Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və hüquq fakültəsinin tələbələri ilə görüş keçirib.

Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev komissiya tərəfindən keçirilən bu cür seminarların tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri Əjdər Əliyev bildirib ki, ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əhliman Xıdırov və Mehman Allahverdiyev “Mülki prosesdə sübutlar” və “Nikah müqaviləsi” mövzusunda çıxış ediblər. Eyni zamanda hakimlər məhkəmə təcrübələrini tələbələrlə bölüşüblər.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Badəm Məmmədova

www.naxcivantv.az