Naxçıvanın yaz havasına bürünən axşamında gəzməyin başqa  ləzzəti var.

İndi həm təmiz şəhər, həm də bahar qoxulu gecələr bir ayrı aləmdir. Sakitlik,  xüsusi olaraq zəif şəkildə işıqlandırılan səkilərdə,  parklarda hər kəsin sərbəst şəkildə gəzintisi, skamyalarda oturub söhbət etməsi lap nağıl kimi gəlir adama. Hər dəfə də bu mənzərəni seyr edəndə bir zamanlar, hələ 1990-cı illərdə yazdığım şeirdən bir misra yadıma düşür. “Bu qaranlıq şəhərin işıqsız küçələri, Mənim həmdəmim olub sənsiz qalandan bəri ”...

...Yolun kənarında dayanıb müştəri gözləyən bir taksinin yarı açıq  pəncərəsindən məşhur bir mahnımızın səsi qulağıma gəldi – “Ötən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim.”  Açığı bir anlıq bizim gənclik illərimizin təsadüf etdiyi 1990-cı illərin Naxçıvanı  yadıma düşdü. Fikirləşdim ki o ötən günləri qaytarsaydılar nəyi götürərdim görəsən?! Bir tələbə adını qazandığım anın sevinci, bir də ara-sıra bir-iki əlamətdar hadisə yadıma düşdü. Birdən-birə fikirləşdim ki, istəmirəm o günləri qaytarsınlar. Çünki gözümün önünə tezdən saat 4-dən durub çörək növbəsinə getməyim, növbə ilə məhəllələrə verilən elektrik, axşamlar istirahət etmək, vaxt keçirmək üçün getməyə bir yer olmadığından ancaq evdə oturub Türkiyə televiziyalarında Şabanın iki saatlıq elektrik ucbatından həmişə yarımçıq  baxdığım filmləri gəldi. Evlərimiz istilik olmadığı üçün qışda bumbuz olurdu. O zaman hərbi şəhərcikdəki yataqxanada qalırdım. “Vita” yağının qabından özümə bir soba düzəltmişdim. Gündüzlər işdə başımı qatır, axşamlarsa qaranlıq düşəndən sonra şəhəri gəzib  yolların qırağında işdən evə gələndə “aşıqladığım” ağacların quru budaqlarını qırır, gətirib o sobada yandırırdım.  O zaman səs-küy, siqaret tüstüsü, oynanılan domino, nərd “şaqqıltısı” mənlik olmadığı üçün həmyaşıdlarımın ən yaxşı və yeganə əyləncə yeri olan çayxanalara getmək istəmirdim. Tüstü adamın paltarına hopur, günlərlə qoxusu getmirdi. Bir də gecələr küçələr o qədər qaranlıq olurdu ki, adam kor kimi gəzirdi. Üstüaçıq kanalizasiya lyukları isə qaranlıqda ayrıca təhlükə idi. Vay o gündən getdiyin yolda nabələd olasan!Bir dəfə dostlarımdan biri taksidən düşəndə qapını açıb birbaşa açıq lükdən içəri yıxılmışdı. Ayaqları sıyrılmış, paltarı isə cırılmışdı. Yeni Naxçıvan ərazisində isə şəxsən özüm ora yıxılan  bir nəfərin sızıltısını eşidib o açıq lükdən dartıb çıxarmışam.

“Ötən günlərimi qaytaraydılar”.. Nə isə beynimə girmirdi bu sözlər.. çünki mənim yaşadığım o ötən günlərdə hər dəfə Bakıya, sessiyaya getmək də mənim üçün əsl problem idi. Bileti ya gərək tanışlıqla alardın, ya da aeroportda satılan kassanın qarşısında bir, hətta iki gün növbəyə dayanıb,fərasətin olsa idi əldə edərdin. Bir qədər sadəlövh oldun lap əziyyət çəkirdin.  Basabas, səs-küylə təyyarəyə minmək də bir “qoçaqlıq” idi. Hər kəs əlindəki əşyanı baqaja vermək istəmir, özü ilə təyyarənın içərisinə daşıyırdı.  Hətta bir dəfə məndən öncə əllərində ağır çantaları darta-darta trapı qalxan yaşlılara və xanımlara etika üçün yol verməli oldum. Ona görə də tarpda iki nəfər gənc axıra qaldıq. Təyyarənin qapısına çatanda isə əlimizdə bu reysə bilet olduğu halda stüardessa: “ Yer doldu, siz qalın o biri reysə”- deyib qapını üzümüzə bağladı.  Təzədən bir saat gözləyib yük təyyarəsi ilə yola düşdük. Bir dəfə isə uzun bir növbədə təsadüfən bir tanışım köhnə “Çörək zavodu”nun həyətindən keçəndə məni gördü. Uzaqdan: “ Neçə çörək istəyirsən, pulun ver gətirim”- dedi . Mənə 3 çörək lazım idi. Yanımda növbədə duranlar  da tez pullarını mənə verib – Bizə də, bizə də gətirsin,  dedilər. Say 30 çörəyə çatdı. Pulunu verdik və 10 dəqiqədən sonra adam bir dəstə çörəyi gətirib mənə verdi. Hər kəs çörəkləri qapıb aradan çıxdı. Sonda mənə heç nə qalmadı. Pul da getdi, çörək də, vaxt da...

“Ötən günlərimi qaytaraydılar”... Mahnının sözləri altında ötən günlərim bir-bir yada düşdükcə bu günlə müqayisədə heç də nə isə yaxşı bir şeyi görə bilmirdim. Yenə gözümün önünə beş-altı dənə “kukuruz”, xama, kökə  almaq üçün İrana getməyimiz yadıma düşdü. Bir dəstə adam səhər saat 5 də maşın tutub gömrüyə getdik. Bir təhər növbəyə durduq və içərisində heç nə olduğunu bilmədiyimiz, özümüzdən də  ağır qutularıbasabasla, yanındakılarla dava-şava ilə  sürüyə-sürüyə  soyuq körpünün üstündən  o taya daşıdıq. Bizə verilən ünvanları tapıb dükan sahiblərinə təhvil verdik. Sonra isə “hamballığa” görə aldığımız pulun müqabilində bir-iki şey alıb geri döndük. Qutunun kəndiri əlimi necə kəsmişdisə bir həftə sızıltısına dözməli oldum. Ondan sonra bir daha bu cür “10 şirvan” qazanmaq istəmədim. 

“Belarus” markalı traktorun arxasına qoşulan lafetlə, əl tutmağa belə yer olmadığı halda onlarla adamın   yük yerinə  mindiyi  “Kamazla” kənddən şəhərə, şəhərdən kəndə çatmağım,  nəqliyyat yoxluğundan 20-30 kilometr yolu piyada getməyim yadıma düşdü.

Birdən-birə hər kəsin arzusunda olduğu və “gələn günlərini qurban verməyə” hazır olduğu günlərimin geri qayıtmasını heç istəmədim. Axı yuxarıda hələ çox az bir hissəsini  sadaladıqlarımın müqabilində o əziyyətləri  bir də təzədənniyə yaşayım?!

Bu gün sürətlə inkişaf edən, işıqlı, Avropalıların belə heyran qaldığı bir Naxçıvanda yaşadığım rahatlığı, sakitliyi, sabitliyin müqabilində  ötən günlərin qaytarılması, açığı mənə məntiqsizlik gəldi. Düzdür, o günlərdə həyatda olan valideynlər, daha coşqun, enerjili gənclik illəri var. Amma həyatın qanunlarını da nəzərə almaq lazımdır. Bir də bu gün qazandıqlarımız da az olmayıb. Ailə, övladlar, onların uğurları, yaxşı dostlar, cəmiyyətdə mövqe bunlar insana yetərincə yüksək əhval-ruhiyyə verir.    

Mən sadaladığım o ötən günlərimi ona görə geri istəmirəm ki onları bir də yaşamaq arzusunda deyiləm. Hətta o məqamlar bu günlə müqayisədə mənə bir qədər dəhşətli gəlir.  Çünki   bu gün:

- Naxçıvanda dükanlarda, mağazalarda, super marketlərdə çeşid-çeşid çökərlər gün boyu, geninə boluna satılır. Hətta bu nemətimizin müxtəlif növlərini əks etdirən  “Çörək” festivalı keçirilir,

- indi Naxçıvan bir zamanlar enerji idxal edən muxtar respublikadan ixracatçıya çevrilib. Burada inşa edilən  alternativ enerji mənbələrindən muxtar respublikanın tələbatını ödəyə biləcək qədər enerji istehsal edilir. Bu layihələr yenə də davam edir,

- mərkəzləşdirilmiş qazanxana sistemi ilə isidilən çoxmənzilli binalar, qazlaşdırılan bütün  yaşayış məntəqələri, kəndlər, şəhərlər üçün indi ən güclü şaxta belə qorxulu deyil,

Naxçıvandan Bakıya uçan təyyarəyə rahat şəkildə öncədən onlayn bilet almaqla vaxta xeyli qənaət etmək olur, Türkiyə və İran ərazisindən keçməklə şəxsi avtomobillə, avtobus reysi ilə də Bakıya rahatlıqla getmək olar,

- muxtar respublikadakı istehsal müəssisələrində hazırlanan bir-birindən dadlı kökələr, kənd təsərrüfatı məhsulları, bir sözlə 383 növdə, o cümlədən  ərzaq məhsulları öz keyfiyyəti ilə dünyanın istənilən ölkəsinin  məhsulları ilə rəqabətə girə bilər,

-Naxçıvan şəhərindən 45 km aralıda yerləşən bizim kəndə- Şahbuzun Külüs kəndinə gün ərzində 8 avtobus marşrutu işləyir.

Bütün bunları görəndən, yaşayandan sonra isə yəqin ki, heç kəs qayğı dolu  ötən günlərini qaytarmaq istəməz...

 

Qeyd: Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə
təqdim etmək üçündür.

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-07-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyul ayının ilk 1...

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

15-07-2019-14-16 Xəbərlər

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-202...

Naxçıvanda sabaha olan hava proqnozu

15-07-2019-13-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

15-07-2019-11-33 Xəbərlər

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

Naxçıvan Muxtar Respublikasının turizm potensialı təkcə Avropa ölkələrini deyil,...

Ordubad şaftalısı

15-07-2019-10-28 Xəbərlər

Ordubad şaftalısı

Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa...

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

14-07-2019-23-34 Xəbərlər

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin s...

“Cıdır” mərasimi haqqında nələri bilirik

14-07-2019-22-17 Xəbərlər

“Cıdır” mərasimi haqqında nələri bilirik

“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərind...

Suvarma suyu kifayət qədərdir

14-07-2019-21-43 Xəbərlər

Suvarma suyu kifayət qədərdir

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları ...

Naxçıvanın gəlinqayaları

14-07-2019-20-59 Xəbərlər

Naxçıvanın gəlinqayaları

Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

14-07-2019-20-13 Xəbərlər

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

Şərur rayonunun Muğancıq-Mehrab kəndində yeni obyektlər inşa olunur.

Taxıl biçini mütəşəkkil keçirilir

14-07-2019-19-13 Xəbərlər

Taxıl biçini mütəşəkkil keçirilir

Şərur rayonun kəndlərində  biçin kampaniyası mütəşəkkil keçirilir.