunların gənc əsgərli hərbi andı qəbul etdi

10-08-2019-19-54 Xəbərlər

Daxili Qoşunların gənc əsgərli hərbi andı qəbul etdi

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqada...

Gənc sərhədçilər hərbi andı qəbul ediblər

10-08-2019-18-45 Xəbərlər

Gənc sərhədçilər hərbi andı qəbul ediblər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da  gənc əsgər...

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib

10-08-2019-17-52 Xəbərlər

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlər and içib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...