Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 16-da  Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

“2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi tamam olur.

Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur.

Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur.

Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.

Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və muxtar respublikada səhiyyə turizminin inkişafındakı rolunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi geniş qeyd edilsin.

2. “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin”.

Digər rəsmi xəbərlər

“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Naxçıvanda müşavirə keçirilib
Geriyə
İrəli