(Naxçıvan dəftərindən)

Siz də şəhərlərin nəfəsini dinləyirsinizmi, əsas da gecələr...

***

Elə şəhərlər var, onun gecəsi  var, gecə canlılığı var, gecə işıqlılığı, gecə coşğunluğu var, amma gecə nəfəsi yoxdur...  Bəzi şəhərlər yatmır, bəzi şəhərlər nəfəsini dərmir...

Bəzi şəhərlər gözünü yumub özünü düşünmür...

Ruhu yoxdur...  Yuxusu yoxdur...

Hekayəsi yoxdur  bəzi şəhərlərin.

Mən sakitliyini dumadığım, gizli, dərinlərdə gizlənmiş ruhunu hiss edə, gecə nəfəsini dinləyə bilmədiyim şəhərlərdə yaşaya bilmərəm...

Məni qoruduğuna inanmadığım şəhərlər heç zaman mənim şəhərlərim ola bilmədi...

***

...Bəzi axşamlarda, bəzi gecələrdə uzun zaman dayanıb yaşadığım şəhərin nəfəsini dinləyirəm... Bəzən küçəyə çıxıb küçə lampalarının sehrli sarımtıl işığında ağaclara baxıram. Tanımadığım pəncərələrə nəzər salıram uzaqdan. Ara-sıra keçib gedən maşın təkərlərinin asfaltdakı qıcırtısına diqqət kəsilirəm...

Bəzən ay işığında, bəzən yağış altında, bəzən günəş şəfəqlərinə açıram gözümü – Bəzən  şəhərin ürək döyüntülərini pəncərəmin o üzündə hiss edirəm, bəzən o döyüntülərin  içindən pəncərəmə boylanıram... O döyüntülərə  boylana- boylana şəhərin gündüzlərinin axşamların yuxusuna  yollanmasını gözləyirəm...

“Dünyanın ən gözəl pəncərəsi mənim pəncərəmdir”- deyirəm... Gözlərimi bir yumub, bir açıram – hər şey bir yazılmamış hekayədə olduğu kimidir...

İnsanlara baxıram...  Keçib-gedən  insanlara, evinə, işinə, adamına, arzusuna...  tələsən insanlara.

Görəsən, onlar bu şəhərin yuxulu nəfəsini dinləyirlərmi? Pəncərə qarşısında dayanıb  səssizliyi udum-udum  içirlərmi su kimi...

Bu səssizlik içində, nəfəsi  duyulan şəhəri bəbəklərindəki  işığa hopdurub səhəri çiçəklərə, ağaclara, İnsanlara – Tanrıya gülümsəyə bilirlərmi?

***

Keçmişlərdə küləyin şəklini çəkmək istəyən bir fotoqraf dostum vardı...

Bəzən, şəkillərimi çəkdikcə, sonra onlara baxdıqca əslində nəyi tutub saxlamaq, əbədiləşdirmək istədiyimi anlayıram.

Bu şəhərin ruhunu...

Bu şəhərin gecə nəfəsini...

Sanki onu, görməyənlərə göstərmək, duymayanlara duydurmaq istəyirəm...

Yox. mənim onu gizlətmək fikrim yoxdur, onu daha çox tanısınlar istəyirəm...

Hər yerdə bir udum təmiz nəfəs, səssiz  bir dinclik, dərin bir ruh axtaran insanları şəhərin ruhuyla, bu şəhərin gecə nəfəsiylə tanış etmək istəyirəm...

***

Soruşurlar -Bu nə həvəs?.. 

Bu, həvəs deyil,-deyirəm,- bu, sevgidir...

Gülümsəyirəm...

Gözümü yumub şəhərin gecə nəfəsini içimə çəkirəm...

Yaşam, gecə nəfəsini dinləyə bildiyim şəhərin ürəyindən keçib ürəyimə süzülür...

Hər təbəssüm, hər toxunuş, hər pıçıltı   bir əlçim ağ  duaya çevrilib gözlərimə qayıdır...

Nəfəsini dinləyə bildiyim şəhər mənim qəlbimin dincliyini qoruyur...  Mənim yazılmamış hekayəmi yazır...  Duman –duman yuxusuyla  pəncərəmin qarşısındakı ağacın üstünə enir...

Mən səni sevirəm -pıçıldayıram şəhərin nəfəsinə...

Məni eşidir...

 

                                                                               Hədiyyə Şəfaqət

                                                                                      yazıçı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-07-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyul ayının ilk 1...

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

15-07-2019-14-16 Xəbərlər

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-202...

Naxçıvanda sabaha olan hava proqnozu

15-07-2019-13-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

15-07-2019-11-33 Xəbərlər

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

Naxçıvan Muxtar Respublikasının turizm potensialı təkcə Avropa ölkələrini deyil,...

Ordubad şaftalısı

15-07-2019-10-28 Xəbərlər

Ordubad şaftalısı

Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa...

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

14-07-2019-23-34 Xəbərlər

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin s...

“Cıdır” mərasimi haqqında nələri bilirik

14-07-2019-22-17 Xəbərlər

“Cıdır” mərasimi haqqında nələri bilirik

“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərind...

Suvarma suyu kifayət qədərdir

14-07-2019-21-43 Xəbərlər

Suvarma suyu kifayət qədərdir

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları ...

Naxçıvanın gəlinqayaları

14-07-2019-20-59 Xəbərlər

Naxçıvanın gəlinqayaları

Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

14-07-2019-20-13 Xəbərlər

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

Şərur rayonunun Muğancıq-Mehrab kəndində yeni obyektlər inşa olunur.

Taxıl biçini mütəşəkkil keçirilir

14-07-2019-19-13 Xəbərlər

Taxıl biçini mütəşəkkil keçirilir

Şərur rayonun kəndlərində  biçin kampaniyası mütəşəkkil keçirilir.