NUHÇIXAN xəbər verir ki, Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Səlcuq Universiteti Turizm Fakültəsi, Azərbaycan səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Gənc Alimlər və Mütəxəssislər Şurası, Naxçıvan Gənclər Fondu və Sahib Ata Dərnəyinin nümayəndələri iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, “Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanova Baba Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və  fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Türkiyəli ziyalılar bildiriblər ki, Baba Nemətullah Naxçıvaninin Akşəhərdə olan türbəsi yerli sakinlər tərəfindən  həmişə hörmətlə ziyarət olunub. Çünki o, bir elm adamı, dini biliklərə sahib dahi insan  kimi tanınıb. Akşəhər üçün əvəzsiz xidmətləri olan bu insan türk dünyasının ortaq dəyəridir. Çıxışlarında Naxçıvanda doğulan Baba Nemətullahın Türkiyədə yaşadığı illərdə göstərdiyi fəaliyyət, Akşəhərdəki ictimai siyasi mühit və onun bu mühitə təsirindən danışıblar. Səlcuq Universitetinin rektor müavini Özdəmir Koçak isə bildirib ki, Azərbaycanla Türkiyə arasında bir sıra ortaq dəyərlər var. Nemətullah Naxçıvani də bu dəyərlərdən biridir. O, 1500-cü illərdə Azərbaycan və Osmanlı coğrafiyasında mühüm xidmətləri olan İslam alimi və mütəfəkkirdir.

Konfrans bölmə iclasları ilə davam edib.

Tədbir iştirakçıları “Nemətullahın vətəni Naxçıvan” adlı filmə baxıblar. Sonda isə Naxçıvandan gələn nümayəndələrə və Naxçıvanın elm ictimaiyyəti üçün Türkiyədə yeni çapdan çıxan “Nemətulla Naxçıvaninin Quranın təfsiri” beşcildliyi hədiyyə edilib.

Səfər çərçivəsində Naxçıvandan olan nümayəndə heyəti həmçinin Baba Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Akşəhərdə onun adını daşıyan 450 nəfərin təhsil aldığı İmam Hatib dini məktəbində və məsciddə olublar. Bütün tədbirlərdə iştirak edən Akşəhər Bələdiyyəsinin sədri Saleh Akkaya  və  Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova  Naxçıvandan gedən nümayəndə heyətini müşayiət ediblər.

Bundan başqa səfərdə Mövlanə Cəlaləddin Ruminin həkimi, əslən Naxçıvandan olan Əkmələddin Naxçıvaninin də məzarı ziyarət olunub.

Bu tədbir  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsinə əsasən reallaşıb. Layihənin keçirilməsində əsas məqsəd orta əsrlər dövründə Osmanlı torpaqlarında yaşayıb fəaliyyət göstərən böyük islam alimi, əslən Naxçıvandan olan  Nemətullah Naxçıvaninin həyatı və irsinin toplanması, nəşri, tədqiqi və  təbliğidir.

Nümayəndə heyətinin tərkibinə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları da qatılıb və çəkilişlər aparıblar. Yaxın günlərdə konfrans və digər tədbirlərlə bağlı  hazırlanan geniş videomaterial Naxçıvan televiziyasının tamaşaçılarına təqdim ediləcək.

Qeyd edək ki, Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci il tarixində Sərəncam imzalayıb.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

14-07-2020-14-59 Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət...

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

14-07-2020-14-07 Xəbərlər

Dilçiliyinin aktual mövzularına həsr olunan kitab işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik ş...

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

14-07-2020-13-38 Xəbərlər

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub

Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub. 

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

14-07-2020-13-30 Xəbərlər

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların keçirilməsi nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 20-dən sonra növbəti imtahanların...

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

14-07-2020-13-18 Xəbərlər

Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam e...

Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

14-07-2020-13-08 Xəbərlər

Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu i...

XX əsrin ilk anadilli qəzeti – “Şərqi-Rus”

14-07-2020-12-58 Xəbərlər

XX əsrin ilk anadilli qəzeti – “Şərqi-Rus”

Azərbyacan xalqının milli oyanışında və ictimai fikir tarixində önəmli hadisə ol...

Muxtar respublikada sahibkarlığın inkişafı dinamik xarakter daşıyır

14-07-2020-12-39 Xəbərlər

Muxtar respublikada sahibkarlığın inkişafı dinamik xarakter daşıyır

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasi...

“Sumqala” üzümçülük təsərrüfatında yığılan məhsullar Rusiya və Ukrayna bazarlarına çıxarılır - VİDEO

14-07-2020-12-18 Xəbərlər

“Sumqala” üzümçülük təsərrüfatında yığılan məhsullar Rusiya və Ukrayna bazarlarına çıxarılır - VİDEO

Muxtar respublikada son illər üzümçülüyün inkişafına diqqət daha da artırılıb, y...

Ötən günün mənzərəsi - VİDEO

14-07-2020-11-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“Əkinçi”dən dağlara

14-07-2020-10-18 Xəbərlər

“Əkinçi”dən dağlara

Çoxdandır yazmırdım. Baxanda, jurnalist də  idmançı kimidir. 

Ordubad şəhərindəki qədim Cümə Məscidinin bərpası davam edir - VİDEO

14-07-2020-09-19 Xəbərlər

Ordubad şəhərindəki qədim Cümə Məscidinin bərpası davam edir - VİDEO

Muxtar respublikada aparılan kompleks quruculuq işləri Ordubad rayonunu da əhadə...

Xalqın taleyində dönüş günü– 1969-cu il 14 iyul

14-07-2020-09-00 Xəbərlər

Xalqın taleyində dönüş günü– 1969-cu il 14 iyul

Dünyada elə şəxsiyyətlər var ki, onların həyatından, taleyindən, fəaliyyətindən ...

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

13-07-2020-17-43 Xəbərlər

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələr...

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

13-07-2020-17-18 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13-07-2020-16-57 Xəbərlər

Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən i...

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

13-07-2020-16-36 Xəbərlər

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi...

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

13-07-2020-16-01 Xəbərlər

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

İyulun 13-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Ru...

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

13-07-2020-15-42 Xəbərlər

Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib

Azərbaycan Ordusunun Ermənistanın hücumu nəticəsində şəhid olan əsgəri Xəyyam Da...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

13-07-2020-15-33 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn edilib

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedə...

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

13-07-2020-15-30 Xəbərlər

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Sarvanlar” ...

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

13-07-2020-15-24 Xəbərlər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

13-07-2020-14-21 Xəbərlər

Vaqif Dərgahlı: Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər

Bu gün səhər saatlarında bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

13-07-2020-12-54 Xəbərlər

Naxçıvan ədəbi mühiti: Nağı Nağıyev

2020-ci ildə görkəmli ziyalı yazıçı-nasir, dramaturq, tərcüməçi, redaktor, rəssa...

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

13-07-2020-10-38 Xəbərlər

Misir mətbuatında Azərbaycanın səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi E...

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

13-07-2020-09-11 Xəbərlər

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən g...

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

13-07-2020-08-59 Xəbərlər

Ombudsman Aparatı Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı açıqlama yayıb

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mina...

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

13-07-2020-03-14 Xəbərlər

MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulmas...

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

13-07-2020-01-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik mi...

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

13-07-2020-00-57 Xəbərlər

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - YENİLƏNİB

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gər...