Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, ailələrin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür.

NUHÇIXAN xəbər verir ki, Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 41 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir. Ailələrin sağlamlıqlarının qorunması muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir.

Ölkəmizdə ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və insanların yeni həyat standartlarına uyğunlaşdırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ailələrin güzəştli şərtlərlə mənzil sahibi olmasına şərait yaradıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvanda müharibə veteranları, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci il aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib. Hazırda da şəhərimizdə yeni yaşayış binaları tikilməkdədir. Naxçıvan şəhərindən başqa, Babək və Kəngərli rayonlarında da yeni yaşayış binaları sakinlərin ixtiyarına verilib. Həmçinin Şahbuz şəhəri, Sədərək, Ordubad rayonlarında da yeni yaşayış binaları inşa edilir ki, bu binalarda gənc ailələr ipoteka kreditləri ilə də mənzil əldə edə biləcəklər.

Eyni zamanda şəhər və rayonlarda yaşayış binaları əsaslı şəkildə təmir olunaraq ailələrin istifadəsinə verilir. Yeri gəlmişkən qeyd etmək olar ki, 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 521 ev tikilmiş və ya yenidən qurulmuşdur. Ailələrin rifahının təmin olunmasında məşğulluğun da rolu danılmazdır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması ailələrimizin maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın qəbul olunması müxtəlif təsərrüfat sahələrində çalışan ailələr üçün yeni imkanlar açıb. Hazırda muxtar respublikada 1020-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir.

Həmçinin sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilir. Ailə dəyərlərinin qorunub yaşadılması və təbliği baxımından Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin icrası istiqamətində hər il 15 may – Beynəlxalq Ailə Günü geniş şəkildə qeyd olunur, silsilə tədbirlər həyata keçirilir. Həmçinin ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur. Komitə tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maarifləndirici tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə və ailələrinə dəstək olmasına da xüsusi qayğı göstərilir.

Bu məqsədlə “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada “Gələcəyini planlaşdır” təlimləri keçirilir. Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması ailə siyasətinin əsasını təşkil edir. Muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkilir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Görülən işlərin nəticəsində 2019-cu il 1 yanvar tarixli statistik məlumatdan aydın olub ki, ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunub.

Qeyd edilənlərlə yanaşı, muxtar respublikada ailə dəyərlərimizin təbliğ olunması məqsədilə yaradıcılıq müsabiqələri keçirilir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri ilə bağlı maarifləndirici çıxışlar edilir. Yeni qurulan gənc ailələr də muxtar respublikada ailələrin sağlam qurulmasına və uzunömürlü olmasına hesablanmış dövlət qayğısından düzgün istifadə etməli, öz üzərlərinə düşən vəzifələri, cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

17-07-2019-19-02 Xəbərlər

Kültəpə və Gülşənabad da müasirləşən kəndlər siyahısına daxil olur - VİDEO

Muxtar respublikada həyata keçirilən quruculuq işlərinin növbəti ünvanı Babək ra...

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

17-07-2019-18-20 Xəbərlər

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

17-07-2019-17-37 Xəbərlər

“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxt...

Naxçıvanda sabaha olan hava proqnozu

17-07-2019-16-17 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb....

Новости Нахчывана - VİDEO

17-07-2019-14-17 Xəbərlər

Новости Нахчывана - VİDEO

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

17-07-2019-13-02 Xəbərlər

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi ...

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

17-07-2019-12-43 Xəbərlər

Naxçıvandan Bakıya uçan təyyarəyə quş çırpılıb

İyulun 17-də səhər saatlarında Naxçıvan-Bakı istiqamətində aviareys həyata keçir...

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

17-07-2019-12-07 Xəbərlər

Naxçıvanın ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil m...

Ötən günün mənzərəsi - VİDEO

17-07-2019-10-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

17-07-2019-09-36 Xəbərlər

Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respubl...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-07-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyul ayının ilk 1...

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...