Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yaradılan gimnastika bölməsində məşqləri “Xatun” bədii gimnastika bölməsinin məşqçisi, idman ustası Humay Qafarova aparır.

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin idman zallarında təşkil olunan məşğələlərə ilkin mərhələdə  80-dən çox tələbə qız qatılıb. Məşqlər hər iki ali təhsil müəssisəsində həftədə iki dəfə olmaqla keçirilir. 

Qeyd edək ki, ali təhsil müəssisələrində gimnastika bölmələrinin yaradılması ilə əlaqədar tapşırıq yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirədə verilib.

                                                              Azər Zeynalov

 Elvin Quliyev

NTVxəbər

www.naxcivantv.az