Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  təşkilatçılığı ilə  muxtar respublikada əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir.

Həyata keçirilən bu tədbirlərin davamı olaraq, aprel ayının 20-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  Şərur rayonunda  sosial xidmət göstərilən tənha ahıllar evlərində ziyarət olunublar. Gənclər ahıllarınevlərində təmizlik və abadlıq işlərinin aparılmasında köməklik göstəriblər. Eyni zamanda,  tənha ahıllara sovqatlar da təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin  tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı,  sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənhalarda yarana biləcək diskriminasiya (ayrıseçkilik) hallarının qarşısının alınması, habelə onların sosial  inteqrasiyasına  nail olunmasından ibarətdir.

www.naxcivantv.az