Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Debütlərin izahlı təhlili” mövzusunda interaktiv məşğələ keçirilib.

200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib məşğələni mərkəzin direktoru, beynəlxalq hakim Emin Hacıyev tədris edib. O, muxtar respublikada idmanın, xüsusilə də şahmatın  inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu sahədə qazanılan uğurları diqqətə çatdırıb. 

Məşğələ zamanı şagirdlərə debütlərin izahlı təhlili göstərilib. Debüt haqqında ətraflı məlumat verilib. Bildirilib ki, debüt oyunun ilk mərhələsi və başlanğıcıdır. Debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər.

Diqqətə çatdırılıb ki, debütlər açıq, yarımaçıq və bağlı olmaqla 3 yerə bölünür.  Daha sonra yarımaçıq debütlərdən olan “Karo-Kann” müdafiəsi haqqında şagirdlərə geniş məlumat verilib.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər də dərsdə iştirak ediblər. Ümumilikdə interaktiv dərs bütün  təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir. Təşkil edilən bu interaktiv məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək,  şagirdlərin bu sahəyə maraqlarını daha da artırmaq, şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.

 

                                                                                Turab Hacızadə  

www.naxcivantv.az