Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva  bu il Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirədə qarşıya qoyulan tapşırıqların və  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın  icrası istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb  və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Şərur rayonunda  icbari tibbi sığortanın

tətbiqi üçün agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb, icbari tibbi sığortanın Şərur rayonunda tətbiq edilməsi üçün rayon əhalisi üzrə məlumatlar toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət olduğu qeyd edilib.  

Tədbirdə  dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılmasından danışılıb. Habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin görüldüyü vurğulanıb. 2019-cu il iyunun 1-dən publik hüquqi şəxslər statusunda  fəaliyyətlərin təmin edilməsi, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar hazırlıq işlərinin başa çatdığı qeyd olunub.

www.naxcivantv.az