Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu ilin yanvar-mart aylarında muxtar respublikada sahibkarlara 5 milyon 909 min 800 manat kreditlər verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, kreditlərdən 2 milyon 530 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 379 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 10 hüquqi və 1334 fiziki şəxs qeydiyyata alınıb.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

www.naxcivantv.az