Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Şərur rayon ərazisində tikinti işləri aparılan obyektlərdə, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun yoxlama nəzarət funksiyaları davam etdirilir.

Tikinti quraşdırma işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun aparılması, təsdiq edilmiş işçi layihələrinə əsasən yoxlanılıb, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün obyektin məsul şəxslərinə müvafiq göstəriş və tövsiyələr verilib. Tikintidə istifadə olunan tikinti materiallarının laboratoriyada sınağının aparılması ilə yanaşı səyyari üsulla da obyektlərində “Şmidt” çəkici ilə layihə üzrə beton və yükdaşıyıcı dəmir beton konstruksiyaların naturada möhkəmlik göstəricisi təyin edilib. Hazırda bu istiqamətdə işlər davam edir.

www.naxcivantv.az