Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Naxçıvanşünaslıq Mərkəzində  açıq dərslər keçirilir    

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “XIX-XX əsrlərdə Naxçıvanda maarifçilik hərəkatı” mövzusunda açıq dərs təşkil edilib.

Mərkəzin elmi katibi Emin Məmmədov  deyib ki, “XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda yeni milli dünyəvi məktəblər yaranmışdır. Məhz bu dövrdə Məhəmməd ağa Şahtaxtlı, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi Naxçıvanda maarifçilik mühitinin, həm də ədəbi pedaqoji fəaliyyətin yüksək səviyyəyə çatdırılmasına layiqli töhfələr vermişlər. Onlar təhsil, tərbiyə üsulları, əxlaq, vətənpərvərlik, mənəviyyat kimi zəruri məsələləri ön plana çəkmiş, xalqın maariflənməsi uğrunda yorulmaz mübarizə aparmışlar. Görkəmli maarifçi Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubad şəhərində “Əxtər”, 1894-cü ildə Naxçıvanda “Məktəbi-tərbiyə”nin əsasını qoymuşdur. “Məktəbi-tərbiyə” Azərbaycanın məktəb tarixində ilk milli təhsil ocaqlarından biri idi. Burada dərslər ana dilində keçirilirdi. Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib kimi görkəmli şəxsiyyətlər bu məktəbdə təhsil almışlar.

  Tələbələrə Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Onlar  kitabxananın fondu  və elektron oxu zalı ilə tanış olublar.

Arif Həbibov

NTV xəbər

www.naxcivantv.az