Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Şərur Olimpiya İdman Kompleksində təlim məşq prosesinə cəlb edilən ağır Atletika üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri Şərur rayonunun tarixi və mədəni abidələrini gəziblər.

İdmançılar əvvəlcə Şərur rayon Tarix-Diyarşünaslıq muzeyində olublar. Muzeylə tanışlıq zamanı məlumat verilib ki, bu mədəniyyət ocağı ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən fəaliyyətə başlayıb. Ötən il muzeyin yeni binası istifadəyə verilib, bütün tarixi inkişaf dövrlərinə aid  eksponatlarla zənginləşdirilib.

Muzeydə nümayiş olunan Şərur rayonunun kəndlərində, o cümlədən Günnütdə toxunmuş xalçalar gənc atletlərin daha çox maraq göstərdiyi eksponatlardan olub.

Sonra gənclər Cəlilkənddəki Buzxananı və Cəlil Məmmədquluzadənin xatirə muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzeyin ekspozisiyasında ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarət 300-ə yaxın eksponat sərgilənir.

Gənclər üçün çay süfrəsi də təşkil olunub.

Sonda gənclər Şərur Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman zalları ilə tanış olublar.

Mədinə Rəhimli

www.naxcivantv.az