Naxçıvan Muxtar Respublikasında sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. 

Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 25-30° isti olacağı gözlənilir.