Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq rəhbərlik etdiyi qurumun “Xəbərlər” və “Axtarışlar” jurnallarının redaksiya heyətində dəyişiklik edilməsi ilə bağlı iştirakçılara məlumat verib. O, hər iki jurnalın redaksiya heyətinə tanınmış xarici ölkə alimlərinin cəlb edilməsinin zəruriliyini vurğulayıb, həmçinin dizayn və nömrə formatlarının dəyişdirilməsi ilə bağlı təkliflərini irəli sürüb.

İsmayıl Hacıyev həmçinin akademiyanın elmi jurnallarının keyfiyyətinin artırılması məsələsinin AMEA Rəyasət Heyəti tərəfindən diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, bu istiqamətdə “AMEA-da nəşr olunan jurnallar haqqında”, “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkminləşdirilməsi haqqında” və “AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi haqqında” sərəncam və qərarlar qəbul olunub.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “XIX-XX əsrin əvvəllərində Naxçıvanda duz istehsalı və ticarəti tarixindən (Rus mənbələri əsasında)” mövzusunda məruzəsi dinlənilib. Yaşar Rəhimov istehsal edilən duzun Naxçıvanın bütün kəndlərinə, o cümlədən Gəncəyə, Qarabağa, Şuşaya və digər başqa yerlərə ixrac olunduğunu diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

www.naxcivantv.az