NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Xəstəxanasında “Anatomiya, fiziologiya və patologiyanın əsasları” , “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Latın dili” dərs vəsaitlərinintəqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov açaraq müstəqillik illərində Naxçıvanda səhiyyənin inkişafı istiqamətində, tibbi kadrların hazırlanması sahəsində görülən işlərdən bəhs edib, bu sahədə yazılan kitabların əhəmiyyətindən danışıb.

Bildirilib ki, son illərdə təhsil sistemində həyata keçirilən islahatlar müasir təhsil sisteminə cavab verən dərsliklərin və metodiki vəsaitlərinin təminatı zərurətini meydana çıxarıb. Bu baxımdan tibb sahəsi üzrə müasir tələblərə cavab verən elmi ədəbiyyatların hazırlanması qarşıya qoyulan ən mühüm vəzifələrdən biridir. Bu gün təqdimatı keçirilən kitablarla əyani tanış olduqdan sonra əminliklə demək olar ki, həmin vəsaitlər tibbin inkişafına, bu sahə üzrə kadr hazırlığı işinə öz töhfəsini verəcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi elmin inkişafı sahəsində də mühüm işlər görülür, elm və təhsil müəssisələrinin maddi-texniki bazası inkişaf etdirilir, elektron kitabxanalar qurulur, elmi mühit formalaşdırılır. Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqat obyektinə çevrilir. Aparılan elmi araşdırmaların ən son nailiyyətlərini əks etdirən kitab və monoqrafiyaların, ensiklopediyaların, elmi jurnalların nəşrinə diqqətin artırılması muxtar respublika rəhbərinin elmin inkişafına, ziyalılığa verdiyi dəyərin ifadəsidir. Bununla yanaşı bu nəşrlərin ictimaiyyətə təqdimatı, oxucu görüşlərinin, kitab müzakirələrinin keçirilməsi muxtar respublikada kitab mədəniyyətinin formalaşması istiqamətində atılan addımlardandır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təqdimatı keçirilən kitablar nəfis tərtibatı və elmi dəyəri ilə seçilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 500 tirajla nəşr olunan bu vəsaitlərin demək olar ki, biri digərini tamamlayır. Belə ki, “Anatomiya, fiziologiya və patologiyanın əsasları” adlı dərs vəsaitində orqanizmin quruluşu, inkişafı və formasından bəhs etməklə, ayrı-ayrı orqanların funksiyası və patologiyası zamanı orqanizmdə baş verən dəyişikliklər, maddələr mübadiləsi, enerji  çevrilmələri prosesləri, həyat üçün vacib olan vitaminlər və onların əhəmiyyəti, həmçinin bioloji aktiv maddələrin mübadilə pozğunluqlarında törənən patoloji təzahürlər haqqında məlumat verilir. Nəşr olunan vəsait anatomiya, fiziologiya və patologiyadan bəhs edən latın qrafikası ilə yazılan ilk əsərdir. Kitabın sonunda istifadə olunan latın terminlərinin lüğətinin verilməsini onun elmi dəyərini artıran göstəricilərdən saymaq olar. Dərs vəsaiti tibb kollecinin uyğun ixtisasları və ali məktəblərin tibb fakültəsinin tədris proqramlarına uyğun metodik göstərişlər əsasında yazılıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi müstəqillik illərinə qədər sistemli tədqiq olunmayıb. Dərman bitkilərinin öyrənilməsi və istifadəsi aparılan tədqiqatlar içərisində öz aktuallığı ilə seçilir. Son illərdə bu sahədə aparılan tədqiqatlar artırılıb, onlardan səmərəli istifadə yolları müəyyən olunub. Tədqiqatlar nəticəsində muxtar respublikada 800 növə yaxın dərman bitkisi müəyyənləşdirilib. “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabı da bu istiqamətdə aparılan tədqiqatların davamı kimi diqqətəlayiqdir. Kitabda dərman bitkilərinin xarakteristikası, ekoloji şəraiti, yayılması, toplanılması, qurudulması, saxlanılması, kimyəvi və farmakoloji tərkibi ilə bağlı geniş məlumatlar təqdim olunub, dərman bitkilərinin xüsusiyyətləri ilə yanaşı, onlardan istifadə və qəbul qaydaları müəyyənləşdirilib.

Bildirilib ki, “Latın dili” adlı dərs vəsaiti ixtisas dilinin mənimsənilməsinə xidmət edən ilkin tədris vəsaiti kimi qiymətlidir. Bu vəsait həkimin, tibb işçisinin və bioloqun latınca istilahlara və öz ixtisasları üzrə dil mədəniyyətinə yiyələnməklərinə mühüm təsir göstərir. Dərs vəsaitində latın dilinin qrammatikasının və fonetikasının əsasları, termin düzəltmənin ümumi prinsipləri, üzvi aləmin sistematikası və nomenklaturası üzrə məlumatlar, həmçinin tibbi, bioloji və farmakoloji terminlərin quruluşunun izahlı nümunələri verilib.

Diqqətə çatdırılıb ki, “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabının elmi dəyəri nəzərə alınaraq elektron variantı hazırlanıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Gənclər Fondunun, AMEA Naxçıvan Bölməsinin, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan Dövlət Universitetinin elektron kitabxanalarında yerləşdirilib. Bu isə muxtar respublikadan kənarda yaşayan oxucuların da kitabdan istifadəsini əlçatan edib.

Seyid Surə vurğulayıb ki, hər üç vəsait həkim hazırlığı işinə kompleks yanaşmanın elmi göstəricisidir. Bu vəsaitlər tibb təhsili alan tələbələr, müəllimlər, həkimlər, bioloqlar, təbiətşünaslar, xalq təbabəti ilə məşğul olan loğmanlar, tibb kolleclərində təhsil alan tələbələr üçün əvəzolunmaz məxəz sayıla bilər.

Slaydların nümayiş olunduğu və vəsaitlərin sərgiləndiyi təqdimatda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru Elsevər Əsədov və fakültənin dosenti, tibb elmləri doktoru İsa Abdullayev çıxış edərək kitabda yer alan materiallar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Çıxışlarda fundamental elmi tibbi nəşrlərin ərsəyə gəlməsində müəlliflərin apardığı tədqiqatlardan bəhs olunub, əməkləri yüksək dəyərləndirilib.

Sonra kitabın müəlliflərindən tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək kitabların nəşri zərurətindən danışıb, tibbi kadrların hazırlanması sahəsində yaradılan imkanlara, dərs vəsaitlərinin işıq üzü görməsində göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinə minnətdarlıq ediblər.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

17-07-2019-19-02 Xəbərlər

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin növbəti ünvanı Babək ra...

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

17-07-2019-18-20 Xəbərlər

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

17-07-2019-17-37 Xəbərlər

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxt...

Naxçıvanda sabaha olan hava proqnozu

17-07-2019-16-17 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb....

Новости Нахчывана - VİDEO

17-07-2019-14-17 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

17-07-2019-13-02 Xəbərlər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ...

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

17-07-2019-12-43 Xəbərlər

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

İyulun 17-də səhər saatlarında Naxçıvan-Bakı istiqamətində aviareys həyata keçir...

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

17-07-2019-12-07 Xəbərlər

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil m...

Ötən günün mənzərəsi - VİDEO

17-07-2019-10-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

17-07-2019-09-36 Xəbərlər

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respubl...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-07-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyul ayının ilk 1...

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...